NATO-dan 3 ölkəyə xəbərdarlıq
17.07.2025 [09:41]
Rutte Trampın mesajını çatdırdı
Ukrayna üzərində beynəlxalq gərginliyin hökm sürdüyü bir zamanda Qərb indi də Rusiyanın tərəfdaşlarına xəbərdarlıq etməyə başlayıb. Belə ki, NATO-nun Baş katibi Mark Rutte Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb. Almaniyanın “Tagesschau” İnformasiya Agentliyinin məlumatına görə, M.Rutte Çin, Hindistan və Braziliyanın Rusiya ilə ticarət əlaqələrini davam etdirəcəyi təqdirdə həmin ölkələrin ikinci dərəcəli sanksiyalardan ciddi şəkildə zərər görəcəyini deyib - “Ona görə də, zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona deyin ki, o, ciddi şəkildə sülh danışıqlarına başlamalıdır. Əks halda bunun Braziliya, Hindistan və Çin üçün ağır nəticələri olacaq”, - deyə M.Rutte vurğulayıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun ?aş katibi ilə son görüşündə Rusiyaya 50 gün möhlət verdiyini bəyan edib - o, qeyd edib ki, həmin müddət ərzində Ukrayna ilə atəşkəs sazişi əldə olunmasa, Rusiya məhsullarını alan ölkələrə qarşı 100 faizlik ikinci dərəcəli gömrük rüsumları tətbiq olunacaq.
Üç ölkənin Rusiya ilə münasibətləri
Rusiya Federasiyasının Çin, Hindistan və Braziliya ilə diplomatik-siyasi, iqtisadi-ticari, hərbi-təhlükəsizlik, enerji, mədəni, elmi, turizm və texnologiya sahələrində çox güclü və geniş ikitərəfli əlaqələri var. Son on beş il ərzində Moskvanın bu üç ölkə ilə sözügedən sahələrdə əməkdaşlığı daha da inkişaf edərək yüksək səviyyəyə çatıb. Demək olar ki, Çin, Hindistan və Braziliya Rusiya ilə strateji tərəfdaşdırlar. Müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, dörd ölkə arasında çoxtərəfli əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRİCS-də, hətta Birləşmiş Millətlər Təşkilatında da Rusiya, Çin, Hindistan və Brazilaya qlobal və regional səviyyədə qarşılıqlı şəkildə əməkdaşlıq edirlər - dörd ölkə geostrateji, geosiyasi və geoiqtisadi maraqlarını uyğunlaşdırmaq üçün birgə layihələrin həyata keçirilməsinə üstünlük verirlər. Rusiya-Çin münasibətlərində, eləcə də Rusiya-Hindistan münasibətlərində Avrasiya prizması çərçivəsində əməkdaşlığa xüsusi önəm verilir. Moskva və Pekin özlərini Avrasiyanın təhlükəsizliyinin zəmanətçiləri hesab edirlər - bu istiqamətdə hər iki ölkənin rəsmiləri arasında tez-tez görüşlərin keçirilməsi bunu sübut edir. Rusiyanın Çin və Hindistan ilə hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlığı da xüsusi diqqət çəkir. Hər il Rusiya bu iki nəhəng ölkə ilə genişmiqyaslı hərbi təlimlər həyata keçirir, o cümlədən son iyirmi il ərzində hər iki ölkəyə milyard dollar dəyərində kifayət qədər silah-sursat tədarük edib. Braziliya da Rusiyanın hərbi sənayesinə maraq göstərir.
Rusiyanın Çin, Hindistan və Braziliya ilə ticarət əlaqələrinə gəlincə, 2024-cü ildə Moskvanın Çin ilə ticarət dövriyyəsi 244,8 milyard dollar, Hindistan ilə 70,6 milyard dollar və Braziliya ilə 12,4 milyard dollar təşkil edib.
Xahiş, yoxsa tələb?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov qəzetimizə şərhində qeyd edib ki, Qərb liderləri son addımlarının nəticə verib-verməyəcəyinə əmin deyillər. “Məlum olduğu kimi Tramp Putinlə telefon danışıqlarında istədiyi nəticəni əldə etmədi. Bu da Ağ Ev rəhbərinin Putinə münasibətinin dəyişməsinə səbəb olub. Tramp artıq anlayıb ki, Putini danışıqlar masasına gətirmək o qədər asan deyil və Putin öz məqsədlərində israrlıdır. Buna görə də Tramp Rusiya rəhbəri ilə yeni danışıq tərzinə keçib. Bununla yanaşı, ABŞ prezidenti Ukraynanı yeni müasir silahlarla təmin etmək qərarına gəlib. Ukrayna tam gücü ilə NATO silahları ilə təchiz olunmağa başlayıb. Eyni zamanda, Tramp həm öz dili ilə, həm də NATO-nun Baş katibi Mark Ruttenin dili ilə Rusiya ilə ticarət münasibətləri olan ölkələrə qarşı sanksiyaların və onların məhsullarına yüksək gömrük rüsumlarının tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edib. Güman olunur ki, bu kimi tədbirlər Rusiyanı danışıqlar masası arxasına gəlməyə vadar edəcək. Güman olunur, amma əminlik yoxdur. Nə Tramp, nə də Rutte bu tədbirlərin Rusiyaya təsir edib-etməyəcəyinə əmin deyillər. Əslində, Mark Rutte Braziliya, Hindistan və Çinə müraciət edərək onları yardıma çağırır. Daha doğrusu, bu ölkələrdən Rusiyanı yola gətirmək xahiş olunur”.
Qərbin çağırışlarına əməl olunacaq?
Politoloq Tofiq Abbasov hesab edir ki, Qərb nə qədər çağırışlar etsə də, təhdidlərə əl atsa da, öz məqsədinə nail olmayacaq. “Çin, Hindistan və Braziliya Rusiyaya qarşı təzyiqlərə əl atmayacaqlar. Hər üç ölkə Rusiya ilə tərəfdaş ölkələrdir. Rusiya, Çin, Hindistan və Braziliya istərsə qlobal, istərsə də regional məsələlərdə eyni mövqeyi bölüşürlər. Üç ölkədən heç biri Rusiya ilə münasibətləri korlamayacaq. O ki qaldı təzyiqlərə, bu, yalnız Qərb tərəfindən nümayiş olunur və bu, davam edəcək də. Qərb Rusiyanı danışıqlar masası arxasına gətirmək üçün üç ölkəyə təzyiqlər etmək qərarına gəlib. Ən azından Çin, Hindistan və Braziliyanın dövlət rəhbərləri Putinlə telefon danışığı aparıb onu məlumatlandıra bilərlər. Prosesin nə ilə bitəcəyi məsələsinə gəlincə, bu, üç ölkədən yox, yalnız Moskvanın addımlarından asılıdır. Moskva heç bir ölkəyə onunla təzyiq və təhdid dili ilə danışmağa imkan verməz,” - deyə T.Abbasov qeyd edib ki, Rusiya öz məqsədinə nail olana qədər Ukraynada müharibəni davam etdirəcək: “Əvvəlcədən bəlli idi ki, Trampın Putinlə telefon danışıqları heç bir ciddi nəticəyə gətirib çıxarmayacaq. Heç bir ölkə Ukraynada müharibəyə son qoya bilməz, yalnız Kreml bu müharibəni bitirə bilər. Yəni Ukraynadakı müharibənin taleyi Kremlin əlindədir. Təbii ki, Putin Trampla telefon söhbətlərində “yox” cavabı vermir, amma “baxarıq” cavabı verməklə öz planlarını icra edir. Bu baxımdan Tramp-Putin danışıqlarında hər hansı köklü və qeyri-adi bir nəticənin əldə olunacağına inanmaq sadəlövlük olardı. Kreml öz yolundan dönməyəcək və öz məqsədinə çatmaqda qərarlıdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12
Dünya
02 Dekabr 23:19
İdman
02 Dekabr 22:54
Hərbi
02 Dekabr 22:26
Dünya
02 Dekabr 21:47
Siyasət
02 Dekabr 21:22
İqtisadiyyat
02 Dekabr 20:50
Sosial
02 Dekabr 20:29
Dünya
02 Dekabr 19:45
Dünya
02 Dekabr 19:18
Siyasət
02 Dekabr 18:12
Dünya
02 Dekabr 17:26
Dünya
02 Dekabr 16:35
Elanlar
02 Dekabr 16:26
Dünya
02 Dekabr 15:49
Siyasət
02 Dekabr 15:46
Siyasət
02 Dekabr 15:43

