Xankəndidə Rusiya-Ermənistan qarşıdurması
06.12.2022 [10:23]
Qalib olmayacaq, çünki...
Postmüharibə mərhələsində Azərbaycanın Rusiya sülhmərəmlılarının müvəqqəti nəzarət etdikləri ərazilərində baş verənlər Don Kixotun yel dəyirmanı ilə mübarizə aparmasını xatırladır.
Çünki ortada ermənilərin iddia etdiyi hər hansı bir dövlət deyilən şey yoxdur. Ancaq bu “dövlət”in vintlərini burmağa cəhdlər göstərilir. Özü də ermənilərin qılınc-qalxan götürüb Xankəndidə yel dəyirmanı ilə döyüş aparan bir neçə “qəhrəmanı” meydandadır. Onlardan ikisi isə mərkəzi fiqurlar kimi diqqəti daha çox cəlb edirlər. Belə demək mümkündürsə, indi qeyd olunan ərazilərdə hadisələr və yaxud yel dəyirmanı ilə savaş iki “qəhrəman”ın ətrafında cərəyan edir. Vəziyyəti başqa cür belə dəyərləndirə bilərik: Əslində, Ermənistan hakimiyyətinin rəsmilərinin ağızları köpüklənə-köpüklənə Qarabağ ermənilərinin hüquqlarından danışmaları görüntü yaratmaqdan, erməniləri çaş-baş salmaqdan başqa bir şey deyil. O qənaət hasil olur ki, sadə ermənilərin mənafeyi unudulub. Ortada siyasi məqsədlər, korporativ maraqlar, nüfuz bölgüsü məsələləri var. Bu kimi reallıqlar fonunda qondarma DQR-in “hakimiyyətində” təmsil olunan Araik Arutyunyan (“prezident”) və Ruben Vardanyan (“dövlət naziri”) hadisələrə, proseslərə öz maraqlarına uyğun tərzdə yön verməyə çalışırlar. Onlar özlərinin maraqları naminə müxtəlif manipulyativ davranışlarla sadə ermənilərin mənafelərini tapdalamağa hazırdırlar və tapdalayırlar da.
Əslində, burada söhbət daha genişmiqyaslıdır. R.Vardanyan və A.Arutyunyan iki “ulduzu barışmayan” qütbləri təmsil edirlər. Keçmişi qaranlıq olan, ofşorlarda çirkli yollarla qazanılan, rus xalqından oğurlanan vəsaitlərlə ciblərini dolduran R.Vardanyan Xankəndinə xüsusi layihə kimi Moskvadan göndərilib. Onun hansı gündəliklə Xankəndi?ə göndərilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Ən çox populyar olan versiya odur ki, R.Vardanyan əvvəlcə “Artsax”da “hakimiyyətə” gələcək, sonrakı mərhələdə isə Ermənistanda baş nazir Nikol Paşinyanı əvəzləyəcək. Burada müəyyən həqiqət izlərini axtarmaq mümkündür. Sirr deyil ki, N.Paşinyan Ermənistanda hakimiyyətə Qərbin ssenarisi əsasında gəlib. Onun üzərinə qoyulan məsuliyyət ölkəsini Rusiyanın təsir dairəsindən çıxarmaqdan ibarətdir. Hakimiyyətinin ilk illərində N.Paşinyanın bu istiqamətdə fəaliyyəti az nəzərə çarpırdı. Bu da onunla bağlı idi ki, onun manevr imkanları məhdud idi. Güclü Rusiyanın Ermənistanda nüfuzunu Qərblə bölüşəcəyini təsəvvür etmək belə mümkün deyildi. Bunu dəyərləndirən baş nazir zamanın gəlməsini gözləyirdi. N.Paşinyan və ona himayədarlıq edən Qərb dairələri elə zənn edirlər ki, onların gözlədikləri məqam yetişib. İndiki durumunda Rusiya Ermənistana gözlənilən dəstəyi vermir və bu da kənardan köməyə adətkar olmuş cəmiyyətdə narazılıqlara yol açır. N.Paşinyan cəbhəsi Ermənistan cəmiyyətinin Rusiyaya qarşı artan narazılığı fonunda özünün strateji məqsədini reallaşdırmaq barədə düşünür. Son vaxtlarda N.Paşinyanın Rusiyaya qarşı ritorikasını sərtləşdirməsi bunun təzahürüdür. Hesab edilir ki, “R.Vardanyan layihəsi” Moskvanın mətbəxində N.Paşinyanla birdəfəlik hesablaşmaq üçün hazırlanıb.
Belə görünür ki, R.Vardanyan da təlimatlara uyğun hərəkət edir. O, Xankəndidə təzə yerləşsə də, artıq “Artsaxda” “dövlət naziri” vəzifəsini tutur və olduqca iddialı davranır. O, A.Arutyunyanın indiyədək dilə gətirmədiyi məsələlərdən danışır. İrəvanın Rusiyaya yönəlik sərt ritorikası fonunda R.Vardanyanın hər addımda şimal qonşumuzun dəyirmanına su tökməsi xüsusi diqqət çəkir. “Dövlət naziri” RTVI telekanalına müsahibəsində “gələcək planları” haqda danışarkən Rusiyanın kartlarını bir-bir açıb. Vardanyan qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması, onların sayının artırılması və statusunun daha dəqiq müəyyənləşdirilməsi məsələsini “həll etmək” lazımdır. Onun sözlərinə görə, “ən düzgün qərar” Rusiya sülhməramlılarına beynəlxalq BMT mandatının verilməsi ola bilər: “Və bu məsələlər mümkün qədər tez həll edilməlidir, çünki Rusiya sülhməramlı kontingentinin birinci müddətinin başa çatmasına cəmi 2,5 il qalır”. Əgər Rubenin soyadının sonunda “yan” olmasaydı, düşünmək olardı ki, bu sərsəm açıqlamalar elə RTVI-in özünün redaksiya tezisləridir.
Təbii ki, Moskva layihəsi olan R.Vardanyanın canfəşanlığı, necə deyərlər, böyük-kiçik yeri tanımaması özünü yeri gəldi-gəlmədi “müharibə qəhrəmanı” kimi təqdim edən A.Arutyunyanın ürəyincə deyil. Xatırladaq ki, onun özü də “Moskva layihəsində” yer almaq üçün bir növ yaxa cırırdı. Vətən müharibəsi başa çatandan sonra məşhər gününün yaxınlaşmasının fərqində olan bu “qəhrəman” Moskvanı sözün əsl mənasında su yoluna döndərmişdi. Ancaq Kremldə onu bağlı qapılar arxasında gözlətdilər. İndi isə Moskva onun üstünə “günü” göndərib. İndi “Artsax”da Moskva və İrəvan klanları arasında ikihakimiyyətlilik yaranıb. Proseslər sürətlə irəliləyir. R.Vardanyan olimpə doğru yürüşdədir. A. Arutyunyan isə sanki qürub çağını yaşayır. Təkcə son günlərdə, sonuncu “nazirlərinin” bir neçəsinin üzərində səlahiyyətlərini itirib. Belə ki, R.Vardanyanın “hakimiyyət bölgüsü” planına uyğun olaraq həmin nazirlərin tabeçiliyi “dövlət nazir”inə keçib. R.Vardanyan onun tabeliyinə keçən “strukturların” nazirləri ilə görüşündə onları öz işlərinə “tam məsuliyyətlə yanaşmağa və vəzifələrini tam şəkildə yerinə yetirməyə” çağırıb. A.Arutyunyanın isə acı etiraflarda bulunmaqdan özgə çarəsi qalmayıb. Sitat: “Siyasi qüvvələrin belə bir narahatlığı vardı ki, hər şey bir şəxsin - prezidentin əlində cəmləşib.
Yeni hökuməti formalaşdırmaq üçün növbədənkənar seçkilərə getmək lazım idi. Amma bu gün buna ehtiyac yoxdur, çünki daha hər şey mənim əlimdə cəmləşmir. Təbii ki, dövlət nazirinin funksiyalarının ayrılması nəticəsində mövcud narahatlıqlar bu gün öz həllini tapmış kimi görünür”.
Əlavə şərhə ehtiyac yoxdur. R.Vardanyan-A.Arutyunyan çəkişməsi Xankəndidə Moskva-İrəvan qarşıdurması kimi deşifrə olunur. Bu çəkişmədə qalib olmayacaq. Çünki ortalıqda onların uğrunda savaş açdıqları subyekt-dövlət yoxdur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

