301 ildən sonra yeni “Şimal müharibəsi”?
14.05.2022 [12:16]
Skandinav ölkələri NATO “çətiri altına” girməyə hazırlaşır
Pərviz SADAYOĞLU
Skandinaviya yarımadasının iki dövlətinin - İsveç və Finlandiyanın NATO-ya tamhüquqlu üzv olmaq istəyi yeni “Şimal müharibəsi”nə yol aça bilər. Avroatlantik Alyansın Şərqə doğru genişlənməsini həzm etməyən və bunu yeni “qırmızı xətt” adlandıran Rusiya diqqətini soyuq qütbə tərəf döndərib. Kreml ən qəti fikirlərlə mayın 16-da baş tuta bilən “mərasimə” əngəl olmağa çalışır.
Moskva bəyan etdi - Finlandiya Rusiya ordusu üçün mümkün hədəfə çevrilir
Rusiya Xarici İşlər Nazirliyinin Finlandiyanın NATO-ya mümkün üzvlüyünə dair bəyanatı kəskin fikirlərlə zəngindir. Bəyanatda bildirilir ki, onilliklər ərzində hərbi bloklara qoşulmama siyasəti Şimali Avropa regionunda sabitliyin əsasını təşkil edib. Amma NATO üzvü olan ölkələrin Finlandiya tərəfini Alyansa üzvlükdən başqa alternativin olmadığına qəti şəkildə inandırmaqda isə başqa məqsədləri mövcuddur: “NATO-nun məqsədi bəllidir - Rusiya sərhədlərinə doğru genişlənməyə davam etmək, ölkəmizə hərbi təhlükə üçün daha bir cinah yaratmaq. Finlandiyanın müstəqil qərarvermə sərbəstliyindən məhrum olaraq öz ərazisini Rusiya Federasiyası ilə hərbi qarşıdurma sərhədinə çevirməsinin səbəbini tarix mühakimə edəcək”.
Bəyanatda rəsmi Helsinkiyə 1947-ci ildə imzalanan Paris Sülh Müqaviləsini və 1992-ci il Rusiya və Finlandiya arasında münasibətlərin əsasları haqqında müqaviləni birbaşa pozduğu “xatırladılır”. Sonuncu müqaviləyə əsasən tərəflər digər tərəfin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc təhdidindən və ya güc tətbiqindən çəkinəcəklərini, öz ərazilərindən qarşı tərəfə təcavüz üçün istifadə etməyəcəkləri və ya istifadəsinə icazə verməyəcəkləri ilə bağlı öhdəlik götürüblər.
Rəsmi Kremlin məsələyə münasibəti XİN-dən daha kəskin olub. Kremlin bəyanatında deyilir: “Finlandiya Avropa Birliyinin Rusiyaya qarşı qeyri-dost addımlarına qoşulmağa başlayıb. Bu, təəssüf doğuran addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir, çox peşman olacaqlar. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə açıq müharibə təhdidini səsləndirib. O bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması və sonradan alyans bölmələrinin orada yerləşdirilməsi bu əraziləri Rusiya ordusu üçün mümkün hədəflərə çevirəcək. Onun sözlərinə görə, NATO Rusiya üçün dost olmayan, düşmən blokdur: “NATO özü də Rusiyanın düşmən olduğunu etiraf edib. Bu o deməkdir ki, Finlandiya və İsveç birdən-birə neytral dövlətlərdən düşmənə çevrilirlər. Onlar da hamı kimi bütün riskləri öz üzərlərinə götürürlər. Onlar bizimlə onilliklər ərzində normal qonşu kimi yaşadılar. Və birdən çox dost olmayan blokun bir hissəsi olmaq qərarına gəldilər. Təbii ki, biz müəyyən hərbi addımlar atmağa məcbur olacağıq”.
Yeni dünya savaşı, yoxsa yeni dünya nizamı?
Kremlin səslənən təhdidlərini hələlik susqunluqla dinləyən rəsmi Helsinki və o cümlədən, Stokholm cavab hüququnu NATO-ya “buraxıb”. Alyansın Baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya qəbul üçün müraciət etmək qərarı versə, NATO onu isti qarşılayacaq. Onun qəbulu hamar və tez baş verəcək. Stoltenberq deyib ki, Finlandiyanın üzvlüyü həm NATO-nun özünü, həm də Finlandiyanın təhlükəsizliyini gücləndirə bilər.
Alyansın “isti qarşılama mərasimi” 78 ildən sonra Finlandiyanı, 301 illik fasildən sonra isə İsveçi Rusiya ilə qarşı-qarşıya gətirə bilər. Kremli fərqli istiqamətlərdən hərbi qarşıdurmaya cəlb etmək uğrunda mübarizə aparan NATO üçün isə bu yeni bir fürsətdir. Böyük Britaniyanın “Rusiya ilə açıq qarşıdurmaya getməyəcəyik” bəyanatına baxmayaraq, müharibə qaçılmaz hal ala bilər. Alyansın “soyuq sular”da patronajlığı əldə etmək üçün Moskvanı tam zərərsizləşdirmə istiqamətində addımlar atdığı tam şəkildə ortadadır. Başqa sözlə, Yaponiya və Skandinaviyanı anti-Rusiya koalisiyasına qoşmaqla Qərb Moskva ətrafındakı çəmbəri tam daraldır. Beləliklə, mayın 16-sı tarixə yeni dünya nizamı ilə yanaşı, yeni dünya savaşı da bəxş edə bilər...
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

