5 milyard dollar...
17.02.2026 [09:35]
Qəzza necə bərpa ediləcək?
Yaxın günlərdə Vaşinqtonda Şülh Şurasının üzvlərinin toplantısı keçiriləcək. ABŞ Prezidenti Donald Trampın “Truth Social”da yazdığına görə, Sülh Şurasına üzv ölkələr fevralın 19-da keçiriləcək ilk iclasda Qəzza sektorunun bərpası üçün 5 milyard dollardan çox vəsait ayıracaqlarını bəyan edəcəklər. Trampın sözlərinə görə, üzv dövlətlər, həmçinin Qəzza sakinlərinin təhlükəsizliyini və sülhü qorumaq üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə və yerli polisə minlərlə işçi heyəti göndərməlidir.
Sülh planının ikinci mərhələsi önəmlidir
Qeyd edək ki, Fələstində vəziyyət, xüsusilə Qəzza problemi BMT Təhlükəsizlik Şurasının son iclasında da əsas müzakirə mövzusu olmuşdu. İclasda mövcud vəziyyət “Qəzza üçün potensial dönüş nöqtəsi” kimi xarakterizə edilib. Yanvarın 14-də ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Bu plan Fələstin radikallarının tərk-silah edilməsini, İsrail qoşunlarının anklavdan çıxarılmasını, orada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və sektorun idarə olunması üçün strukturların fəaliyyətə başlamasını nəzərdə tutur. Donald Trampın 20 bənddən ibarət sülh planının ikinci mərhələsinin başlanması və Sülh Şurasının yardımçı strukturlarının, o cümlədən Qəzzanın idarə olunması üzrə Milli Komitənin və Qəzza üzrə Ali nümayəndənin ofisinin yaradılması sektorda atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mühüm addımdır.
Bununla belə, bölgədə hələ də qeyri-müəyyənlik çoxdur. Bir müddət əvvəl BMT rəsmiləri Qahirədə Qəzzanın idarə olunması üzrə Milli Komitənin nümayəndələri ilə BMT-nin Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq əsas xidmətlərin göstərilməsinə, humanitar yardımın çatdırılmasına və bərpa işlərinə hazırlığa BMT-nin necə dəstək göstərə biləcəklərini müzakirə ediblər. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı komitəni və Qəzzada bərpa üzrə ağır işə başlayan fələstinliləri dəstəkləməyə hazırdır.
Qəzzanın demilitarizasiyası və etibarlı təhlükəsizlik mexanizmləri isə Milli Komitənin fəaliyyəti üçün əsas şərtlərdir. Əhalinin demək olar ki, hamısı hələ də yardıma ehtiyac duyur, güclü yağışlar və soyuq hava isə adekvat yaşayış yeri olmayan təxminən 1,5 milyon məcburi köçkünün vəziyyətini daha da ağırlaşdırıb. Təhlükəsizlik şəraitinin qeyri-sabitliyi, yüklərin gətirilməsinə qoyulan məhdudiyyətlər, keçid məntəqələrində gecikmələr və marşrutların məhdud sayı səbəbindən humanitar təşkilatlar hələ də Qəzzada zəruri miqyasda fəaliyyət göstərə bilmirlər.
Atəşkəs rejiminə baxmayaraq...
Qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, Qəzzada hava zərbələri, atəşlər və silahlı toqquşmalar davam edir, ərazidə mülki şəxslər həlak olur. Ona görə də, Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsi həlledici əhəmiyyət daşıyır və güclü kollektiv öhdəlik tələb edir. Bu, fələstinlilər və israillilər üçün daha sabit və təhlükəsiz gələcəyin əsaslarını qoymaq üçün real imkandır.
Xatırladaq ki, Donald Tramp Fələstinin HƏMAS hərəkatının tam tərksilah edilməsi ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib. ABŞ Prezidenti yeni yaradılmış Fələstin texnokratik hökumətini dəstəklədiyini də vurğulayıb. Yanvarın 22-də isə Davosda bir sıra ölkələr “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar. Sülh Şurası dünyada sabitliyin təşviqi, münaqişə zonalarında dayanıqlı sülhün dəstəklənməsi və beynəlxalq təhlükəsizliyin legitimlik, ədalət əsasında bərpası üçün çevik, işlək mexanizm yaratmaq məqsədi daşıyır. ABŞ tərəfindən BMT-nin boşluqlarını doldurmaq üçün təsis edilən bu struktur, konkret sülh modelləri və regional əməkdaşlıq mexanizmlərini reallaşdırmağa xidmət edir.
Sülh Şurasının yaradılmasının əhəmiyyəti aşağıdakı əsas istiqamətlərlə şərtlənir.
-Beynəlxalq Təhlükəsizliyin Yeni Modeli: Təhlükəsizliyin yalnız güc balansı ilə deyil, legitimlik və ədalət üzərində qurulmasını təmin edir.
-Dayanıqlı Sülh və Reinteqrasiya: Münaqişədən təsirlənən ərazilərdə infrastrukturun sülh alətinə çevrilməsi və praktiki reinteqrasiya modellərinin tətbiqinə kömək edir.
-Funksional Əməkdaşlıq: Çevik qərar qəbuletmə mexanizmi ilə mövcud beynəlxalq təşkilatların çatışmazlıqlarını dolduraraq, regional və qlobal aktorlar arasında səmərəli əməkdaşlığı artırır.
-Etibarlı idarəetmə: Böhran bölgələrində hüquqi və etibarlı idarəetmənin bərpasına dəstək verir.
Sülh Şurasının fəaliyyətinin hansı nəticələr verəcəyini isə zaman göstərəcək. Çünki bu təsisata müxtəlif ölkələr tərəfindən münasibət birmənalı deyil. Lakin Prezident Tramp Sülh Şurasının öz hədəflərinə çatması üçün prinsipial mövqe nümayiş etdirir. Şuranın fevralın 19-da keçirilməsi nəzərdə tutulan ilk iclasında hansı qərarların qəbul olunacağı diqqət mərkəzindədir. Çünki bu qərarlar dolayısı ilə Sülh Şurasının hansı effekt verəcəyinə dair ilkin təsəvvürlər yaradacaq.
Martda HƏMAS tərk-silah edilə bilər
Artıq HƏMAS hərəkatının tərk-silah prosesinə mart ayında başlanacağı barədə məlumatlar yayılmaqdadır. İsrailin “Kan” dövlət televiziyasının Sülh Şurasındakı mənbələrə istinadla yaydığı məlumata görə, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət formalaşdırıldıqdan və hərəkatın əvvəlki səlahiyyətləri həmin hökumətə ötürüldükdən sonra başlayacaq. Bildirilir ki, silahsızlaşdırma prosesinin ilk mərhələsi Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindən start götürəcək.
HƏMAS hərəkatının siyasi bürosunun üzvü və Qəzza sektorundakı rəhbəri Xəlil əl-Heyya isə Qahirədə Sülh Şurasının anklav üzrə nümayəndəsi Nikolay Mladenovla görüşərək danışıqlar aparıb. Lakin danışıqlardan sonra Xəlil əl-Heyya mediaya bildirib ki, tərəflər hərəkatı tərk-silah etmək üçün Sülh Şurasından və ABŞ-dan hələlik heç bir təklif almayıblar. O, görüşdə digər mövzuların da müzakirə olunduğunu deyib.
Belə ziddiyyətli vəziyyət fonunda beynəlxalq ictimaiyyət Şülh Şurasının praktiki fəaliyyət gözləyir. Çünki bütün dünya bu münaqişənin başa çatmasını arzulayır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02

