Yeni 11 sentyabr müəmması...- XXI əsrin Frans Ferdinandı
13.09.2025 [09:45]
Kirkin ölümü siyasi palitraya nə vəd edir?
Analitiklər yeni qlobal müharibə anonsu səsləndirir
Sentyabrın 10-da ABŞ-da Yuta Universitetinin kampusunda keçirilən siyasi və maarifləndirici tədbir zamanı xristian mühafizəkar fəal, prezident Donald Trampın tərəfdarı və nüfuzlu bloger Çarli Kirk boynundan güllə ilə öldürüldu. O, sol-liberal baxışlı gənclərin nümayəndələri ilə, əsasən tələbələrlə debatları ilə tanınırdı.
Tramp onu “şəhid” adlandırdı...
31 yaşlı nüfuzlu blogerin ölümü onunla yaxın münasibəti olan Prezident Tramp tərəfindən də məyusluqla qarşılanıb. Tramp xüsusi müraciətində bildirib ki, “Çarli milyonlarla insanı ilhamlandırdı. O, azadlıq, demokratiya, ədalət və Amerika xalqı üçün mübarizə apardı. O, həqiqət və azadlıq uğrunda şəhid oldu”. Kirkə qarşı sui-qəsd onun demokratlar arasında olan siyasi və ideoloji rəqibləri tərəfindən də pisləndi. Məsələn, sosialist konqresmen Alexandria Ocasio-Cortez “X” səhifəsində siyasətdə zorakılığın yolverilməzliyini vurğuladı. Nyu-York merliyinə namizəd, demokrat (və özünü sosialist adlandıran) Zöhran Mamdani də sosial mediada Kirkə qarşı sui-qəsdi pisləyib. İsrailin baş naziri Benyamin Netanyahu da hadisəyə münasibət bildirib. “Çarli Kirk həqiqət və azadlığın müdafiəsi üçün öldürüldü. İsrailin ən cəsur dostu, yalanlara qarşı mübarizə apardı və yəhudi-xristian sivilizasiyasını müdafiə etdi. Cəmi iki həftə əvvəl onunla danışdım və onu İsrailə dəvət etdim”, - deyə baş nazir “Facebook” səhifəsində yazıb. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Kirkə hücum ABŞ-da ciddi daxili böhranı əks etdirir. “Bu hadisə təkcə Amerika siyasəti üçün deyil, həm də bütün dünya üçün vacibdir: sağlam düşüncəni müdafiə edən və isteriya əleyhinə olan bir şəxsə sui-qəsd ABŞ-dakı parçalanmanın dərinliyini göstərir”, - Dmitriyev Teleqram kanalında yazıb. O, Kirkin Rusiya ilə ABŞ arasında dialoqa çağırdığını da xatırladıb.
Mühafizəkar Kirk...
Kirk siyasətə 17 yaşında, məktəbli kimi fəaliyyətilə başlayıb. Həmin vaxt o, İllinoys ştatından senator Mark Kirkin (qohumluq əlaqəsi yoxdur, 2010-2017-ci illərdə senator olub) seçki kampaniyasında könüllü kimi iştirak edib. “Chicago Tribune”nin yazdığına görə, fəal Kirk məktəbin son ilində məktəb bufetində peçenye qiymətlərinə etiraz aksiyası keçirib. Sonra o, “Breitbart News” (ultra-mühafizəkar resurs) və “Fox Business” TV kanalı (“Fox Corporation” media holdinqinin bir hissəsi) kimi mühafizəkar nəşrlərlə ekspert kimi əməkdaşlığa başlayıb.
2012-ci ildə Kirk mühafizəkar fəal Bill Montqomeri ilə birlikdə “Turning Point USA” (TPUSA) qeyri-kommersiya təşkilatını təsis edib. Məqsədi gəncləri mühafizəkar siyasətə cəlb etmək, həmçinin kollec, universitet və digər təhsil müəssisələrində eyni dəyər gündəmini təbliğ etmək olan təşkilat mühazirələr, ustad dərsləri və konfranslar keçirib. TPUSA-nın himayəsi altında keçirilən böyük siyasi konfransların qonaqları arasında Tramp və məşhur jurnalist Taker Karlson da olub.
Donald Trampın 2020-ci il seçkilərində məğlubiyyətindən sonra Kirk siyasi kampaniya zamanı saxtakarlıq iddiaları ilə bağlı məlumatlar yayıb. 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəl Kirk öz təşkilatlarının Vaşinqtona “80 avtobus vətənpərvər” göndərdiyinə dair xəbər yayıb. Bir müddət sonra “Turning Point” nümayəndəsi yeddi avtobus olduğunu bildirib.
Bu hadisələrdən sonra Kirk iddia edib ki, bu olaylar “üsyan” deyildi və Tramp tərəfdarlarının mövqeyini əks etdirmir. Məsələ üzrə Nümayəndələr Palatasının xüsusi komitəsinin dinləmələrində o, özünə qarşı ifadə verməmək hüququndan istifadə edib.
2024-cü il seçkiləri ərəfəsində Kirk “You’re Being Brainwashed” (“Sizin beyniniz yuyurlar”) adlı tur çərçivəsində 25 universiteti ziyarət edib. Onun məqsədi gənclərin siyasi fəallığını stimullaşdırmaq olub. Bildirib ki, tur sosial şəbəkənin müxtəlif platformalarında təxminən iki milyard baxış toplayıbmış. Donald Trampın qələbəsində bunun “həlledici rol” oynadığı deyilir.
Çarli Kirkin Ukrayna ilə bağlı mövqeyi isə tam fərqli olub - o, Ukrayna prezidentini müharibəni bitirməməkdə ittiham edib. Kirk hesab edirdi ki, Rusiyanı və onun Prezidenti Putini sevməməsinə baxmayaraq, ABŞ Rusiyanı düşmən kimi görməkdə “səhv edir”.
İran, Rusiya, Ukrayna və Bəşər Əsəd...
Qətllə bağlı ən maraqlı və diqqətçəkən məqam tarixdir - 2001-ci ilin 11 sentyabr terrorundan düz 24 il sonraya təsadüf edən Kirk terroru müəyyən mənada mesaj xarakteri də daşıya bilər. Xatırladaq ki, 2001-ci il terroru zamanı cinayəti “əl-Qaidə”nin törətdiyi rəsmi etiraf edilmişdi. Hadisədən sonra ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Əfqanıstana hərbi müdaxilə etdi.
Bir çox analitiklər Kirkin ölümünü III Dünya müharibəsinin başlanmasına səbəb kimi də göstərirlər. Onların fikrincə, Kirk bu müharibənin “Frans Ferdinandıdır”...
Bu dəfəki terrorun arxasında dayanan “qüvvələr” ilə bağlı da artıq müzakirələr başlayıb. Siyasi analitiklər “ittiham olunanlar” sırasında bir çox adlar çəkir. Siyahıda ötən ilin dekabrında devrilmiş Suriya Əsəd rejimindən başlayaraq İran, hətta Rusiya və Ukrayna adlarına da təsadüf olunur. Kirkin İsrail ilə münasibətlərini bu qətldə səbəb kimi göstərənlər qatillərin siyahısını məhz anti-İsrail tezisləri üzərindən hazırlamaq gərəkdiyini yazır.
Venesula hədəfdə - bu dəfəki 11 sentyabr kimə “həsr” olunacaq?
Maraqlı versiyalardan biri isə sol qüvvələrlə bağlıdır. Daha doğrusu, Kirkin sol təmayülə mənfi münasibəti onları və bu təmayülü dəstəkləyənləri də şübhəli siyahısına “əlavə edib”. Qeyd edək ki, bir müddətdir ki, sol qüvvələrin hakimiyyətdə olduğu Venesuela ilə ABŞ arasında siyasi narahatlıqlar müşahidə olunmaqdadır. Son zamanlar ABŞ-ın Venesuelada narkotik dövriyyəsinə qarşı əməliyyat keçirəcəyi və bu məqsədlə ölkəyə qoşun yeridəcəyi bildirilir. Qətli bu epizodla əlaqələndirənlərin fikrincə, Birləşmiş Ştatların Venesuelaya qoşun yeritməsi ehtimalı mövcuddur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50

