Britaniya Rusiyaya sanksiya tətbiq etdi
06.09.2025 [10:15]
2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan etibarən Qərb Rusiyaya qarşı xeyli sayda sanksiya tətbiq edib. Hazırda Aİ Rusiyanın enerji sektorunu hədəfə alan 19-cu sanksiyalar paketi üzərində işləyir. Bu yaxınlarda Böyük Britaniya hökuməti ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edən 11 rusiyalı fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar paketi elan edib. Hökumətin rəsmi saytında yayılan məlumatda Rusiya dövlətinə bağlı 8 nəfərə və 3 təşkilata sanksiyalar tətbiq edildiyi bildirilib: “Rusiyanın ukraynalı uşaqları deportasiya etmək, beyinlərini yumaq və militarizasiya siyasətini həyata keçirən şəxslər bu gün Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıblar. Bunlara Rusiya dövlətinə bağlı səkkiz nəfər və üç təşkilat daxildir”, - deyə məlumatda qeyd olunub. Yeni sanksiyalar Ukrayna mədəniyyətini silmək məqsədini güdən siyasəti dəstəkləyən və həyata keçirən şəxsləri hədəfə alır. Onların sırasında Ukrayna uşaqları və yeniyetmələri üçün yenidən tərbiyə proqramları təşkil edən, hərbiyönümlü təlimlər keçirən “Əhməd Kadırov Fondu”da var. Fondun prezidenti və Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da sanksiya siyahısına salınıb. Britaniya hökumətinin açıqlamasında bildirilib ki, bu addım hərbi kəşfiyyatın təqdim etdiyi sübutlar fonunda atılıb: “Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində uzunmüddətli ruslaşdırma siyasəti həyata keçirir, Ukrayna mədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyə çalışır”. BMT-nin hesabatlarına əsasən, Rusiya işğal altındakı ərazilərdə məktəblərdə rus tədris proqramı tətbiq edir və uşaqları hərbi xidmətə hazırlayan məşğələlər həyata keçirir.
Sanksiyalar Moskvanı Ukraynada müharibəni dayandırmağa vadar edəcək?
Məsələ ilə bağlı politoloq Zaur İbrahimli “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu günə qədər tətbiq olunan sanksiyalar öz təsirini göstərib. Amma... “Sanksiyalar Rusiyanın bir çox iqtisadi sektorlarına çox ağır zərbə vurub, demək olar ki, bu sektorların əksəriyyəti sıradan çıxıb. Büdcə kəsiri əvvəlki illərə nisbətən daha çox artıb - Rusiyada çox ciddi ressesiya müşahidə olunur. Rəsmi hesablamalara görə, Rusiyanın ümumi daxili məhsulunda artım faktiki olaraq dayanıb, ölkədə inflyasiyanın səviyyəsi artıb - məhsulların qiymətləri günbəgün bahalaşır - bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Lakin bütün bunlara baxmayaraq, Rusiyada hərbi sənayenin dinamik inkişafı öz qaydasında davam edir. Bunun başlıca səbəbi isə alternativ bazarların tapılmasıdır. Rusiya Çin və Hindistana öz xam neft və neft məhsullarını satmaqla Qərbin sanksiyalarının təsirindən qismən olsa da yayına bilib. Bununla yanaşı, Moskva Çin və Hindistanın köməkliyi ilə öz daxili bazarını zəruri mallar ilə təmin edib. Rusiyanın iqtisadi inkişafı zəifləsə də, tam şəkildə diz çökməyib. Çin və Hindistan kimi böyük dövlətlərin maliyyə-iqtisadi və texnoloji dəstəyi ilə Rusiya Ukraynada hərbi əməliyyatlarını bundan sonra da davam etdirəcək. Buna görə də yaxın perspektivdə Rusiyanın Ukraynada müharibəni dayandırması inandırıcı görünmür,” - deyə Z.İbrahimli vurğulayıb.
Moskvanın əməli müharibə cinayətidir
Politoloq İlyas Hüseynov bildirib ki, Ukraynanın işğalı altında olan torpaqlarda ukraynalı uşaqların məcburi deportasiyası müharibə cinayətidir. “Müharibə başlayandan bəri Ukraynada həm hərbi, həm də insanlıq əleyhinə saysız-hesabsız cinayətlər törədilib. Beynəlxalq təşkilatlar bununla bağlı bir sıra hesabatlar hazırlayıblar. Rusiyanın Ukraynada hərəkətlərinə, xüsusilə də bu ölkənin işğal olunan ərazilərində ukraynalı uşaqların məcburi deportasiya edilib xüsusi düşərgələrə köçürülməsi, həmin düşərgələrdə onların məcburi hərbi təlimlərə cəlb olunmasına yalnız müharibə cinayəti adı vermək olar. Böyük Britaniya çox doğru faktlar ortaya qoyub. Britaniya kəşfiyyatı rus hərbiçilərinin nəzarəti altında olan ərazilərdə bütün prosesləri izləyir və lazımi faktlar toplayır. Hesab edirəm ki, digər dövlətlər də ukraynalı uşaqların hüquqları ilə bağlı məsələdə Britaniya ilə birgə addım atmalıdırlar”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23

