Zelenski Trampla niyə görüşmək istəyir?
17.03.2026 [09:17]
Yaxın Şərq böhranı Ukrayna probleminin həllini beynəlxalq gündəmdən çıxarmamalıdır
ABŞ və İsrailin İrana hücumları fonunda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar diplomatik danışıqlar səngiyib. Bununla belə, rəsmi Kiyev problemin beynəlxalq birliyin gündəmindən düşməməsinə çalışır. Prezident Volodimir Zelenski deyib ki, Ukrayna və ABŞ komandaları sanksiya siyasəti və təhlükəsizlik zəmanətləri ilə bağlı fəal məsləhətləşmələr aparırlar. Lakin əsas məsələlərin həlli üçün iki prezident arasında şəxsi görüş zəruridir. O bildirib ki, dialoq hazırda danışıqlar qrupu səviyyəsində davam edir. Zelenskinin sözlərinə görə, komandalar sanksiya təzyiqi də daxil olmaqla, geniş məsələləri müzakirə edirlər. Prezident qeyd edib ki, Trampla Rusiyaya qarşı sanksiyaları və ya ABŞ məhdudiyyətlərinin yumşaldılmasını müzakirə etməyib. Bununla belə, o, ABŞ lideri ilə birbaşa əlaqəyə ehtiyac olduğunu deyib. “Danışıqlarla bağlı bir çox problemimiz var. Düşünürəm ki, indi prezidentlər görüşməlidir. Çünki komandalar işləyir, amma həll olunmamış bəzi məsələlərimiz var. Komandalarımız görüşümüz üzərində daha çox çalışmalıdırlar”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
“ABŞ-ın Rusiya nefti ilə bağlı qərarı arzuolunmaz presedent yarada bilər”
Avropa İttifaqı (Aİ) da Ukrayna probleminin həllinin beynəlxalq gündəmdən çıxmamasının tərəfdarıdır. Ukraynadakı vəziyyətlə bağlı gələcək müzakirələrdən danışan Aİ-nin ali nümayəndəsi Kallas Yaxın Şərqə olan diqqətin Ukraynadakı vəziyyətdən yayındırmamasının vacibliyini vurğulayıb. “ABŞ-ın Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaların yumşaldılması arzuolunmaz presedent yarada bilər, çünki indiki vəziyyətdə Rusiyanın müharibəni davam etdirmək üçün maliyyə resurslarını məhdudlaşdırmaq vacibdir. Hörmüz boğazının bağlanması da Rusiyanın xeyrinə olmaqla ona bu müharibəni maliyyələşdirməyə imkan verir” - deyə, o bəyan edib.
Rusiya isə hazırkı beynəlxalq münasibətlərdəki böhrandan istifadə edərək Ukraynaya hücumlarını artırır. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski özünün “Telegram” kanalında yazdığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada hücum əməliyyatlarının ən yüksək intensivliyi Zaporojye istiqamətində - Qulyaypole rayonunda qeydə alınır: “Növbəti günümü səfərdə keçirdim, Zaporojye istiqamətində, Stepnoqorsk, Primorsk, Şerbakov, Qulyaypole, Zelyonı, Varvarovka rayonlarında döyüş əməliyyatları aparan hissələrdə işlədim”. Onun sözlərinə görə, Rusiya qoşunları bu istiqaməti əsas hədəf sayır və ora xeyli miqdarda qüvvə cəmləşdirir. “Qulyaypole rayonunda hücum əməliyyatlarının intensivliyi digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir” - deyə, paylaşımda qeyd olunur.
Rusiya hücumları artırıb
Xatırladaq ki, Sırski hazırda aktiv döyüş əməliyyatlarının davam etdiyi “Cənub” əməliyyat zonasına səfər edib. Onun sözlərinə görə, Ukraynanın müdafiə qüvvələri cənub istiqamətində müəyyən hədləri qoruyub saxlayır, tədricən irəliləyir və yaşayış məntəqələrinin azad edilməsi uğrunda döyüşlər aparır. Həmçinin daha əvvəl bildirilib ki, Rusiya qoşunları son həftələrdə cəbhənin ayrı-ayrı sahələrində hücum əməliyyatlarını aktivləşdiriblər. Zaporojye istiqamətində hücumlar artıb, burada həmlələrin intensivliyi bəzi yerlərdə cəbhənin ən gərgin sahələrindən birinin - Pokrovsk rayonunun göstəricilərini üstələyib.
Belə bir şəraitdə Kiyev ABŞ ilə dron istehsalına dair müqavilə bağlamaq istəyir. Lakin sənəd hələ imzalanmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə qarşı tərəfin mövqeyini dəqiq izah edə bilməyib. “Prezident Trampla heç bir sənəd imzalamamışıq. Niyə belə olduğuna dair cavabım yoxdur. Bu, sonradan baş verə bilər, amma əmin deyiləm”, - deyən Zelenski amerikalıların həmişə Ukrayna dronlarına maraq göstərdiyini vurğulayaraq vurğulayaraq söyləyib: “Mən heç vaxt eşitməmişəm ki, ABŞ üçün bizim dronlar maraqlı deyil. Mən əksini eşitmişəm: ABŞ çox maraqlıdır”. Volodimir Zelenski əlavə edib ki, ABŞ-a təxminən 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib. Dövlət başçısı, həmçinin xatırladıb ki, Ukrayna artıq 3 ölkə - Danimarka, Böyük Britaniya və Almaniya ilə birgə silah istehsalına uğurla başlayıb.
Ali Radanın bir qrup deputatı mandatdan imtina edir
Bu arada Ukrayna Ali Radasının onlarla üzvü deputat səlahiyyətlərinə xitam verilməsi barədə ərizə təqdim edib. Bu barədə xalq deputatı Aleksandr Yurçenko “Novini.Live” efirində bildirib: “Mənə məlumdur ki, Ali Radanın onlarla deputatı artıq ərizə verib, getmək, mandatdan imtina etmək istəyir. Onlar təxminən 50-60 nəfərdir”. Söhbətin hakim “Xalqın xidmətçisi” Partiyasının nümayəndələrindən gedib-getmədiyi ilə bağlı dəqiqləşdirici suala Yurçenko təsdiqləyici cavab verib. Deputatın sözlərinə görə, səbəblər, ehtimal ki, parlamentin uzun kadensiyası, yorğunluq və 50 min qrivna (1,1 min ABŞ dollarından çox - red.) məbləğindəki aşağı maaşdır.
Məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib ki, istefa vermək istəyən parlament üzvləri ya Ukrayna Ali Radasında çalışmalı, ya da cəbhədə xidmət etməyə getməlidirlər. Onun sözlərinə görə, bəzi parlament üzvləri tammiqyaslı işğalın başlanğıcından bəri mandatlarından imtina etmək istəyiblər. Lakin hərbi vəziyyət dövründə Ukrayna parlamenti tam fəaliyyət göstərməyə davam etməlidir. “Onlara qarşı fərqli istəklər və münasibətlər ola bilər, amma biz hərbi vəziyyət şəraitindəyik və dövlətimizi müdafiə etməliyik. Buna görə də parlament üzvləri ya Ukrayna qanunlarına uyğun olaraq parlamentdə xidmət etməli olacaqlar, ya da mən parlament üzvlərinin cəbhəyə gedə bilmələri üçün səfərbərlikdə dəyişikliklər haqqında qanunu müzakirə etməyə hazıram. Əgər dövlətə parlamentdə xidmət etmirsinizsə, onda cəbhədə xidmət edin. Mənim yanaşmam budur”, - deyə Zelenski söyləyib.
Prezident, parlament üzvlərinin hərbi xidmətə qoşulmalarına imkan verəcək səfərbərlik qanunvericiliyinə mümkün dəyişiklikləri parlamentlə müzakirə etməyə hazır olduğunu vurğulayaraq deyib ki, müharibə dövründə seçkilərin keçirilməsi mümkün deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

