Azərbaycan Avropanın yaxın iqtisadi tərəfdaşıdır
08.10.2025 [10:59]
Bakı yeni qlobal münasibətlər sistemində fəallığı ilə seçilir
Yeni qlobal mühitdə siyasi-iqtisadi münasibətlərin formalaşması və inkişafı olduqca mühüm ştrixlər üzərindən tənzimlənir. Xüsusilə, açıq qütbləşmənin yaşandığı dünyada siyasi məsafələşməni özünün milli maraqlarının ölçüsü ilə uzlaşdırmağı bacaran dövlətlər regional oyunçu statusu qazana bilir. Qeyd olunduğu kimi, istər dövlətlər, istərsə də qütblər arasında maraqların çarpazlaşması o qədər dərinləşib ki, bu, ticari-iqtisadi sferaya da təsir göstərməyə başlayıb. Məhz belə bir məqamda beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçilik müşkül hal alıb - nəzərə alınmalıdır ki, istər Qərb-Şərq, istər Şimal-Cənub, istərsə də yarımcəhətlər üzrə münasibətlər sistemi yenilənir, siyasi aspektlər özünün köhnə axarından çıxır, ticari-iqtisadi əlaqələr modeli müasir strateji yol alır. Siyasi gözləntilər daha çox növbəti mərhələdə geostrateji şəkillənməni özündə əxz edir - diqqət yetirsək, yeni dünya nizamı adlanan mövhum mürəkkəb geosiyasi dalanlar üzərindən beynəlxalq münasibətlərə sirayət etməkdədir. Məhz belə bir siyasi mürəkkəbliyin içində Azərbaycanın yaratdığı fərqli mənzərə, sözün əsl mənasında, seçilir...
Bakının seçdiyi strateji xətt...
Azərbaycanın seçdiyi inkişaf yolu birmənalı strukturlaşmaya malikdir:
- Milli maraqlar çərçivəsində əməkdaşlıq;
- Beynəlxalq təhlükəsizliyin təmininə töhfələr;
- Qarşılıqlı hörmət;
- Beynəlxalq hüquq çərçivəsi;
- Mütərəqqi dəyərlər əsasında tərəfdaşlıq.
Diqqət yetirsək, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamında da qeyd olunub ki, “Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirib. Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir”.
Etiraf olunmalıdır ki, son 15 ildə Azərbaycan qlobal məkanda həm aparıcı regional lider, həm də qlobal logistik öncül kimi şöhrət qazanıb. Diqqət yetirsək, Bakının aparıcı rolu nəinki yerləşdiyi geocoğrafiyada, daha böyük geostrateji iqtisadi-siyasi platformalarda vurğulanır, təqdirəlayiq sayılır. Azərbaycanın yeni qlobal proseslərdəki rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması isə bir daha onu göstərir ki, rəsmi Bakı apardığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixləri ön plana çıxarır - bu, müasir çağırışlara, müasir standartlara söykənərək yürüdülən dövlət siyasətinin növbəti təsdiqi kimi ortaya çıxır. Əlaqələrin inkişaf etdirilməsi isə yeni iqtisadi-siyasi situasiyanın üfüqlərinin genişlənməsidir. Azərbaycanın Şərq kontingenti ilə, xüsusilə Çin ilə münasibətləri hər kəsə bəllidir - rəsmi Pekin ilə Bakı arasında hərtərəfli strateji münasibətlərlə bağlı mühüm müqavilə - hüquq bazası mövcuddur. Qərb kontingenti ilə də münasibətlər olduqca yüksək konturlarla müşayiət olunur - bu ilin avqustunda Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da gücləndirilməsi ilə bağlı aparılan danışıqlar deyilənləri təsdiqləyir.
Azərbaycan-Aİ münasibətləri: yeni dövrdə yeni ruhla...
Paralel olaraq eyni tezisləri Avropa üçün də keçərli saymaq olar: bu amil bir neçə gün öncə Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında növbəti dəfə sübut olundu. Dövlət başçımızın Fransa, Moldova prezidentləri, Niderlandın Baş naziri, İtaliyanın Nazirlər Şurasının sədri, Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri ilə görüşlərdə aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün mühüm dövlətdir. Azərbaycan Aİ ilə çoxtərəfli əməkdaşlıq sferasına malikdir. Buraya əsasən enerji təhlükəsizliyi, nəqliyyat daşımaçılıq və bir sıra sahələr daxildir. Vurğulayaq ki, Brüssel ilə Bakı arasında əməkdaşlıq proqramlarından biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) proqramıdır. “Yeni İpək Yolu” adlandırılan TRACECA Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafını hədəfləyən proqramdır. Proqramın məqsədi dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların avtomobil, dəmir və dəniz yolu vasitəsilə Avropa və dünya bazarına çıxışını genişləndirmək, Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. TRACECA çərçivəsində aparılan əməkdaşlıq 1998-ci il sentyabrın 8-də Bakıda “TRACECA -Tarixi İpək Yolun Bərpası” konfransı ilə daha da möhkəmləndirildi. Burada “Avropa-Qafqaz-Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş imzalanıb. Müqavilə çərçivəsində beynəlxalq dəmir və avtomobil nəqliyyatı, beynəlxalq ticarət gəmiçiliyi, gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavələr adlı sənəd də razılaşdırılıb. Bu razılaşma Avropa, Qara Dəniz, Qafqaz regionlarında, Xəzər dənizi hövzəsində və Asiyada ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin tənzimlənməsində mühüm rol oynayaraq TRACECA proqramının əsas sənədi kimi çıxış edir. Bu layihə çərçivəsində Azərbaycan 25 texniki və 11 investisiya layihələrinin həyata keçirilməsinə yardımı göstərib.
Enerji əməkdaşlığı...
Digər mühüm əməkdaşlıq müstəvisi qeyd edildiyi kimi enerji sahəsidir. 2006-cı ildə bağlanmış “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında Memorandum”a əsasən formalaşan əməkdaşlıq hər iki tərəf üçün böyük əhəmiyyətə malikdir. Yeni dövrdə isə münasibətlər daha mühüm bir istiqamətə köklənib - 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizlə qurum arasında Anlaşma Memorandumu imzalanıb. Yeni saziş Azərbaycandan TAP vasitəsilə idxal edilən qazın illik həcminin 5 il ərzində 2 dəfəyədək artırılmasını nəzərdə tutur. Həmçinin Ursula Fon der Leyenin Azərbaycanı enerji sahəsində “etibarlı tərəfdaş” adlandırması da ikitərəfli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Müqavilədə yer alan əsas məsələlərdən biri Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya daşınan mavi yanacağın illik həcminin 20 milyard kubmetrə çatdırılmasıdır. Bu yaxınlaşma ona dəlalət edir ki, Azərbaycan-Aİ arasında inteqrasiya proseslərin daha da dərinləşməsi imkanı mövcuddur.
Kopenhagendə bir daha təsdiqləndi...
Azərbaycan-Avropa müasibətlərində iqtisadiyyatdan kənar predmetlər üzrə müəyyən dövrlərdə gərginlik müşahidə olunub - etiraf edilməlidir ki, bəzən erməni lobbisinin səsinə ehtiyacı olan Avropa siyasi dairələrin populistliyi, bəzən də eqoist və reallıq hissini itirmiş siyasətçilərin “demokratiya dərsi” verməsi bu gərginliklərin əsas səbəbi kimi ortaya çıxıb. Avropanın özündə belə qəbul edilməyən separatçılığa, ekstremizmə, terrorçuluğa qarşı Azərbaycanın mübarizəsi insan hüquqlarının pozulması kimi qələmə verilib. Böyük dövlətlərin geosiyasi mübarizəsində Azərbaycanı alətə çevirməyə imkan verməyən dövlətimiz qərəzli olaraq mənfi qiymət alıb. Hər hansı bir qlobal güc mərkəzi Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin əhəmiyyətli olduğunu başa düşərək burada özünə məqbul hakimiyyət formalaşdırmağa cəhd edib ki, ölkənin enerji resurslarını, tranzit ticarət yollarına nəzarəti ələ keçirsin və bununla da həm milli gəliri mənimsəsin, həm də rəqiblərinə siyasi təzyiq edə bilsin. Lakin Azərbaycan dövləti hər zaman milli maraqları müdafiə edərək bu cür ucuz siyasi manipulyasiyaların həyata keçməsinə imkan verməyib. Nəticədə Avropa Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq yolunu seçib ki, bu da milli maraqlara cavab verdiyi üçün məmnunluqla qarşılanıb. Bu fakt bir daha Kopenhagendə təsdiqləndi. Vaxtilə ölkəmizə qarşı fərqli ermənipərəst ritorika ilə yanaşan dövlət və hökumət başçıları Azərbaycanın regional lider, Azərbaycan Prezidentinin yaratdığı reallıqları isə regionun gələcək strateji yol xəritəsi olduğunu bir daha təsdiqlədilər.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

