Dünya yeni qarşıdurmanın astanasında
14.10.2021 [10:20]
“Normand Dördlüyü” missiyasını yerinə yetirməmiş “Gündoğar ölkə” rəsmi Kremlə açıq demarş etdi
Ramil Həsən: Bu bəyanat həm BMT strukturlarını, həm də beynəlxalq təşkilatları hərəkətə gətirməlidir
Son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən hadisələr, qarşılıqlı ittihamlar qarşıdakı onillik üçün proqnozlaşdırılan “davamlı sülh” ehtimalının üstündən xətt çəkməkdədir. Siyasi və hərbi kataklizmlər, o cümlədən dövlətlər arasında gedən müzakirələrin ritorikası onu göstərir ki, dünya mühüm gərginliklərin astanasındadır. Yerləşdiyimiz Avroasiya məkanı isə bu mənada daha “dinamikdir”. Son günlərdə yeni fazaya qədəm qoyan “Normandiya Dördlüyü” müzakirələri, eləcə də Yaponiyanın yeni seçilmiş Baş naziri Fumio Kişidanın parlamentin aşağı palatasında Kuril adaları ilə bağlı çıxışı problemlərin “masada həlli”ni çətinləşdirir.
Bu yerdə xatırladaq ki, bir neçə gün öncə Rusiya, Fransa və Almaniya liderlərinin Ukraynadakı münaqişənin həllinə dair telefon müzakirələri olub. Müzakirənin əsas predmeti Ukrayna-Rusiya münasibətləri olsa da, tərəflər yenə də mövcud “status-kvo”nun çərçivələrindən çıxa bilməyiblər. Yəni, problem elə problem olaraq qalıb. Yaponiyanın yeni Baş naziri Fumio Kişida isə Kuril adaları problemini gələcək nəsillərə ötürmədən həll etməyin vacibliyindən danışıb. O, adaları Yaponiyanın suveren ərazisi adlandırıb.
Problemlərin tərəfi olan dövlətlər dünya siyasətinin mühüm aktorlarıdır. Onların davranışı isə təbii olaraq, bütün dünyada narahatlıq yaradır. Narahatlığın əsas motivi isə odur ki - bütün bunlar yeni dönəmdə hansısa genişmiqyaslı qarşıdurmalara yol aça bilərmi?
Məsələ ilə bağlı öz fikirlərini bölüşən Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Ramil Həsənin fikrincə, Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsi istiqamətində gedən proses uzunmüddətli olacaq. Millət vəkili Rusiyanın mövqeyinin bəlli olduğunu vurğulayıb: “Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Dövlət Dumasında çıxışı zamanı 5 maddə əsasında Ukrayna ilə danışıqların nəticə verməyəcəyini əsaslandırmışdı. Bu isə Rusiyanın “Normand Dördlüyü” formatında Ukrayna ilə bağlı real mövqeyini ortaya qoyur. Şübhəsiz ki, siyasətdə daimi dostlar və ya daimi düşmənlər olmur. Bu baxımdan, gələcəkdə prosesin hansı məcrada inkişaf edə bilcəyi haqda tam proqnoz vermək mümkün deyil. “Normand Dördlüyü”nün son bəyanatında da vurğulanır ki, rəsmi Kiyev danışıqlardan yayınır. Burada da bir sıra amillər, əsasən də bölgənin spesifikliyi məsələsi var. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək təcrübəsi göstərdi ki, problemlərin həllində beynəlxalq hüququn normaları ilə yanaşı, dövlətin gücü, qüdrəti də mühüm amildir. Yəni, diplomatiyanın uğuru üçün dövlətin güclü olması zəruridir. Fikrimcə, Rusiya-Ukrayna münasibətlərinin yaxın zamanda normallaşmasını gözləmək olmaz”.
“Gündoğar ölkə”nin Baş naziri Kişidanın fikirlərinə gəldikdə isə, burada məsələ fərqlidir. R.Həsən qeyd edib ki, Yaponiya ilə Rusiya arasındakı Kuril adaları problemi SSRİ-dən qalma “miras”dır. II Dünya Müharibəsindən sonra meydana çıxmış və bu gün də öz həllini tapmamış adalar məsələsinin yenidən aktuallaşması narahatedicidir. “Yeni Baş nazir ötən 70 il ərzində qısa fasilələr istisna olmaqla, Yaponiyanın hakim partiyası sayılan Liberal Demokratların nümayəndəsidir. Narahatedici məqam isə ondan ibarətdir ki, Fumio Kişida artıq Rusiya ilə münasibətlərin normallaşmasından deyil, problemin həllinin vacibliyindən danışır. Şübhəsiz ki, bu bəyanat həm BMT strukturlarını, həm də beynəlxalq təşkilatları hərəkətə gətirməlidir. İki böyük dövlətin arasında belə gərginliyin yaranması müsbət heç nə vəd etmir”, - deyən R.Həsən onu da əlavə edib ki, bütün bunlarla yanaşı, Kuril adaları probleminin də yaxın gələcəkdə öz həllini tapmasına ümid azdır. Millət vəkilinin qənaətinə görə, bu cür münasibətlərdə gərginlik bəzən artan, bəzən də azalan faza ilə uzun müddət davam edir: “Ölkələr bu kimi problemlərdən özlərinə sərf edən formada - təzyiq formasında istifadə edirlər. Hər bir halda bu narahatedici problemin də danışıqlar yolu ilə tənzimlənməsini arzulayırq. Onsuz da dünya qlobal problemlərin, hətta pandemiyanın cəngindən xilas ola bilmir. Yeni bir gərginlik və ya münaqişə heç kimə sərf etmir”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

