ŞƏT hərbi müttəfiqliyə doğru addımlayır?
26.08.2022 [10:00]
Mübariz ABDULLAYEV
Son vaxtlarda Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan dövlətlərin müvafiq qurumlarının rəsmiləri arasında hərbi və təhlükəsizlik məsələləri ilə bağlı müzakirlərin intensivləşdiyi müşahidə olunur. Dünən ŞƏT ölkələrinin müdafiə nazirləri Özbəkistanın paytaxtı Daşkən?də toplaşıblar. Sırf hərbi təyinatlı qurum olmayan Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirlərinin regionda geosiyasi gərginliklərin artdığı indiki həssas məqamda bir araya gəlmələri diqqət çəkir.
ŞƏT-in missiyası
Şanxay Əməkdaşlıq Təşkilatı tarixi çox da uzağa getməyən regional qurumdur. Belə bir qurumun tarix səhnəsinə çıxması zərurəti keçmiş SSRİ süqut etdikdən sonra aktuallaşdı. Qurumda təmsil olunan dövlətlərin ərazisinin əhatə etdiyi coğrafiya bir çox cəhətdən dünyanın həssas nöqtəsi sayılır. O?tada ayrı-ayrı ölkələrin dəqiqləşdirilməmiş saydıqları mübahisəli sərhədlər və yaxud ərazilər var. Regionda ənənəvi olaraq qaçaqmalçılıq, narkotrafik geniş yayılıb, zaman-zaman milli-dini zəmində münaqişələr baş verir, terrorçuluğa meyilli qüvvələr fəaliyyət sferalarını genişləndirmək, hətta siyasi hakimiyyətə gəlmək üçün münbit zəmin formalaşdırılmasına səy göstərirlər...
Bütün bu kimi daimi və arzuolunmaz problemlərin ən azından daha da böyüməsinə imkan verməmək və leqal müstəviyə keçməsinin qarşısını almaq məqsədilə regionun beş dövləti - Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstan qarşılıqlı etimad mühitinin formalaşdırılması ilə bağlı niyyətlərini ifadə etdilər. Beləliklə, sözügedən ölkələrin dövlət başçılarının 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən görüşündə “Şanxay beşliyi” adı verilən qurumun əsası qoyuldu. Görüşdə dövlət başçılarının sammitlərinin müntəzəm keçirilməsi və etimad tədbirlərinin gücləndirilməsini özündə ehtiva edən saziş imzalandı. 2001-ci ilin iyununda “Şanxay beşliyi”nin sıraları genişləndi. Belə ki, yenə də Çinin Şanxay şəhərində dövlət başçıları səviyyəsində keçirilən sammitdə bu dəfə beşliyə Özbəkistan da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında deklarasiya imzalandı.
Sənəddə qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəsinə keçid hədəflənirdi. ŞƏT-in məqsədləri sırasında iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi kimi məsələlər yer alır. Deklarasiyada bəyan edilir ki, Mərkəzi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə yanaşı, siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəniyyət, təhsil, energetika, nəqliyyat, ekologiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də ŞƏT-in əsas missiyalarını təşkil edir. Sammitdə üzv dövlətlərə və bütünlükdə regiona böyük təhlükə törədə biləcəyi narahatçılığı nəzərə alınaraq separatçılıq və ekstremizmlə mübarizə üzrə Konvensiya da qəbul edilib.
Yeni regional təşkilat çərçivəsində növbə ilə 6 dövlətdən birində təşkil edilməklə dövlət başçılarının illik rəsmi görüşü və hökumət başçılarının müntəzəm görüşləri keçirilir. Bununla yanaşı, əməkdaşlığın genişləndirilməsi üçün davamlı olaraq yeni mexanizmlərin yaradılması nəzərdə tutulub. ŞƏT-in indiyədək keçirilən sammitlərində dövlət başçıları beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər. Vurğulanıb ki, terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq və kiber təhdidlər hələ də ŞƏT regionunda təhlükəsizlik və sabitliyə mənfi təsir göstərən amillərdir. Yüksək səviyyəli tədbirlərdə üzv dövlətlərin ali rəhbərləri bəhs olunan çağırış və təhdidlərə qarşı mübarizədə sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün şərait yaradılması, bu məqsədlə imkanların təqdim olunması və fəaliyyətlərin uzlaşdırılması da ŞƏT-in əsas prioritetləri sırasında yer alır. Üzv dövlətlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı ticarəti və investisiya qoyuluşunu genişləndirirlər. İndiyədək ŞƏT çərçivəsində üzv dövlətlərin iqtisadi potensialından istifadə edilməsini, qlobal iqtisadiyyata sıx inteqrasiyanı hədəfləyən sənədlər qəbul olunub. Eyni zamanda, ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli nümayəndələri region ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında hökumətlərarası saziş imzalayıblar.
Dialoq üzrə tərəfdaş ölkə
ŞƏT-ə üzv dövlətlərin ümumi ərazisi 30 milyon kv.km (Avrasiya ərazisinin 3/5), əhalisi isə 1,5 milyard nəfərdir (dünya əhalisinin 1/4). Qlobal miqyasda təşkilata maraq getdikcə artır. İndiyədək çoxlu sayda ölkə ŞƏT-də müşahidəçilik statusu almaq üçün müraciət edib. Artıq Hindistan, İran, Monqolustan, Pakistan ŞƏT-də müşahidəçi statusuna malikdirlər.
Bir sıra ölkələrlə yanaşı, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib.
Bir neçə gün bundan əvvəl Daşkənd şəhərində Özbəkistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının II İqtisadi Forumu keçirilib. ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil edib. Hibrid formatda keçirilən tədbirə dövlət qurumlarının, bankların, şirkətlərin, sənaye assosiasiyalarının, ticarət və sənaye palatalarının rəhbərləri və ekspertlər qatılıblar.
AZPROMO-nun rəhbəri forumda plenar iclasın “Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və iqtisadi-ticarət əlaqələrinin bərpası” panelində çıxış edərək, Azərbaycanın iqtisadi inkişafı, ixrac və investisiya imkanları, eləcə də respublikamızın ŞƏT ölkələri ilə iqtisadi tərəfdaşlığının, işgüzar dairələr arasında əlaqələrin inkişafı istiqamətləri barədə məlumat verib, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
ŞƏT daxilində “hərbi ittifaq”
Göründüyü kimi, indiyədək ŞƏT-in fəaliyyətində hərbi sahədə əməkdaşlıq heç vaxt dominantlıq təşkil etməyib. Təşkilatın tədbirlərində gündəlikdə əsasən iqtisadi, regionda ekstremizmə, terrorçuluğa, qaçaqmalçılığa qarşı mübarizə kimi məsələlər dayanıb. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin Daşkənddə bir araya gəlmələri isə bu format üçün ənənəvi deyil. Verilən məlumatlara görə, hətta Hindistanın, Pakistanın və Belarusun da müdafiə nazirləri Daşkəndə təşrif gətiriblər. Ehtimal edildiyi kimi, müdafiə nazirlərinin görüşünün gündəliyi əsasən regional təhlükəsizlik, eləcə də Rusiya-Ukrayna müharibəsi və Əfqanıstandakı vəziyyətlə bağlı olub.
Güc strukturlarının rəhbərlərinin görüşünün detalları barədə geniş məlumat verilməsə də, müəyyən təxminlər ortadadır. Rusiya-Ukrayna müharibəsi qlobal səviyyədə güc mərkəzləri arasında ziddiyyətləri dərinləşdirib. ŞƏT-in aparıcı üzvləri olan Rusiya və Çin çoxqütblü dünya nizamının tərəfdarıdırlar. Böyük nüvə arsenalına malik bu iki dövlət öz prinsiplərini ŞƏT-in tribunasından tez-tez səsləndirirlər. Artan geosiyasi gərginliklər fonunda müşahidə edilən odur ki, Rusiyanın və Çinin digər qlobal güc mərkəzi qismində çıxış edən ABŞ-la münasibətləri pik səviyyəyədək gərginləşib. ABŞ müharibədə Ukraynanın tərəfini saxlayaraq bu ölkəyə genişmiqyası maddi, humanitar, eyni zamanda, hərbi dəstək verir. Müharibənin əvvəlindən bəri Rusiya ABŞ-ın və müttəfiqlərinin sərt sanksiyaları ilə üzləşib. İki supergüc dövlət arasında qarşıdurmanın açıq hərbi müstəviyə keçməsi ehtimalı da, təəssüf ki, yüksəkdir.
İndiki halda qlobal qütbləşmənin digər bir bucağını ABŞ-Çin qarşıdurması təşkil edir. Bu iki ölkənin toqquşan maraqlarının spektri kifayət qədər genişdir. Tayvan məsələsi isə ABŞ-la Çin arasında çoxillik tarixə malik qarşıdurmanın kulminasiya nöqtəsi sayılır.
Bəhs olunan dövlətlər onları qarşı-qarşıya gətirən məsələlərin “qırmızı xətt” olduğunu dəfələrlə bəyan ediblər. Biz tez-tez tərəflərin hərbi ritorikaya da keçid etdiklərinin şahidi oluruq. Hətta nüvə təhdidləri də eşidilməkdədir. Belə bir acı reallıq fonunda tərəflərin hərbi müttəfiqlər siyahısını genişləndirmək planları və yaxud bu istiqamətdə fəaliyyətləri də diqqətdən yayınmır. Ekspertlər o qənaəti ifadə edirlər ki, Şanxay Əməkdaşlıq Təşkilatında güc strukturlarının rəhbərlərinin dialoqunun başlaması da belə bir niyyətin təzahürü sayıla bilər. ABŞ özünə Avropada, Çinin qonşuluğunda müttəfiqlər axtarır və bunun üçün müəyyən vədlər, təhlükəsizlik qarantı verir. Hətta iş o yerə çatıb ki, Çin ayrı-ayrı dövlətlər üçün “ən potensial rəqib” qismində təqdim olunur. Belə olan halda ABŞ-ın təhdidlərinə qarşı hazır platforma çərçivəsində, necə deyərlər, hərbi ittifaq niyə də qurulmasın? Sual ritorik səslənsə də, günümüzün kədərli mənzərəsini ifadə edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

