TÜRKPA-nın parlament diplomatiyasında rolu artır
17.10.2025 [12:19]
Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.
Təşkilatın fəaliyyəti...
Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.
Təşkilatın məqsədləri sırasına parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Təşkilat həm də, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir.
Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin inteqrasiyası üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur. Bundan başqa, türk dövlətləri və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir.
TÜRKPA mühüm platforma kimi
Yeri gəlmişkən, Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də TÜRKPA-nın Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sahibə Qafarova təşkilatın Baş katibini yeni fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsində, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanaraq bildirilib ki, Türk Dövlətləri Parlament Assambleyası parlamentlərimizin qarşılıqlı faydalı işbirliyinin səmərəli mexanizminə çevrilib və ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platforma kimi çıxış edir.
Diqqətə çatdırılıb ki, Milli Məclis bu təşkilat çərçivəsində fəaliyyətə böyük önəm verir. S.Qafarova deyib ki, Milli Məclisin TÜRKPA çərçivəsində əməkdaşlığının, həmçinin təşkilata üzv ölkələrin parlamentləri ilə əlaqələrinin mahiyyətində Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikri dayanır.
Qurum beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir
Görüşdə bu təşkilatın qarşıdakı dövrdə də fəaliyyətinin səmərəli və məqsədyönlü həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. TÜRKPA-nın Baş katibi Ramil Həsən göstərilən etimada görə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın bundan sonra da fəaliyyətinin genişləndirilməsi, təşkilata üzv olan qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Bütövlükdə, bu gün TÜRKPA həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudlarından kənarda böyük nüfuza malikdir. Qurum dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqunu təşviq edir, parlament diplomatiyası institutunun inkişafında mühüm rol oynayır. Təşkilatın təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlər, qəbul olunmuş qərarlar, həyata keçirilən fəal parlament diplomatiyası və bütövlükdə əldə olunan nəticələr onu deməyə əsas verir ki, TÜRKPA nəinki Türk dünyasında, həmçinin daha geniş müstəvidə öz layiqli yerini tutmaqdadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39

