XXI əsrin müasir müharibə modeli: Bunu Azərbaycan yaradıb
21.10.2021 [11:20]
Vətən müharibəsində isə Azərbaycan şanlı Qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında Vətən müharibəsinin nəticələrini yüksək dəyərləndirərək “Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”, - deyə bildirib.
Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan azad olunan ərazilərdə çəkilən foto və video materiallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər, əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi.
Vətən müharibəsində Ermənistan ordusu tamam məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. Beynəlxalq səviyyəli ekspertlər çox doğru olaraq vurğulayırlar ki, Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat keçirməyə nail olub. Bəs Silahlı Qüvvələrimizin qısa zaman kəsiyində belə keyfiyyətli və yüksək nəticəli əməliyyatlar həyata keçirməsi hansı amillərlə şərtlənir? Əlbəttə, burada Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik, liderlik qabiliyyətini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının Özünün dəfələrlə bildirdiyi kimi, Vətən müharibəsinin bütün əməliyyatları bilavasitə Onun nəzarəti ilə hazırlanıb və həyata keçirlib.
Vətən müharibəsində şanlı Qələbəmizi şərtləndirən amillər sırasında Ordumuzun gücünü xüsusi qeyd edə bilərik. Torpaq itkilərinə məruz qalan Azərbaycan ötən dövrdə özünün ilbəil artan iqtisadi-maliyyə imkanlarından istifadə etməklə ordu quruculuğunu daim diqqət mərkəzində saxlayırdı. Xüsusilə son 18 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Silahlı Qüvvələrimizin arsenalına ən müasir silahlar cəlb edilib, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün davamlı tədbirlər görülüb. Bunun nəticəsini isə biz Vətən müharibəsində gördük. Müharibə günlərində düşünülmüş planlaşdırma və taktiki gedişlərlə Ordunun gücündən məharətlə stifadə olundu desək, əsl həqiqəti ifadə etmiş olarıq. 44 günlük müharibədə Azərbaycanın ali hərbi komandanlığı döyüş əməliyyatlarını Ordumuzun güclü, müasir maddi-texniki təchizatına istinad etməklə hazırlayır və həyata keçirirdi. Respublikamızın apardığı müharibə ənənəvi müharibələrdən fərqlənirdi. Bu, Azərbaycan tərəfindən şəxsi heyətin müasir silahları məharətlə idarə etdiyi, innovasiyaların tətbiq olunduğu bir müharibə idi. Beynəlxalq səviyyədə etiraf olunur ki, Azərbaycan ənənəvi kəşfiyyat, artilleriya əməliyyatlarını çox məharətlə innovasiyalara əsaslanan yeni tətbiqlərlə məharətlə uzlaşdırmağı bacardı və qalib gəldi. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Azərbaycan bu kimi müasir silahları çox cəsarətlə geniş şəkildə tətbiq etməklə dünya hərb tarixində yeni bir mərhələ açmış oldu. Xarici nəşrlərin yazdıqlarına görə, Azərbaycanın 44 günlük müharibədə tətbiq etdiyi bu kimi yeniliklərdən sonra ənənəvi silah istehsalçıları əməlli-başlı məyus olublar. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında Azərbaycanın keyfiyyətcə yeni müharibə modeli yaratdığına xüsusi diqqət çəkib: “Biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın yaratdığı XXI əsrin üstün müharibə modeli həm də Ordunun şəxsi heyətinin vətənpərvərliyi, yüksək döyüş ruhu, həmçinin xalqımızın sarsılmaz həmrəyliyi ilə fərqlənir. Verilən məlumatlara görə, müharibə günlərində düşmən hərbi birləşmələrində döyüş mövqelərini qoyub qaçan 10 min fərari qeydə alınıb. Bizim Silahlı Qüvvələrimizdə isə bir dənə də olsun belə hal baş verməyib. Azərbaycan əsgəri, zabiti arxamızda Vətən torpağıdır deyərək daim irəli gedib. Öz növbəsində müharibə günlərində cəmiyyətimizin həmrəyliyi, arxa cəbhənin dəstəyi Ordumuza irəli getmək, düşmənin başını əzmək üçün güclü impuls verib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

