Donald Tramp Qəzzada atəşkəsə nail olacaqmı?
17.07.2025 [09:55]
Hazırda ABŞ İsrail ilə HƏMAS arasında atəşkəsin əldə olunmasına çalışır. Prezident Donald Trampın iyulun 16-da Qətərə gerçəkləşən səfəri də bu məqsədi daşıyır. Səfər çərçivəsində o, Qəzza zolağında atəşkəsi və İran ətrafındakı vəziyyəti müzakirə edib.
Tərəflərin şərtləri razılaşmaya mane olur
Səfər zamanı əsas diqqət mərkəzində Qəzza zolağında vəziyyət olub. ABŞ lideri HƏMAS tərəfindən Qəzza sektorunda saxlanılan İsrail girovlarının azad edilməsinə nail olmaq istəyir. Xatırladaq ki, iyulun 6-da İsrail ilə HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı dolayı danışıqların ilk raundu nəticəsiz başa çatmışdı. Nümayəndə heyətləri arasında danışıqlar Qətərin paytaxtı Dohada baş tutmuşdu. Bununla belə, bir neçə gün öncə Donald Tramp Qəzza zolağında vəziyyətin bir həftə ərzində həll oluna biləcəyini bəyan etdi. Ağ Ev rəhbəri Fələstin anklavında atəşkəslə bağlı danışıqların gedişi ilə bağlı sualı cavablandırarkən deyib: “Qəzza ilə bağlı danışıqlar davam edir və ümid edirəm ki, biz gələn həftə ərzində nizamlanmaya nail olacağıq. Nə baş verəcəyini görəcəyik”.
Trampın Qətərə budəfəki səfəri də prosesin davam etdiyini təsdiqləyir. Bu yaxınlarda ABŞ-da səfərdə olarkən İsrailin Baş naziri Benyamin Netanyahu da ölkəsinin Qəzza zolağında münaqişənin diplomatik yolla həllinə razı olduğunu qeyd etmişdi. Onun sözlərinə görə, İsrail anklavda 60 günlük atəşkəsə razıdır, lakin tam demilitarizasiyada və Fələstinin radikal HƏMAS hərəkatının sektorda hakimiyyətdən uzaqlaşdırılmasında israrlıdır. Baş nazir bildirib ki, diplomatiya nəticə verməsə, İsrail bu məqsədinə hərbi yolla nail olmaq niyyətindədir. O qeyd edib ki, iyulun 9-da Qəzzada saxlanılan girovların bir qrup qohumu ilə ABŞ-dəki görüşdə bu mövqeyini açıqlayıb: “Biz bütün oğurlanmış insanları geri qaytarmaqda qərarlıyıq, bu barədə onlara dedim. Onlara dedim ki, biz indi 60 günlük atəşkəs müqabilində diri və ölü girovların yarısını azad etməyə çalışırıq. Atəşkəsin əvvəlində biz müharibənin daimi dayandırılması, yəni daimi atəşkəs haqqında danışıqlara başlayacağıq. Buna nail olmaq üçün irəli sürdüyümüz minimum şərtləri yerinə yetirmək lazımdır: HƏMAS silahı yerə qoyur, Qəzza silahsızlaşdırılır, HƏMAS-ın daha idarəetmə və ya hərbi potensialı olmur. Bunlar bizim əsas şərtlərimizdir”. O əlavə edib ki, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.
Qətərin planı yenidən gündəmə gəlib
Yeri gəlmişkən, Fələstinin radikal HƏMAS hərəkatı Qətərin 2025-ci ilin yanvarında İsrail Silahlı Qüvvələrinin Qəzza zolağından çıxarılması üçün təklif etdiyi plana qayıtmağa hazır olduğunu və kiçik güzəştlərə gedə biləcəyini bəyan edib. Bu barədə “Al Arabiya” telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, “HƏMAS” nümayəndələri Dohadakı məsləhətləşmələr zamanı Qətər təmsilçiləri tərəfindən 2025-ci ilin əvvəlində İsrail ordusunun Qəzza zolağından çıxarılması planı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduqlarını bildiriblər. Sənəd yəhudi dövlətinin qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinlikdə, həmçinin sektorun müəyyən ərazilərində 400 metr dərinlikdəki mövqelərindən çıxarılmasını nəzərdə tutur.
Mənbələr vurğulayıb ki, HƏMAS bu planın bəzi məqamlarını tənzimləmək baxımından düzəlişlər edə bilər. Eyni zamanda, hərəkat Rəfah və Xan-Yunis şəhərləri arasında şərqdən qərbə doğru Qəzza zolağından keçən “Moraq” deyilən oxda İsrail bölmələrinin qorunub saxlanmasını tamamilə rədd edir. Hərəkatın rəhbərliyi hesab edir ki, İsrail hərbçilərinin ərazidə olması 400 minə yaxın fələstinlinin Rəfaha qayıtmasının qarşısını alacaq.
Bütün bunların fonunda ABŞ Prezidentinin Qətərə səfəri zamanı apardığı danışıqlar Qəzza zolağında atəşkəsə nail olmaq üçün ümidləri artırıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20

