Yeni hökumətin qarşısında mühüm vəzifələr dayanır
19.07.2025 [09:31]
Müharibə şəraitində olan Ukrayna öz iqtisadiyyatını dirçəldə biləcəkmi?
Ukrayna Ali Radası yeni hökuməti təsdiqləyib. Hələ bu ayın əvvəllərində yerli media baş nazir Denis Şmıqalın istefaya göndəriləcəyi anonsunu vermişdi. Bütün bunlar öz təsdiqini tapdı. İyulun 16-da Ali Rada baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib. Bu posta isə hökumətdə iqtisadiyyat naziri vəzifəsini daşıyan Yuliya Sviridenko seçilib. Qeyd edək ki, bununla da Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın baş nazir seçilib. 39 yaşlı yeni baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.
Yeni hökumətdə kimlər var?
Ali Rada baş nazir Yuliya Sviridenkonun rəhbərliyi altında Nazirlər Kabinetinin yenilənmiş tərkibini də təsdiqləyib. Müvafiq qərarı 253 deputat dəstəkləyib. Belə ki, Mixail Fedorov baş nazirin birinci müavini-rəqəmsal transformasiya naziri, Aleksey Sobolyev iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri, Svetlana Qrinçuk isə energetika naziri təyin edilib. Taras Kaçka Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini təyin edilib.
Bir sıra nazirlər isə öz vəzifələrində qalıblar. Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib. O, 2024-cü il sentyabrın 5-dən xarici işlər naziri postunu tutub. Aleksey Kuleba baş nazirin müavini - infrastruktur və ərazilərin inkişafı naziri, İqor Klimenko daxili işlər naziri, Viktor Lyaşko isə səhiyyə naziridir.
Şmıqal müdafiə sahəsində böyük təcrübəyə sahibdir
Baş nazir postundan istefa verən Denis Şmıqal isə müdafiə naziri təyin edilib. Prezident V.Zelenski qeyd edib ki, D.Şmıqalın müdafiə naziri olmasını istəyir, çünki o, müdafiə sahəsində faydalı olacaq böyük təcrübəyə malikdir. Zelenski keçmiş müdafiə naziri Rüstəm Umerovu isə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edib. Ali Radanın iclasında çıxış edən dövlət başçısının sözlərinə görə, hökumətin tərkibinin yenilənməsi ölkəni gücləndirməli və ABŞ ilə əməkdaşlığın yeni mərhələsini açmalıdır.
Prezident Müdafiə Nazirliyinin yeni rəhbərinin qarşısında duran prioritet vəzifələrdən birinin silah istehsalında ölkənin payının artırılması olduğunu deyib. O deyib ki, cəbhədə istifadə olunan silahların təxminən 40 faizi Ukrayna istehsalıdır və bu rəqəm yeni hökumətin fəaliyyətinin altı ayı ərzində 50 faizə çatdırılmalıdır.
Ukraynanın yeni baş naziri Yuliya Sviridenko isə Prezident Zelenskiyə göstərdiyi etimada görə təşəkkür edib və ölkə tarixinin indiki ən mühüm anlarında dövlətə ləyaqətlə xidmət etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, xüsusi diqqət müdafiə və təhlükəsizlik qüvvələrinin təminatına, eləcə də dövlətin dayanıqlılığının gücləndirilməsinə yönəldiləcək. “Dövlət aparatının ölkəmizin resurslarını və potensialını israf etməyə haqqı yoxdur”, - deyə o, Ukraynanın Avropanın ən güclü iqtisadiyyatları sırasında yer almağa layiq olduğunu söyləyib.
Sviridenko: Yeni hökumətin prioriteti ordunun keyfiyyətli təminatıdır
Sviridenko əlavə edib ki, ukraynalılar daha aydın sosial dəstək alətləri almalıdırlar və hər bir hərbçi, veteran dövlət tərəfindən konkret və nəzərəçarpacaq hörmət görməlidir. O, həmçinin qeyd edib ki, baş nazirin təyinatı ilə bağlı qərarı Ali Rada verir və hökumət parlamentlə qarşılıqlı əlaqə saxlamağa və müvafiq addımları təqdim etməyə hazırlaşır.
Müdafiə məsələlərinə gəlincə, baş nazir xüsusi vurğulayıb ki, Ukraynanın yeni hökumətinin ilk altı ayda prioriteti ordunun keyfiyyətli təminatı, silah istehsalının artırılması və Ukrayna ordusunun texnoloji səviyyəsinin yüksəldilməsidir: “İlk altı ay ərzində işləyəcəyimiz ilk prioritet Ukrayna iqtisadiyyatının özünü təmin etməsini təmin etmək üçün maksimum səy göstərməliyik. Mən bundan sonra da öz missiyamı Ukrayna istehsalçısının dəstəklənməsində görürəm. Biz Ukrayna sahibkarlarını dəstəkləmək üçün buna bənzər sürətli və hiss olunan addımlar atmaq üçün bütün səylərimizi göstərəcəyik. Söhbət kompleks tənzimləmənin davam etdirilməsindən, biznesə qanunsuz təzyiqin dayandırılmasından, özəlləşdirmənin sürətləndirilməsindən və effektiv dəstək mexanizmlərinin davam etdirilməsindən gedir”.
Bir sıra ekspertlər hesab edirlər ki, mövcud sosial-iqtisadi problemlər, müharibənin uzun müddət davam etməsi və cəbhə xəttində əldə olunan nəticələrin ictimai gözləntiləri tam qarşılamaması səbəbilə cəmiyyətdə artan narazılıq fonunda, yeni hökumət formalaşdırmaq məsuliyyətin bölüşdürülməsi və siyasi məsuliyyətin təzələnməsi məqsədi daşıyır. Digər tərəfdən, bu dəyişiklik Ukraynanın xarici siyasət kursunda ciddi dəyişikliklərə səbəb olmayacaq. Zelenski administrasiyası əsas qərarları əvvəlki kimi öz nüvəsində formalaşdırmağa davam edəcək. Lakin yeni hökumət daha çevik iqtisadi siyasət yürüdərək beynəlxalq tərəfdaşlarla - xüsusilə Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı dərinləşdirməyə çalışacaq. Xüsusən, müharibədən sonrakı bərpa və investisiya proqramlarında hökumətin yeni simalarla fəaliyyət göstərməsi imic baxımından daha əlverişli ola bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

