Qeyri-rəsmi görüş...
19.07.2025 [10:15]
BMT-nin qərargahında Kipr məsələsi tam çözülmədi
BMT-nin Nyu-Yorkdakı baş qərargahında Kipr məsələsinə dair 5+1 formatının qeyri-rəsmi görüşü keçirilib. Qeyd edək ki, görüşdə BMT baş katibi Antonio Quterreş, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kipr prezidenti Nikos Hristodulidis və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar iştirak edib. Türkiyə KİV-lərinin məlumatına görə, A.Quterreşin vasitəçiliyi ilə baş tutan görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb - adada yeni keçid məntəqələrinin açılması, minaların təmizlənməsi, ətraf mühit və iqlim dəyişikliyi, enerji layihələri və gənclərlə bağlı texniki komitələrin yaradılması ilə bağlı məsələlər əsas müzakirə predmenti olub. Görüşün sonunda adanın türk və yunan tərəfinin liderləri ilin sonunda eyni formatda daha bir qeyri-rəsmi toplantının keçirilməsi barədə razılığa gəliblər.
A.Quterreş: Görüş konstruktiv keçib
Antonio Quterreş görüşdən sonra jurnalistlərə açıqlamasında müzakirələrin konstruktiv keçdiyini bildirib - o qeyd edib ki, budəfəki görüşdə tərəflər əvvəlki görüşlərdə razılaşdırılmış altı etimad tədbirinin icrasını nəzərdən keçiriblər. Baş katibin sözlərinə görə, artıq dörd məsələ barədə yekun razılaşma əldə olunub. “Müzakirələr konstruktiv keçdi. Hər iki lider mart ayında etimad yaratmaq üçün razılaşdıqları altı təşəbbüs üzrə irəliləyişi nəzərdən keçirib. Bu altı təşəbbüsdən dördünə nail olunub: gənclər üzrə texniki komitənin yaradılması, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı təşəbbüslər, məzarlıqların bərpası və son texniki detallar müəyyən edildikdən sonra minaların təmizlənməsinə dair saziş də bağlanacaq. Yerdə qalan məsələlərin ikisi üzrə müzakirələr davam edəcək”,- deyə A.Quterreş bildirib. BMT rəhbəri bölünmüş adada dörd keçid məntəqəsinin və bufer zonada günəş enerjisindən birgə istifadə məntəqəsinin açılacağını da bildirib. Eyni zamanda, A.Quterreş əlavə edib ki, türk və yunan tərəfinin liderləri yeni təşəbbüslər - hər iki tərəfdən vətəndaş cəmiyyətlərinin dialoqda iştirakı, mədəni artefaktların mübadiləsi, o cümlədən havanın keyfiyyətinin monitorinqinin yaxşılaşdırılması və mikroplastik çirklənmənin aradan qaldırılması üçün məsləhətçi orqan yaradılması barədə ümumi anlaşma əldə ediblər. Baş katib, həmçinin sentyabrda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində hər iki liderin növbəti qeyri-rəsmi görüşünün keçiriləcəyini də deyib: “Qarşıda uzun bir yol var. Gələcəyin bütün kiprlilər üçün nə demək olduğunu düşünmək vacibdir. Lakin bu addımlar irəliyə doğru gedən yolda dialoqun davam etdirilməsi və bütün kiprlilərin xeyrinə olan təşəbbüslər üzərində işləmək öhdəliyini açıq şəkildə nümayiş etdirir”.
Görüş türk tərəfini qane etməyib
Görüşün nəticələri ilə bağlı “Report”un ABŞ bürosuna açıqlama verən ŞKTR-nin Prezidenti Ersin Tatar BMT baş katibinin dediklərinin əksinə olaraq müzakirələrin konstruktiv keçmədiyini bildirib - dövlət başçısı, deyib ki, əsas müzakirə mövzularından biri olan yeni keçid məntəqələrinin açılması məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyiblər: “Bu gün burada tərəflər arasında əməkdaşlıq, xalqlarımızın xeyrinə görülə biləcək işlər, ətraf mühit, enerji mövzuları müzakirə olundu. Dörd yeni keçid məntəqəsinin açılması gündəmdə idi. Təəssüf ki, bu baş tutmadı. Yunan tərəfi keçid məntəqələrinin yalnız buffer zonası üzərindən salınmasında israr etdi. Lakin biz bildirdik ki, bufer zonasında yol salınması doğru deyil. Çünki bu, gələcəkdə həmin əraziləri Yunan torpağı kimi göstərmək cəhdlərinə səbəb ola bilər. Bu isə həm hərbi, həm də təhlükəsizlik baxımından risklidir. Biz dedik ki, əgər türk tərəfində yol çatışmazlığı varsa (təxminən 5 km), bu yolu biz çəkə bilərik. Bu, ən məqbul və təhlükəsiz həll yolu olardı. Amma təəssüf ki, qarşı tərəf razılaşmadı və yalnız bufer zonası üzərindən keçid tələb etdi. Bu səbəbdən razılıq əldə olunmadı və dörd keçid məntəqəsinin açılması mümkün olmadı”.
Kipr türklərinin hüquqları tanınmalıdır
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Kiprdəki mövcud vəziyyət ədalətli və beynəlxalq hüququn normallarına uyğun şəkildə nizamlanmalıdır. “Artıq 50 ildən çoxdur ki, Kipr münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi davam edir. Demək olar ki, müxtəlif formatlar çərçivəsində saysız-hesabsız danışıqlar aparılıb. Təəssüflər olsun ki, bu günə qədər Kipr adasındakı türk xalqının hüquqlarına hörmət olunmayıb və onların öz müqəddəratını təyinetmə hüququ tanınmayıb. Halbuki beynəlxalq hüquqa əsasən, bu, Kipr türklərinin haqqıdır. Onilliklər ərzində BMT-nin, həmçinin bəzi dövlətlərin vasitəçiliyi ilə türk və yunan tərəfi arasında aparılan danışıqlarda müxtəlif həll variantları irəli sürülüb. Halbuki bu həll variantların heç biri müsbət nəticə verməyib və ya məqsədyönlü şəkildə fiaskoya uğradılıb. Xüsusilə qeyd edim ki, 2002-2003 - cü illərdə Kiprdə türklərin və yunanların hüquqlarını bərabər şəkildə təmin edən federal bir dövlətin əsasının qoyulması üçün BMT-nin sabiq baş katibi Koffi Annan tərəfindən həll planı irəli sürüldü. Belə bir təşəbbüs Kiprdə daha sabit və təhlükəsiz vəziyyətin formallaşması üçün xüsusi əhəmiyyət kəsb edirdi. Lakin türk tərəfindən fərqli olaraq, yunan tərəfində keçirilən referendumda əhalinin böyük əksəriyyəti BMT-nin həll variantının əlehinə səs verdilər. Nəticə etibarı ilə bu variant da baş tutmadı”, - deyə İ.Hüseynov vurğulayıb. Ekspert əlavə edib ki, Kipr probleminin həllinə düzgün hüquqi qiymət verilmir: “Yunan tərəfinin müstəqiliyyinin tanınması və Avropa İttifaqına üzv qəbul edilməsi ayrı-seçkililiyin və ikilistandartlı siyasətin bariz nümunəsidir. Bu, danışıqlar prosesinin dalana dirənməsinə gətirib çıxardı. Hesab edirəm ki, Şimali Kipr Türk Respublikasının, eləcə də adadakı türk xalqının hüquqları və imtiyazları tanınmalıdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
