Əl-Qaidə lideri öldürüldü?
02.10.2021 [12:36]
ABŞ-dan yeni siyasi manevr, yoxsa...
ABŞ Suriyanın İdlib regionunda Əl-Qaidə lideri Səlim Abu-Əhmədi öldürdüyünü açıqlayıb. Açıqlamada bildirilib ki, Əl-Qaidə lideri ABŞ dronunun zərbəsi nəticəsində məhv edilib. O, İdlib şəhərində avtomobili ilə hərəkət etdiyi anda vurulub. CENTCOM sözçüsü Con Riqsbe deyib ki, Səlim Abu-Əhməd bölgələrarası Əl-Qaidə hücumlarının planlaşdırılmasında, maliyyə ilə təmin edilməsində və hazırlanmasında cavabdeh olub.
Səlim Abu-Əhmədin öldürülməsi zaman və məkan olaraq bir sıra şübhələrə və suallara yol açıb. Ölüm yeri kimi göstərilən İdlib bu gün Yaxın Şərqin diqqət mərkəzində olan əsas və həssas məkandır.
Xatırlamaq yerinə düşər ki, sentyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü zamanı da Suriyada və konkret olaraq İdlibdə baş verənlər əsas müzakirə predmetlərindən biri olmuşdu. Görüşdən sonra dövlət başçıları geniş açıqlamalar verməsələr də, hər iki tərəfə yaxın siyasi dairələr məhz İdliblə bağlı müsbət yaxınlaşmaların olduğunu qeyd etmişdilər. Bu mənada, Rusiya-Türkiyə əməkdaşlığının yeni coğrafiyası anlamı qazanan İdlib, bu iki ölkə arasındakı münasibətlərin gələcək inkişafında əsas prioritetlərdən sayılır. Dünən baş verənlər isə birmənalı qarşılanmır. Ekspertlər də ABŞ-ın Soçi görüşünün ertəsi günü məhz İdlibdə belə bir əməliyyat keçirməsini real hesab etmirlər. Onların qənaətinə görə, hadisənin “baş verməsinə” və ya “yayılmasına” əsas səbəb məhz Rusiya-Türkiyə yaxınlaşmasıdır.
Politoloq Qabil Hüseynli yayılmış bu faktıın özünü şübhəli sayıb. O, Əl-Qaidə terror dəstəsinin başçısının İdlibdə olmasını inandırıcı hesab etməyib. Politoloqun sözlərinə görə, buna Suryia Demokratik Qüvvələri də icazə verməzdi: “Burada bir oyun olduğu aydın görünür. Çünki İdlibdə nəinki Əl-Qaidə kimi gücdən düşmüş, amma şüurlarda populyar olan təşkilatın, hətta Ənsarü-Şam deyilən terrorçu qruplaşmanın da olmasına icazə verilmir. Bu mənada, Səlim Abu-Əhmədin İdlibdə peyda olması inandırıcı görünmür. Digər tərəfdən, ABŞ, adətən, bu kimi faktları tam yoxladıqdan sonra açıqlayır ki, bu da müəyyən zaman alır. Məsələn, xatırlayırsınızsa, vaxtilə Pakistanda öldürülmüş Əl-Qaidə rəhbəri ilə bağlı hadisə də 10 gün sonra açıqlanmışdı. Beləliklə, Səlim Abu-Əhmədin öldürülməsinin təxminən Ərdoğan-Putin görüşünün ertəsi gününə “təsadüf etməsi” və ABŞ-ın tələm-tələsik belə bir açıqlama yayması şübhə doğurur”.
Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə iki ölkə arasında açıq yaxınlaşmanın müşahidə olunduğunu deyən Qalıb Hüseynlinin fikrincə, ABŞ yaxınlaşma ilə bağlı proseslərə müəyyən gərginlik qatmaq üçün bu yola əl ata bilər. “Ola bilər ki, Əl-Qaidə rəhbərinin öldürülməsi faktı var. Amma faktın başvermə məkanı, coğrafiyası dəqiq deyil. Yəni, bu adam hər yerdə öldürülə bilər. Amma İdlibdə öldürülməsi inandırıcı görünmür. Çünki İdlib geopolitik cəhətdən həssas bir regiondur. Məkan və zaman kifayət qədər şübhəlidir”, - deyən politoloq Suriya Demokratik Qüvvələrinin olduğu regionda belə bir adamın gizlənməsini də real saymayıb. Onun sözlərinə görə, ABŞ Suriya Demokratik Qüvvələrini dəstəkləyir, hətta yardım edir. Bu baxımdan, yeganə “problem” bölgədə geopolitik maraqların toqquşması, daha doğrusu ABŞ-ın Türkiyə-Rusiya yaxınlaşmasından qıcıqlanmasıdır: “ABŞ gedişlərini açıq edə bilmir. Toqquşma zəminində fərqli siyasi manevrlərin, siyasi gedişlərin şahidi oluruq. Fikrimcə, yaxın günlərdə bu hadisənin bütün təfərrüatı hamıya aydın olacaq”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

