İsveçrədə...
19.02.2026 [08:52]
Cenevrə görüşləri başa çatdı...
Nəticə olmasa da, irəliləyiş var...
Fevralın 17-də və 18-də Cenevrədə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davam etdirilib. Danışıqlar Cenevrədə InterContinental Oteldə reallaşıb. Beynəlxalq KİV-in məlumatına görə nümayəndə heyətlərinin iştirakı ilə baş tutan görüşlər qapalı qapılar arxasında keçirilib.
Nümayəndə heyətlərinin tərkibi dəyişdi
Qeyd edək ki, görüşdə Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Xatırladaq ki, Medinski Rusiyanı 2022-ci il danışıqlarında və 2025-ci il İstanbul görüşlərində təmsil etmişdi, lakin Əbu-Dabidəki görüşlərdə iştirak etməmişdi. Nümayəndə heyətində həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin və BƏƏ-dəki danışıqlarda Rusiyanı təmsil edən Baş Qərargahın Baş İdarəsinin (QRU) rəisi, admiral İqor Kostyukov da təmsil olunub. Məlumata görə, Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev də Cenevrəyə gəlib. Kremlin məlumatına görə, o, iqtisadi məsələlər üzrə Rusiya-Amerika qrupunun tərkibində ayrıca danışıqlar aparır.
Ukraynanı isə prezident Vladimir Zelenskinin ofisinin rəhbəri Kiril Budanov, onun müavini Sergey Kıslıtsya, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov və hakim partiyanın fraksiyasının rəhbəri David Araxamiya təmsil edib.
ABŞ tərəfdən görüşdə Prezidentin xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşner nümayəndə kimi iştirak edib.
Avropa “qapı arxasında” qaldı...
Qeyd edək ki, budəfəki görüşlər raundunda Avropa da təmsil olunmaq arzusunu irəli sürüb. Böyük Britaniya, Almaniya, Fransa və İtaliya nümayəndələri danışıqları müşahidə etsələr də, İsveçrə də daxil olmaqla Avropa ölkələri danışıqlarda iştirakçı kimi qeyd olunmayıb. AFP mənbələri xəbər yayıb ki, danışıqlarda Almaniya kansleri Fridrix Merts də daxil olmaqla, Aİ liderlərinin müşavirləri iştirak ediblər. Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov Fransa, Birləşmiş Krallıq, Almaniya, İtaliya və İsveçrə nümayəndələri ilə ayrıca görüşdüyünü açıqlayıb.
Ərazi məsələsində razılıq əldə edilmir
Görüşdən öncə Kreml bildirmişdi ki, təhlükəsizlik məsələlərinin müzakirə olunduğu BƏƏ-dən fərqli olaraq, İsveçrədə daha geniş mövzular, o cümlədən ərazilərlə bağlı əsas məsələlər və tələblər müzakirə olunacaq. KİV Cenevrədə hərbi, siyasi və humanitar məsələlərin, Zaporojye Atom Elektrik Stansiyasının və enerji atəşkəsinin müzakirə olunacağını da yaymışdılar.
Ukrayna isə hərbi əməliyyatların bitməsindən sonra Kiyev üçün təminatlara diqqət yetirmək niyyətini irəli sürüb. Prezident Zelenski bildirib ki, təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa məsələsində irəliləyişin olması vacibdir. Umerov bildirmişdi ki, Kiyev enerji obyektlərinə zərbələrin dayandırılması məsələsini qaldırmağı planlaşdırır. O deyib ki, ABŞ münaqişənin yayın əvvəlinə qədər bitməsini gözləyir. ABŞ Dövlət katibi Marko Rubio isə bildirimişdi ki, ABŞ hər iki tərəfi bu müharibəyə danışıqlar yolu ilə son qoymaq imkanını müzakirə etməyə məcbur edə biləcək yeganə ölkədir.
Cenevrədə danışıqların ilk günündən sonra “Axios”a verdiyi müsahibədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev və Vaşinqtonun qəbul olunacaq sülh müqaviləsini Ukraynada referenduma təqdim etmək barədə razılığa gəldiyini bildirib. Ukrayna Prezidenti ölkəsinin digər şərtlərini də açıqlayıb. O həmçinin bildirib ki, ərazi məsələsinin həllində irəliləyiş əldə etməyin ən yaxşı yolu Putinlə görüşməsidir. Zelenskinin sözlərinə görə, o, danışıqlar qrupuna iki lider arasında Cenevrədə görüş məsələsini qaldırmağı da tapşırıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Zelenski arasında görüşün yalnız Moskvada baş tutmasının mümkün olduğunu bildirmişdi. Ukrayna lideri isə Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə Putinlə görüşməyə hazır olduğunu demişdi.
Danışıqlar dalana dirəndi...
Bu görüşə qədər Əbu-Dabidə tərəflər arasında 2 raundluq görüş baş tutmuşdu. Həm yanvar, həm də fevral ayına təsadüf edən bu görüşlər real nəticə ilə yekunlaşmasa da, Əbu-Dabidə baş tutan son görüşdə “157-yə 157” formuluna uyğun olaraq əsirlərin dəyişdirilməsi reallaşmışdı. Cenevrədə baş tutan görüşün ilk günündə danışıqlar prosesi təxminən 4 saatdan artıq çəkib. Prosesdə İsveçrənin xarici işlər naziri İqnazio Kassis də iştirak edib. Rusiya Xarici İşlər Nazirliyi öncədən yaydığı məlumatda bildirib ki, iştirakçılar “hər hansı bir sızmanın qarşısını almaq üçün səssiz işləməyə” razılaşıblar. Məlumata görə, görüş həm ikitərəfli, həm də üçtərəfli formatda baş tutub. İnformasiya agentlikərinin yaydığına görə, dialoq Rusiya-Amerika, Rusiya-Ukrayna və Rusiya-Amerika-Ukrayna danışıqları formatında və olduqca gərgin keçib. “Axios” xəbər verir ki, ilk gün siyasi qrupun danışıqları Rusiya nümayəndə heyətinin təqdim etdiyi mövqelərə görə “dalana dirənib”. Bu arada, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Vaşinqtonun səyləri nəticəsində əldə edilən əhəmiyyətli irəliləyiş haqqında danışıb. O, Rusiya və Ukrayna nümayəndə heyətlərinin müvafiq liderlərinə məlumat vermək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəldiyini bildirib.
İkinci gün iki saat...
Vurğulandığı kimi, görüş fevralın 18-də davam etdirilib. Görüşdən əvvəl yayılan məlumatlarda bildirilib ki, dünən məsələlər 2 istiqamətdə - hərbi və siyasi işçi qruplarında davam etdirilib. Müzakilərə davam etdirilsə də, real nəticələrin əldə olunması gözlənilmir. “Politico”nun məlumatına görə, tərfələr atəşkəsin necə qurulacağı və atəşkəsdən sonra silahsızlaşdırılmış zonanın necə görünə biləcəyi barədə razılığa gəlsələr də, ərazi məsələsində razılıq əldə edilə bilmir. Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tam çıxmasını tələb edir, Ukrayna isə bu tələbi rədd edir və prosesi hazırkı təmas xəttindən irəlilətməyi təklif edir.
Dünənki görüşdən sonra jurnalistlər qarşısına çıxan Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentin köməkçisi Vladimir Medinski deyib ki, danışıqlar çətin, lakin işgüzar keçdi və bu görüş təxminən 2 saat davam edib. “Bildiyiniz kimi, danışıqlar iki gün davam etdi: dünən (fevralın 17-də) çox uzun müddət, müxtəlif formatlarda, sonra isə bu gün təxminən iki saat. Çətin, lakin işgüzar görüşlər idi”, - deyə Medinski bildirib. O həmçinin, Ukrayna ilə bağlı tezliklə yeni görüşün keçiriləcəyini qeyd edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

