Əlcəzairin ədalət istəyi, Fransanın hiddəti...
27.12.2025 [08:54]
Əlcəzair parlamentinin Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul etməsi rəsmi Paris tərəfindən qəzəblə qarşılanıb. Fransanın xarici işlər naziri Jan-Noel Barro bəhs olunan qanuna münasibət bildirib və hiddətini gizlətməyib.
Belə ki, nazir bu sənədi “açıq-aşkar düşmən təşəbbüs” kimi qiymətləndirib. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanıb ki, bu addım Fransa-Əlcəzair dialoqunun bərpası və iki ölkə arasında tarixi yaddaşla bağlı məsələlərin sakit və konstruktiv müzakirəsi niyyəti ilə ziddiyyət təşkil edir.
“1,5 milyon şəhid ölkəsi”
Hazırda kritik həddə çatan Əlcəzair-Fransa siyasi gərginliyinin səbəbləri tarixin dərin qatlarından, daha dəqiq ifadə etsək, Yelisey Sarayının bəhs olunan Afrika ölkəsində təxminən 130 il ərzində həyata keçirdiyi müstəmləkəçilk siyasətindən qaynaqlanır.
Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Yelisey Sarayının Əlcəzairə münasibəti işğal etdiyi digər ərazilərdən tamam fərqli olub. Belə ki, bu ölkə hər nə qədər olsa da, digər ərazilərin müstəmləkə olduğunu qəbul edirdi. Əlcəzairə gəldikdə isə Yelisey Sarayı bu ölkəni Fransanın bir parçası sayırdı. Bu da Parisin Əlcəzairlə bağlı xəbis niyyətinin ifadəsi idi. Fransa bu ideyanı təşviq etməklə sərvətlərlə zəngin olan Əlcəzairdə sümürmə siyasətinə tam hüquqi əsaslar yaratmağa nail olmaq məqsədi güdürdü. Əgər bu ideya qəbul olunsa idi, şübhəsiz ki, heç kim Fransanı Əlcəzairdə törətdiyi əməllərə görə qınamayacaqdı, bunlar onun daxili işi sayılacaqdı.
Fransa Əlcəzairi 1830-cu ildə işğal altına alıb və qanlı izləri indi də qalan bu işğal 1962-ci ilədək davam edib.Yelisey Sarayının uzun zaman kəsiyini əhatə edən işğalçılıq siyasəti müqayisəyəgəlməz dərəcədə mürtəce səciyyə daşıması ilə fərqlənib. Sərvətlərin talanması, yerli əhalidən ucuz işçi qüvvəsi kimi istifadə edilməsi bir yana qalsın, aborigen sakinlərə qarşı məqsədli soyqırımı törədilib. Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Bəli, Paris burada mövcudluğu dönəmində kütləvi qətliamlara əl atıb. 1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli həyatını itirib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə ‘Sena qətliamı” kimi daxil olub. 2017-ci ildə Əlcəzairin insan hüquqlarının qorunması assosiasiyasının yaydığı hesabatda bildirilir ki, ümumilikdə bu ölkənin 10 milyon vətəndaşı Fransa müstəmləkəçiliyinin qurbanı olub.
Əlcəzairdə ikrah doğuran, qəddarlığı ilə heç bir ölçüyə sığmayan Fransa müstəmləkəçiliyinə aid daha bir neçə fakta diqqət yetirək:
- 1966-1996-cı illərdə Fransa Əlcəzairdə 210 dəfə nüvə sınağı həyata keçirib. Əlcəzair hökumətinin məlumatına əsasən, nüvə sınaqları zamanı 18 min hərbçi və mülki şəxsə ziyan dəyib. Nüvə sınaqlarından zərər çəkənlərin əksəriyyəti sonrakı bir neçə il ərzində həyatlarını itirib. 2010-cu ildə Fransada nüvə sınaqları qurbanlarına təzminatın ödənilməsi barədə qanun qəbul edilsə də, rəsmi Paris yalnız 20 nəfərə kompensasiya verib.
- İşğal altına aldığı Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini qarşı tərəfə verməkdən imtina edir.
- Əlcəzair 1962-ci ildə müstəqillik qazananadək Fransa burada yerli xalqları həm də mədəni diskriminasiyaya məruz qoyub. Son araşdırmalar nəticəsində aşkarlanan faktlar heç bir tənqidə sığmır. Belə ki, qeyd olunan tarixədək Əlcəzairdə yerli əhalinin 98 faizi təhsildən kənarda qalıb.
- Ən həssas məsələlərdən biri insan kəllələri ilə bağlıdır. Bəli, Fransadakı İnsan muzeyində təxminən 18 min kəllədən ibarət xüsusi kolleksiya nümayiş etdirilir. Bu ölkənin hərbi-siyasi rəhbərliyi həm də müstəmləkə ölkələrində, o cümlədən də Əlcəzairdə məhv etdiyi insanların kəllələrini Parisə daşıyıb onları sərgiləməyi “qəhrəmanlıq tarixi” kimi dəyərləndirir. Bu isə artıq bir mənəviyyat məsələsidir.
- Mədəni sərvətlərin talanması və oğurlanması...
Təzminat və üzr tələbi - Yelisey Sarayı bu dəfə məsuliyyətini boynuna alacaqmı?
Əlcəzairin Xalq Milli Assambleyası Fransanı hiddətləndirən qanunu dekabrın 24-də yekdilliklə qəbul edib. Təxminən 30 maddədən ibarət olan sənəd plenar iclasda bütün deputatların iştirakı ilə səsə qoyulub və tam razılıqla təsdiqlənib. Sənəddə vurğulanır ki, Fransanın Əlcəzairi 14 iyun 1830-cu ildə başlayan təcavüzdən 5 iyul 1962-ci ilədək koloniyalaşdırması, həmçinin bu tarixdən sonra da davam edən birbaşa və dolayı nəticələr cinayət hesab edilməlidir. Layihənin müəllifləri bildirirlər ki, Fransa dövləti qeyri-insani hərəkətlərə, siyasi, iqtisadi və humanitar xarakterli cinayətlərə, həmçinin beynəlxalq normaların və qaydaların pozulmasına görə məsuliyyət daşıyır. Parlamentin spikeri İbrahim Buğali vurğulayıb ki, bu təşəbbüslər fransız xalqına qarşı yönəlməyib, tarixi ədalətin bərpasını tələb edir.
Qanun layihəsi kolonializmin təxminən 30 növ cinayətini müəyyənləşdirir. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, insanların oğurlanması, zorlamalar, qadağan olunmuş silahlardan istifadə, həmçinin Əlcəzair səhrasında nüvə sınaqlarının keçirilməsi daxildir. Sənəd milli yaddaşın təhqir edilməsi, Fransa müstəmləkəçiliyinin tərənnümü və ya ona bəraət qazandırılmasına görə 5 ildən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Yeni qanunda müstəmləkəçilik dövründə Fransanın mərkəzi hakimiyyətinin Əlcəzairdə törətdiyi insanlıq əleyhinə cinayətlərə görə Yelisey Sarayından üzr istəmək və təzminat ödəmək tələbi yer alır. Qeyd edək ki, Əlcəzair hökuməti indiyədək tarixi ədalətin, beynəlxalq hüququn təmin olunması, oğurlanan və hazırda Fransa muzeylərində saxlanan mədəni sərvətin geri qaytarılması tələbini bir neçə dəfə gündəmə gətirib. Ancaq dünyaya demokratiya, insan haqları dərsi vermək iddialarında bulunan Yelisey Sarayı Əlcəzairin haqlı tələblərinə məhəl qoymayıb. Fransa susqunluğunu nə vaxtadək davam etdirəcək?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

