/ / Davosda Əliyevin bir imzası, Zəngəzur dəhlizində erməni oyunpozanlığı - bacarırsınızsa.... Aydın Quliyev yazır...
Davosda Əliyevin bir imzası, Zəngəzur dəhlizində erməni oyunpozanlığı - bacarırsınızsa.... Aydın Quliyev yazır...
09.02.2026 [13:44]
Erməni mediası İlham Əliyevin Davosda bir görüşünün nəticələri üzərində həm bu görüşü, həm də Zəngəzur dəhlizində başlanmış praktik işləri qaralamağa başlayıb.
Məsələ belədir ki, ABŞ-ın məşhur AECOM şirkətinin nümayəndələri Zəngəzur dəhlizində tikintinin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün Yerevana gəliblər. Erməni mediası dərhal "axtarışa "başlayıb və dəhlizdə başlanmış prosesi qarışdırmaq üçün mövzu quraşdırıb. Birdən yadlarına prezident İlham Əliyevin bir neçə gün əvvəl Davos İqtisadi Forumunda keçirdiyi bir görüş və imzalanmış bir memorandum düşüb. İlham Əliyev Davosda məşhur ABŞ investisiya şirkəti "Blacrok"un baş direktoru ilə görüşüb və nəticədə bu şirkətlə Azərbaycan Dövlət Neft Fondu arasında Azərbaycana 1,5 milyard dollar sərmayə yatırılması barədə saziş imzalanıb. Erməni mediası burada özü üçün guya böyük bir kəşf edib və iddia edir ki, həmin bu " Blacrok" şirkəti Zəngəzur dəhlizində işə başlamış AECOM şirkətinin səhmlərinin 12 faizinə sahibdir... Buradan da "dahiyanə" bir nəticəyə gəlinir ki, İlham Əliyev Davosda imzaladığı bir sazişə söykənərək Amerika şirkətinin əli ilə Zəngəzur dəhlizində gedən proseslərə təsir göstərəcək və faktiki olaraq Zəngəzur dəhlizində aparılan işlərin iştirakçısına çevriləcək ...Göründüyü kimi, tam bir fobiyanın və pozuculuq niyyətinin üstündə qurulmuş məzmunsuz bir hekayənin içindəyik...
Əvvəla, Əliyevin Davosda danışıq apardığı " Blacrok" şirkətinin AECOM-da hansısa miqdarda səhmə sahib olması biznes fəaliyyətləri çərçivəsində tam mümkün olan şeydir, həm də bunun rəsmi təsdiqi hələ yoxdur..
İkinci, hətta bu rəsmən təsdiqlənsə belə, bunun Zəngəzur dəhlizində birgə Ermənistan- Amerika TRİPP şirkətinin işinə nə dəxli var?
Üçüncü, Zəngəzur dəhlizinin 46 kilometrlik həmin hissəsində Azərbaycanın da iştirakının mümkünlüyünü kim, nə vaxt qadağan edib ki?! Azərbaycanın buna haqqı da var. Çünki əgər Zəngəzur dəhlizinin Füzuli- Zəngilan, Ordubad- Arazdəyən hissəsinin çəkilməsi Azərbaycanın üzərindədirsə, Ermənistanın 46 kilometr ərazisindən keçən hissəsində Azərbaycan niyə də iştirak etməsin?!..Eyni zamanda, 8 avqust Vaşinqton sənədinə görə, ABŞ və Ermənistanın razılıqları əsasında 3-cü tərəf də Dəhlizdə işlərə cəlb oluna bilər. Həmin 3- cü tərəf qismində niyə Azərbaycan olmasın?!..
Nəhayət, bəli, Zəngəzur dəhlizi ilk növbədə böyük geosiyasi və geoiqtisadi layihə olduğu üçün onunla bağlı bütün proseslərdə liderlərin şəxsi uzaqgörənlik məharəti çox vacib amil kimi nəzərə alınmalıdır. Yəni İlham Əliyevin uzaqgörənlik edərək həftələr əvvəl Davosda atdığı bir imza bu nəticələri verirsə, bundan xoflanmaq yox, diplomatik məharətin təzahürü kimi qürurlanmaq lazımdır...
Bacarırsınızsa, siz də uzaqgörən olun...Oyunpozanlıq nə deməkdir...
Aydın Quliyev,
"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq
Xəbər lenti
Hamısına baxXəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58

