Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / HƏDƏF - terror təhlükəsi ehtimalını sıfıra endirmək

HƏDƏF - terror təhlükəsi ehtimalını sıfıra endirmək

16.08.2025 [12:34]

Xarici qüvvələr Türkiyə ilə hesablaşmaq məcburiyyətindədirlər

Türkiyə lideri ölkədaxili siyasi qüvvələri “Terrorsuz Türkiyə” məsələsində həmrəy olmağa çağırıb. Belə ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Ankarada hakim Ədalət vəİnkişaf Partiyasının (AKP) yaranmasının 24-cü ildönümünə həsrolunmuş təntənəli tədbirdə çıxış edərkən bildirib ki, Türkiyədövləti “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açıb vəölkədə terror təhlükəsi ehtimalını sıfıra endirmək üçün dahaaktiv tədbirlər görüləcək. Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin qorunub saxlanılması və terrorizməqarşı mübarizə üçün bütün məsələlərin həll edilməsi çoxvacibdir. “Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzulardamövqeləri üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin“Terrorsuz Türkiyə” məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki terror problemi”nin aradan qaldırılmasına töhfə verənhər bir siyasətçi öz adını Türkiyə tarixinə yazacaq”, - deyəR.T.Ərdoğan qeyd edib. Türkiyənin dövlət rəhbəri, həmçininterrorla mübarizədə populizmin yolverilməz olduğunuvurğulayıb və əlavə edib ki, “nə millət, nə də gələcək nəsillərbunu bağışlamayacaq”. 

Xatırladaq ki, iyulun 9-da PKK terror təşkilatının həbsdəkilideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerəqoyun” çağırışı edib - İmralıdan videobağlantı vasitəsilə PKKüzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinəbaşlamağa çağırıb. Öcalanın çağırışından üç gün sonra İraqınşimalında yerləşən Süleymaniyə şəhərində PKK terrorqruplaşması silahlarını Türk ordusuna təhvil verdi.

Türkiyənin strateji qələbəsi

Türkiyə uzun illər boyu apardığı diplomatik-siyasi və hərbimübarizə nəticəsində PKK-nı diz çökdürdü. PKK liderləriTürkiyənin regionda hərbi-siyasi qüdrətini və regiondakıproseslərə təsir imkanlarını  nəzərə almaya bilməzdilər. Türksilahlı qüvvələrinin hərbi potensialının artması, daha yenitexnoloji avadanlıqlarla təmin olunması, xüsusilə də türkordusunun müasir tələblərə cavab verən PUA-larla təzciholunması onun PKK və digər terror təşkilatlar ilə mübarizəsinidaha da gücləndirdi. Türk ordusu öz yerli istehsalı olan PUA-larvasitəsilə PKK-nın dağlardakı bütün gizli sığınacaqlarını aşkaredərək onların hamısını məhv etdi. Bir çox analitiklər bunuTürkiyənin strateji qələbəsi hesab edirlər. 

Politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinəşərhində qeyd edib ki, PKK-nın silahı yerə qoyması Türkiyəninçox böyük nailiyyətidir. “Bu, Türkiyənin əhəmiyyətli stratejiqələbəsidir.  Bu qələbə Türkiyənin həm ölkə daxilində, həmqonşu ölkələr ilə münasibətlərdə, həm də beynəlxalq səviyyədəuzunmüddət apardığı siyasi mübarizənin nəticəsidir. Yaxınzamanda Türkiyədə daxili vəziyyət daha da normallaşacaq. Son40 ildə - PKK-nın fəaliyyətdə olduğu dövrdə Türkiyənindaxilində ciddi problemlər baş verirdi  -  dəhşətli terror aktlarıtörədilirdi. Türkiyə dövləti öz daxili resurslarının böyükhissəsini PKK-ya qarşı mübarizəyə yönləndirirdi. Eynizamanda, ölkə daxilində terrora qarşı mübarizəningücləndirilməsi istiqamətində əlavə vəsaitlər xərclənirdi. Bumüddət ərzində 30 mindən çox Türkiyə vətəndaşı həlak olub. Qətiyyətli hərbi-siyasi mübarizə nəticəsində Türkiyə öz hədəfinənail olmağı bacara bildi. Türkiyə qarşısında duruş gətirəbilməyən PKK silahı yerə qoymağa məcbur oldu. Bu, onudeməyə əsas verir ki, bundan sonra Türkiyədə terrorla bağlıciddi problemlər yaşanmayacaq - bütün resurslar daxilivəziyyətin daha da normallaşmasına sərf olunacaq”, -  deyə. Ə.İbrahimov əlavə edib ki, bu, Türkiyənin qonşu ölkələrləmünasibətlərində müsbət proseslərə təkan verəcək: “Vaxtiləqonşu ölkələr - İran, İraq və Suriyanın ərazisində fəaliyyətgöstərmiş PKK terror qruplaşması həmin ölkələrin ərazisindənTürkiyənin ərazisinə hücumlar təşkil edirdi və müxtəliftəxribatlar törədirdi. Türkiyə də davamlı olaraq İran və Suriyadahərbi əməliyyatlar aparmaq üçün xeyli miqdarda vəsaitxərcləyirdi. Bununla yanaşı, Türkiyənin İran, İraq və Suriya iləmünasibətlərində problemlər yaşanırdı. Ankaranın PKK-nınsilahı yerə qoymasına nail olması, həqiqətən Türkiyənin İraq vəSuriya ilə münasibətlərində yeni proseslərə yol açacaq. Bu, Türkiyənin siyasi tarixində çox əhəmiyyətli bir hadisədir”.

PKK kartından daha istifadə edilməyəcək

“PKK-nın silahı yerə qoyması həm də Türkiyənin müəyyənxarici qüvvələr üzərində qələbəsidir. Vaxtilə PKK-nısilahlandıran və bu terror qruplaşmasına hər cür dəstək verən həmin xarici qüvvələr Türkiyənin bu strateji qələbəsi iləbarışmaq məcburiyyətində olacaqlar - daha PKK kartındanTürkiyəyə qarşı istifadə edə bilməyəcəklər. Türkiyə də heç birzaman həmin kartdan ona qarşı istifadə edilməsinə imkanverməyəcək. Türkiyə daha da möhkəmlənəcək” - deyəƏ.İbrahimov vurğulayıb. 

Yunis ABDULLAYEV

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30