Trampın Yaxın Şərq səfəri...
10.10.2025 [09:32]
Vaşinqton regionda mövqeyini daha da gücləndirir
Yaxın Şərqdə yeni siyasi proseslər yaşanmaqdadır. Bu proseslər müharibələrə yox, regional sülh, sabitlik və təhlükəsizliyin təminatına istiqamətlənib. İstər İsrail ilə Suriya, istər İsrail ilə Livan, istərsə də İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmaları bu fikirləri təsdiqləyir. Təbii ki, son proseslər özü-özlüyündə baş verməyib - bütün bunlar ABŞ Prezidenti Donald Trampın beynəlxaq sülh diplomatiyasının nəticəsidir. Nailiyyətlərinin ardınca Trampın Yaxın Şərqə növbəti səfər planlaşdırması, sözsüz ki, regionda daha mühüm proseslərin meydana gəlməsinə hesablanıb. Belə ki, CNN-nin məlumatına görə, Tramp Yaxın Şərqə səfər etməyi planlaşdırır. Trampın səfər planında ilk sırada İsrail dayanır. Trampın özü Yaxın Şərqə oktyabrın 11 və ya 12-də səfər edə biləcəyini bildirsə də, hansı ölkə və ya ölkələrə səfər edə biləcəyini dəqiqləşdirməyib. “Axios”un müxbiri Barak Ravid qeyd edib ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun dəvəti ilə yəhudi dövlətinin parlamenti olan Knessetdə çıxış etmək niyyətindədir. Ağ Evin mətbuat katibi Karolin Livittin yaydığı bəyanatda deyilir ki, Donald Tramp oktyabrın 10-da illik fiziki müayinədən keçəcək və qısa müddət sonra Yaxın Şərqə yola düşəcək. Qeyd edək ki, Donald Tramp bundan əvvəl - mayın 13-16-da Körfəz ölkələri - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Səfərin məqsədi strateji tərəfdaşlarla münasibətləri möhkəmləndirmək, regional təhlükəsizlik məsələlərini müzakirə etmək və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək olub. Səfər zamanı Tramp Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz, Qətər əmiri Tamim bin Həməd Al Tani və BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nahyan ilə görüşlər keçirib.
ABŞ Yaxın Şərqdə hələ də dominant gücdür
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın Yaxın Şərq səfəri, xüsusilə İsrailə ilk dayanacağı bölgədə siyasi status-kvonu silkələyəcək hadisə kimi dəyərləndirilir. “Trampın birinci hakimiyyəti dövründə ABŞ-ın İsrail siyasəti tarixən ən güclü mərhələsini yaşamışdı və indi bu səfərlə həmin strateji yaxınlıq yeni mərhələyə keçəcək. O, Netanyahu ilə görüşdə təkcə iki ölkə münasibətlərini yox, həm də Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasını müzakirə edəcək. ABŞ rəhbəri hər dəfə bölgəyə səfər etdikdə siyasi təsir sahəsini genişləndirir və bu dəfə də istisna olmayacaq,” - T.İsmayılov vurğulayıb ki, Trampın səfər planına İsraildən sonra İordaniya və Səudiyyə Ərəbistanının da daxil olacağı gözlənilir. “Bu seçimin arxasında dərin strateji hesablama dayanır - o, həm Fələstin məsələsini, həm də İran amilini paralel şəkildə balanslaşdırmaq niyyətindədir. Tramp diplomatiyasında “ticarət instinkti” və “güc siyasəti” birləşir. O, Yaxın Şərqdə kompromis deyil, liderlik nümayiş etdirmək istəyir. İsrailə enişi ilə Tramp bir mesaj verir: ABŞ bu regionda hələ də dominant gücdür”. Ekspert əlavə edib ki, Vaşinqtonla Təl-Əviv arasında münasibətlər Tramp dövründə ideoloji deyil, strateji səviyyədə dərinləşmişdi. “Onun təşəbbüsü ilə imzalanan “Abraham Razılaşmaları” İsrailin ərəb dünyasında tanınma prosesini sürətləndirdi və bu, Yaxın Şərq diplomatiyasında tarixi dönüş yaratdı. Tramp indi həmin prosesi tamamlamağa, regional əməkdaşlığı genişləndirməyə çalışır. O, diplomatiyada sadəcə sülh deyil, iqtisadi reallıqlar üzərindən sabitlik qurmaq istəyir”.
Növbəti səfərin mahiyyəti
T.İsmayılov hesab edir ki, geosiyasi baxımdan Trampın növbəti səfəri ABŞ-ın Yaxın Şərqdə yenidən güc mərkəzinə qayıdışıdır. “Rəqibləri - Rusiya və Çin - bölgədə aktivləşsə də, Trampın fərqli siyasi enerjisi Amerika mövqelərini yenidən dirçəldə bilər. O, iqtisadi və təhlükəsizlik platformalarını eyni masada birləşdirir. Körfəz ölkələri ilə əlaqələri gücləndirmək planı ABŞ-ın enerji siyasəti üçün də əhəmiyyətlidir. Trampın realist siyasəti bir daha göstərir ki, Amerikanın gücü idealizmdən yox, maraqdan doğur”. Ekspert belə qənaətə gəlib ki, bu səfər həm simvolik, həm də strateji dəyər daşıyır - Tramp bölgəyə “yenidən oyun qurucu” kimi qayıdır. “İsraillə münasibətlərdə onun açıq, bəzən sərt, lakin nəticəyönlü yanaşması bölgədəki liderlər üçün də mesajdır: ABŞ geri çəkilmir, qaydaları yenidən yazır. Əgər məqsəd sabitliyi qorumaq və yeni siyasi balans yaratmaqdırsa, Trampın diplomatiyası hələ də Vaşinqtonun ən effektiv alətidir. Bu baxımdan, səfər bir siyasətçinin deyil, bölgəni yenidən dizayn edən strateqin qayıdışıdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59

