İranın 5 şərti...
14.05.2026 [10:15]
Vaşinqton bu şərtləri qəbul edəcəkmi?
ABŞ-la İran arasında atəşkəs əldə edildikdən sonra tərəflər yekun sülhlə bağlı hələ də razılığa gələ bilmir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib. ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Tehranın şərtlərində nələr var?
ABŞ-ın sülh planında 14 təklif öz əksini tapırdı. Lakin Tehran da adekvat olaraq özünün şərtlərini irəli sürür. Bugünlərdə “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, İran hakimiyyəti Vaşinqton Tehranın irəli sürdüyü 5 şərti yerinə yetirməyincə, ABŞ ilə münaqişələrin həlli üzrə danışıqları bərpa etməyəcəyini bəyan edib. Məlumata görə, İran tərəfinin irəli sürdüyü şərtlərə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi, dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması, müharibə nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi və İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınması daxildir. Mənbənin sözlərinə görə, qeyd olunan şərtlər danışıqlar prosesinə qayıdış və tərəflər arasında minimum etimad mühitinin formalaşdırılması məqsədilə müəyyən edilib. Agentlik yazıb ki, İran tərəfi Pakistan vasitəsilə ABŞ-a çatdırıb ki, atəşkəs elan olunmasına baxmayaraq, Ərəbistan dənizi və Oman körfəzində dəniz blokadasının davam etdirilməsi Vaşinqtona olan etimadı daha da azaldır.
Tramp İranı yenə hədələyib
Bu şərtlər fonunda ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib. O, Çinə dövlət səfərinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Tehran ya Vaşinqtonla razılaşma əldə edəcək, ya da ABŞ “başladığı işi tamamlayacaq”. “Onlar ya düzgün addım atacaqlar, ya da biz işi bitirəcəyik. Ya razılaşma olacaq, ya da onlar məhv ediləcəklər. Hər iki halda biz qalib gəlirik”, - deyə Ağ Ev rəhbəri söyləyib. Tramp, həmçinin İran ətrafındakı vəziyyətlə bağlı atəşkəs ehtimalına dair suala qəti cavab verməyib və qərarın sonradan nəzərdən keçirilə biləcəyini deyib.
O, İranın nüvə proqramı ilə bağlı mövqeyini təkrarlayaraq bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq: “Onların nüvə silahı olmayacaq. Bunu bilirlər və razılaşıblar. Amma sonra bunu açıq şəkildə təsdiqləməkdən imtina etdilər. Biz oyun oynamırıq”.
Tramp ABŞ-ın İranla dialoq prosesində əsas vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmadığını deyib. “Xeyr, onlar möhtəşəmdirlər. Pakistanlılar çox yaxşı iş görürlər. Feldmarşal və Pakistanın Baş naziri tamamilə möhtəşəm fəaliyyət göstərirlər”, - deyən Prezident qeyd edib ki, ABŞ yalnız “yaxşı və məqbul hesab edilən” şərtlər daxilində sülh razılaşmasını imzalamağa hazır olacaq. Onun sözlərinə görə, hazırkı mərhələdə vasitəçi dəyişdirilməsi gündəmdə deyil və Pakistan dialoq prosesində mühüm rolunu davam etdirir.
İran yeraltı raket anbarlarının 90 faizini bərpa edib?
CNN kanalı isə məlumat verib ki, İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranla əsas mübahisəli məsələləri həll etmədən razılığa gələ biləcəyindən narahatdır. Telekanal İsrail rəsmilərinə istinadla bildirib ki, “Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıq var”. Qeyd olunub ki, Tehranın nüvə proqramının qismən saxlanılmasını nəzərdə tutan, lakin ballistik raketlər və regional müttəfiqlərlə bağlı məsələləri əhatə etməyən mümkün razılaşma İsrail tərəfindən qəbuledilməz hesab olunur. İsrail rəsmilərinin sözlərinə görə, danışıqların uğursuzluğa düçar olması və ya uzanması halında eskalasiya ehtimalı real olaraq qalır.
“The New York Times” nəşri isə iddia edir ki, İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından 30-na yenidən əməliyyat çıxışı əldə edib. Nəşr bu barədə ABŞ kəşfiyyat məlumatlarına istinadən yazıb. Mənbələrin sözlərinə görə, İran yeraltı raket anbarları və buraxılış sistemlərinin təxminən 90 faizini, həmçinin mobil raket qurğularının və müharibədən əvvəlki arsenalının 70 faizini bərpa edib. Qeyd olunur ki, bu vəziyyət Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün təhlükə yarada bilər. Nəşr, həmçinin bildirir ki, yeni kəşfiyyat məlumatları ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın hərbi imkanlarının zəiflədilməsi ilə bağlı açıqlamalarını tam təsdiqləmir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34

