Kelloq Kiyevdə, Koul Minskdə...
13.09.2025 [09:56]
Vaşinqton Ukraynanın təhlükəsizliyinin zəmanətçisi ola bilər?
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb. Belə ki, Zelenski özünün “telegram” kanalında qeyd edib ki, K.Kelloq ilə baş tutan konstruktiv görüşdə tərəflər əməkdaşlığın müxtəlif sahələrini, real sülhə nail olmaq və Ukraynanın təhlükəsizliyinə təminatları müzakirə ediblər. Ukrayna lideri Kiyev və Vaşinqtonun birgə silah istehsalında gələcək əməkdaşlığı ilə bağlı məsələnin də müzakirə olunduğunu bildirib. “Bunlar “Patriot”un istehsalı və alınmasının maliyyələşdirilməsi üzrə PURL təşəbbüsü çərçivəsində ayrıca layihələrdir, bizim ABŞ-a təklif etdiyimiz pilotsuz təyyarələrin və silahların birgə istehsalına dair güclü ikitərəfli sazişlərdir. Biz müsbət cavaba ümid edirik”, - deyə Zelenski qeyd edib. Zelenski, həmçinin vurğulayıb ki, o, Kelloq ilə liderlərin görüşünün təşkili və müharibəni mümkün qədər tez bitirmək üçün tariflər və sanksiyalar vasitəsilə Rusiyaya artan təzyiqi də müzakirə edib. Eyni zamanda, ikitərəfli görüşdə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Vaşinqton və Kiyevin qarşıdan gələn birgə tədbirlərinə hazırlıq barədə məsələyə də toxunulub. Qeyd edək ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində silah istehsalına 400 milyon dollar vəsait ayırıb. Bu arada Trampın digər nümayəndəsi Con Koul Minskə səfər edib. Səfər zamanı C.Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib - görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişatı və ABŞ-Belarus münasibətlərinin bərqərar olunması ilə bağlı məsələlər müzakir edilib. Lukaşenko C.Koulun diqqətinə çatdırıb ki, Belarus Prezident Donald Trampa Rusiya-Ukrayna müharibəsinin başa çatması və Ukraynada sülhün bərqərar olunması üzrə təşəbbüslərində kömək etməyə hazırdır. “Bizim əsas vəzifəmiz Trampın yanında durmaq və ona sülhün bərqərar olması missiyasında kömək etməkdir. O, yeddi müharibə və münaqişəni dayandırıb. Onun əsas vəzifəsi Ukraynadakı münaqişənin həllidir. Bizim üçün bu ən vacib istiqamətdir. Buna görə də onun bu səylərini hər cür dəstəkləməliyik”, - A.Lukaşenko bildirib.
Tramp mövqeyini dəyişib?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyində ciddi dəyişiklik müşahidə olunur. “Rusiya-Ukrayna münaqişəsinin yeni mərhələsində ABŞ-ın rolunu izləmək, həqiqətən maraqlıdır, xüsusilə Volodimir Zelenski və Keyt Kelloqun Kiyevdəki görüşü, eləcə də Konqresin Ukraynanın Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində 400 milyon dollar ayırması, bu prosesdə ABŞ-ın daha konstruktiv mövqeyə keçdiyini göstərir. “America First” şüarı ilə Ukraynaya yardımları məhdudlaşdırmağa meylli olan administrasiya indi, sanki, praqmatik reallıqlara uyğunlaşır. Bu, tamamilə mövqe dəyişikliyi deyil. Amma Rusiyaya qarşı təzyiqləri artırmaq və iqtisadi sanksiyaları gücləndirmək kimi addımlar ABŞ-ın Avropa İttifaqı ilə Ukraynanın təhlükəsizlik təminatlarında birgə əməkdaşlıq etməkdə qərarlı olmasından xəbər verir. Bəlkə də bu, Trampın “sülhçü” imicini qorumaq üçün strateji bir manevrdir, lakin yeni silah təminatları (məsələn, Patriot sistemləri) ilə bağlı atılan addımlar Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədi daşıyır,” - deyə T.İsmayılov vurğulayıb.
ABŞ Ukraynanın təhlükəsizliyinin zəmanətçisi ola bilər?
Ekspertin sözlərinə görə, ABŞ-ın Ukraynanın təhlükəsizliyinin real təminatçısı olması ehtimalı yüksəkdir. “Bu, sadəcə iqtisadi və hərbi dəstəklə məhdudlaşmır. Tarixi təcrübəyə baxsaq, ABŞ kimi supergüclər tez-tez geopolitik maraqlarına uyğun olaraq təzyiq edir - məsələn, Trampın Putininlə “yaxşı əlaqələri” xatırlayaq. İndi isə Konqresin hərbi istehsala ayırdığı 400 milyon dollarlıq vəsait bu təminatın davamlılığını təmin edə bilər, lakin uzunmüddətli təhlükəsizlik zəmanəti Trampın izolyasionist siyasəti ilə ziddiyyət təşkil edə bilər. Real təminatçılıq üçün ABŞ-ın Avropa ölkələri ilə bu istiqamətdə birgə addım atması vacibdir, əks halda, bu, sadəcə vaxtlı qazanc olacaq”.
Belarus ABŞ-la əməkdaşlığa gedəcək?
Ekspert qeyd edib ki, A.Lukaşenkonun ABŞ ilə əməkdaşlığa getməsi Belarusu sanksiyalardan xilas etmək məqsədi ilə bağlıdır; “Lukaşenko Rusiyaya bağlılığı qorumağa çalışır, amma digər tərəfdən Qərbə də müsbət siqnal göndərir. Bu, potensial olaraq Minsk razılaşmalarını yenidən canlandırmağa kömək edə bilər, lakin Belarusa nə qədər etibar edəcəklər bunu demək çətindir. Nəticədə, bu əməkdaşlıq Trampın sülh vasitəçilik imicini gücləndirə bilər, amma Ukrayna üçün riskli ola bilər, çünki Belarusun rolu Rusiyanın lehinədir və belə də qalacaq,”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35

