Minsk qrupunun “dəfni”...
03.12.2022 [10:21]
Kreml də etiraf etdi
44 günlük Vətən müharibəsi regionla yanaşı beynəlxalq müstəvidə də bir sıra yeni reallıqlar formalaşdırdı. Belə ki, münaqişənin bitməsi ilə 30 ilə yaxın Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını yerinə yetirmiş ATƏT-in Minsk qrupu aktuallığını itirmiş oldu. İşğal altında olan ərazilərimiz ilə bağlı BMT TŞ-nin məlum 4 qətnaməsinin Azərbaycan tərəfindən icra edilməsi ilə Minsk qrupunun funksionallığı aradan qalxdı.
Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda fransızlar, amerikalılar və bütövlükdə Avropa İttifaqı vasitəçilik xidmətləri ilə dəfn etdikləri Minsk qrupunu kompensasiya etməyə çalışırlar. Onun sözlərinə görə, Rusiya sərhədin delimitasiyasında Ermənistan və Azərbaycana kömək edir, həmçinin İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılmasına da yardım göstərəcək. “Paralel olaraq, digər oyunçuların bu proseslərə müdaxilə etmək üçün bəzi konvulsiv cəhdlərini müşahidə etdik. Biz bununla bağlı heç bir problem yaşamırıq. Paris rəsmi olaraq Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəyini açıqlayıb. Beləliklə, onlar ATƏT-in Minsk qrupunun fəaliyyətinin yekunlaşdığını elan etdilər”, - deyə rusiyalı diplomat fikrini tamamlayıb.
ATƏT-in Minsk qrupu mandatını yerinə yetirmək üçün heç nə etməyib
ATƏT-in Minsk qrupunun aktuallığını itirməsi yeni hadisə deyil. Vurğulamaq lazımdır ki, bu fakt artıq iki ildir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin yekdil rəyidir. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəlirdi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab sormağı yada belə salmayan Minsk qrupu son nəticədə tarixin arxivinə atıldı. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu. Yeri gəlmişkən, oktyabrın 5-də Ağdam şəhərində keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Forumda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, beynəlxalq ictimaiyyət Azərbaycan əhalisinin başına gələn humanitar fəlakətə göz yumurdu. Dövlət başçısı vurğulamışdı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə işğal olunmuş ərazilərə səfər ediblər, burada bütün şəhər və kəndlərin vəhşicəsinə viran edilməsinin, ermənilərin ərazilərimizdə qanunsuz məskunlaşmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar: “27 illik qondarma fəaliyyəti ərzində Ermənistanı qınayan bircə söz belə deyilməmişdi. İndi isə ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdlərini görəndə, əlbəttə ki, biz bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını yerinə yetirmək üçün heç nə etməyiblər. Etdikləri yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə leqallaşdırmaq, təcavüzkarla təcavüzün qurbanı arasında balans yaratmaq cəhdləri olub. Azərbaycan özü beynəlxalq hüququ bərpa etdikdən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdikdən sonra bizim artıq vasitəçiyə ehtiyacımız yoxdur”.
Rusiya səmimidirmi?
Sergey Lavrovun indi dilə gətirdiyi fakt ötən il Rusiya Prezidenti Vladimir Putinin Valday Diskussiya Klubundakı çıxışı zamanı da səslənmişdi. Prezident Putin bildirmişdi ki, məsələnin həllinə iki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Əslində, bu faktlar Rusiyanın ATƏT-in Minsk qrupunun “dəfn edilməsi” reallığı ilə barışdığını göstərir. Amma Rusiya bu fikirlərində nə qədər səmimidir? Və ya hazırki siyasi situasiya olmasaydı, başqa sözlə, Qərblə Rusiya arasında siyasi qarşıdurmalar yaşanmasaydı, Kreml yenə də eyni fikirdə olcaqdımı? Bunu demək çətindir. Ən azından, digər Minsk qrupu üzvü olan ölkələr kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin etməzdi...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04

