Taxıl qatarının ardınca, neft qatarı və Avropa İttifaqının... sükutu
18.12.2025 [21:09]
Necə deyərlər, hər şey plan üzrə gedir. Azərbaycanın təşəbbüsü ilə davam edən sülh prosesinin müsbət nəticələri ortadadır. 19 dekabr 2025-ci il tarixə Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünün başlandığı gün kimi yazılacaq.
Artıq Ermənistan hökumətindən reaksiyalar var. Baş nazir Nikol Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünün başlanmasını alqışlayıb. “Azərbaycan neft məhsullarını daşıyan qatar yola düşüb və Ermənistana gedir. Mən bu inkişafı alqışlayıram. Ticarət özəl şirkətlər arasında aparılsa da, bunun üçün siyasi şəraiti yaradan Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh olub”, - Paşinyan deyib.
Son aylar Azərbaycanı alqışlamaqdan Nikol Paşinyanın az qala əlləri qabar olub. Bundan əvvəl dövlətimizin başçısı Astanada bəyan etmişdi: “Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”. Azərbaycan Prezidentinin bu, humanist qərarından və tarixi jestindən sonra da Ermənistanın rəsmi şəxsləri davamlı şəkildə bu addımları təqdir edən açıqlamalarla çıxış ediblər, elə bu günlərdə Paşinyan sözügedən məsələ ilə bağlı Azərbaycana Moskvadan (!) təşəkkürünü bildirdi.

Bir çoxları güman edirdilər ki, Azərbaycan və Ermənistan arasında növbəti dəfə gərginliklər yaranacaq, yenə də hansısa “vasitəçi”yə ehtiyac duyulacaq, yenə də “o paytaxt sənin, bu paytaxt mənim” deyib, danışıqlar aparılacaq, əslində barışdırmağa yox, qarışdırmağa çalışan mərkəzlərin də üzü güləcək. Amma arzuları hasil olmadı, Azərbaycan Prezidentinin danışıqları ikitərəfli formatda aparmağın alternativinin olmadığını sübut edən düsturu, yol xəritəsi öz sözünü dedi, nəticə də ortada!
Baxın, hətta Azərbaycan Ermənistana taxıl daşınması üçün ərazisindən yol açandan sonra da Avropanın ayrı-ayrı strukturları özlərinin bəd əməllərindən əl çəkmədilər. Avropa İttifaqının 2 dekabrda Ermənistanla imzaladığı sənəd əslində sülh prosesinə zərbə idi. Düzdür, burada Ermənistan rəhbərliyinin də məsuliyyəti var. Amma anlasın ki, Bakı növbəti dəfə güzəştə getdi bu sərsəm hərəkətin qarşılığında. Necə ola bilər ki, Paşinyan Azərbaycanı öz xoşları ilə tərk etmiş Qarabağ ermənilərinin geriyə dönməsini mümkün saymadığı halda, Avropa İttifaqının təqdim etdiyi sənəddə onların guya pozulan hüquqlarından, geri qayıtmalarının zəruriliyindən bəhs olunur və Ermənistan təmsilçisi də gözlərini yumaraq kağız parçalarını imzalayır? Nə imzalayırlar, imzalasınlar, Azərbaycan üçün əhəmiyyəti yoxdur, necə ki, Brüsseldə toplaşıb “Ermənistanı xilas layihəsi” hazırlamışdılar, Azərbaycanın iştirak etmədiyi platformalarda planlar qurmuşdular, hamısı iflasa uğradı. Prezident İlham Əliyev “Dəmir Yumruq”un gücü ilə torpaqlarımızı işğaldan azad etdikdən, ədalətli müharibə ilə ərazi bütövlüyümüzü təmin etdikdən sonra imzası qədər etibarlı, mötəbər olan sözü ilə savaşın bitdiyini və bundan sonra sülh, təhlükəsizlik şəraitdə yola davam edəcəyimizi bəyanladı, o siyasət uğurla davam edir.

Diqqət edin, görün Avropadan, digər ölkələrdən səs-səmir varmı? Bir dəfə də taxıl yolu, çörək yolu açılanda yazmışdıq. Bu gün də Ermənistana neft məhsulları göndərdi dövlətimiz, təbii ki, ticarət anlaşmasıdır. Amma nə olsun? Bu, on illiklər sonranın ilkidir. Elə isə Avropa İttifaqı niyə alqış demir? Azərbaycan torpaqları 30 il işğal altında olanda elə Avropa təşkilatlarının təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında bazar açmaq layihəsi üzərində baş sındıranlar var idi, xatırlayırsınızmı? Adına “Təkəli prosesi” də deyilirdi. Marneulinin adı çəkilən kəndində erməni, gürcü və azərbaycanlıların iştirakı ilə bazar açmaq istəyirdilər. O zaman Azərbaycandan da bəzi QHT təmsilçiləri “ortaq bazar”(laşma) layihəsində iştirak edirdilər. Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində azərbaycanlılarla ermənilərin ticarətini təşkil etmək, bununla da guya iki xalq arasında sülhü təşviqetmə işlərini həyata keçirmək istəyirdilər. O zaman QAT sədri Akif Nağının təşəbbüsü ilə Azərbaycandan bir qrup fəal Gürcüstana səfər etmiş, əslində sülh adı altında Qarabağın ilhaqının unutdurulmasına xidmət edən bu bazarlaşmaya etirazlarını bildirmişdilər.
![]()
O zaman Təkəlidə bazar açıb, azərbaycanlılarla erməniləri sülhə gətirmək istəyənlər nədənsə Azərbaycan və Ermənistan arasındakı bu boyda sülh prosesini görməzdən gəlirlər, Azərbaycan Prezidentinin böyük humanizmini heç olmasa Paşinyan qədər qiymətləndirmək istəmirlər. Hələ Xankəndidə separatçılar qalan zaman Azərbaycan ordakı mülki ermənilərə un göndərmək istəyirdi. Amma erməni canilər Əsgəran tərəfdə post quraraq, Azərbaycan TIR-larını Xankəndiyə girməyə imkan vermirdi. Avropadakı himayədarları da “ermənilər acından qırılır” iddiası ilə Xankəndiyə ərzaq göndərməyə çalışırdılar, TIR-ları Həkəri körpüsünün o üzündə, arzuları da gözlərində qaldı. Onların məqsədi Azərbaycanın daxili işlərinə müdaxilə etmək idi, hansısa ermənini yedirtmək yox. Əslində erməninin kifayət qədər ərzaq ehtiyatı olduğu üçün “biz ölərik, türk çörəyi yemərik”, deyirdi. Amma gün gəldi, Ermənistanın bütöv əhalisi Azərbaycandan keçən taxılı yedi, kimsə ölmədi, indi də yanacağımızla isinəcəklər, avtomobillərini hərəkətə gətirəcəklər. Bütün bunları hələ sülh sazişi imzalanmadan Azərbaycan dövləti edir, Avropa susur. Elə Ermənistan ətrafında qırmızı xətt çəkib, duran İrandakı fars şovinistləri də, Rusiyadakı Azərbaycan düşmənləri də...Amma onların nə deməsi vəziyyəti dəyişməyəcək, sülh, taxıl, yanacaq qatarı öz işindədir. Bir gün Zəngəzur dəhlizindən də keçəcək, çünki bu prosesin təşəbbüskarının bir kəlməsi belə, havada, bir sözü belə, kağız üzərində qalmayıb!
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

