Breturn başlayır?
17.07.2025 [09:12]
Böyük Britaniyanın Aİ perspektivi
Təxminən 13 il əvvəl britaniyalı politoloq Piter Uildinqin bloqunda peyda olan “Brexit” (Britain + exit - Britaniya çıxır) sonrakı 10 ildə London və Brüssel arasında çəkişmələrin təhlükəsi barədə xəbərdarlığa çevrilmişdi. O zaman proqnoz özünü doğrultmuşdu - britaniyalılar Avropa İttifaqından çıxmağa səs vermişdilər və nəticə etibarı ilə Devid Kemeron baş nazir vəzifəsindən istefa vermişdi. Düz beş il əvvəl Böyük Britaniya sərt müzakirələrdən və Mühafizəkarlar Partiyası daxilində gedən şiddətli mübarizədən sonra Aİ-ni tərk etdi - Aİ-dən ayrılmaqla bağlı kampaniyanın ən tanınmış simalarından olan Boris Conson ölkədə hakimiyyətə gəldi.
Amma deyəsən, vəziyyət dəyişir - iki həftə əvvəl Polşa Prezidenti Donald Tuskun Britaniya mediasına Breturn (Britaniya + qayıdış) neologizmini xatırlatması Londonun kontinental qonşuları ilə yenidən birləşməsinə ümid yaradır...
İngilislər qayıtmaq arzusundadır
Bu ümid boşuna deyil - “YouGov” şirkətinin keçirdiyi sorğuya əsasən, Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı keçirilmiş referendumun nəticəsindən doqquz il keçməsinə baxmayaraq, britaniyalıların əksəriyyəti bu qərardan peşmanlıq hissi keçirir və ölkənin yenidən Aİ-yə qoşulmasını istəyir. Keçirilən sorğuların iştirakçılarının 56 faizə yaxını Böyük Britaniyanın Aİ-yə qayıtmasının tərəfdarıdır. Respondentlərin 61 faizi isə “Brexit”in uğursuzluq olduğunu düşünür. Onların böyük əksəriyyəti bu uğursuzluğa görə keçmiş baş nazir Boris Consonu və Mühafizəkarlar Partiyasını ittiham edirlər.
Avropa “çağırır”...
Deyəsən, bu “ayrılıq” avrosentristlərin - mərkəzçi Avropanın da ürəyincə deyil. Dörd böyük Avropa ölkəsinin xalqı Böyük Britaniyanı yenidən Avropa İttifaqına qəbul etməyə hazırdır - irəli sürülən şərt isə ondan ibarətdir ki, London bütün ümumqitə layihələrində tam iştirak etməlidir. Böyük Britaniya əvvəlki dövrdə olduğu kimi xüsusi imtiyazlara ümid etməməlidir. “EDnews” xəbər verir ki, “The Guardian” qəzetinin dərc etdiyi araşdırma göstərib ki, Fransa, Almaniya, İtaliya və İspaniya sakinlərinin yarıdan çoxu britaniyalıların Aİ-yə qayıtmasına icazə verilməli olduğuna inanır. Bu ideyanı ən çox Almaniya vətəndaşları (63%), ən az isə italyanlar (51%) dəstəkləyir.
Lakin sorğu iştirakçıları Londonu əvvəlki şərtlərlə ittifaqda gömək istəmir. Belə ki, Britaniya Aİ-nin üzvü olarkən nə avro zonasına, nə də Şengen zonasına daxil olmayıb. Belə olan halda, İtaliya və Fransada respondentlərin yalnız 19 faizi, İspaniyada 21 faizi və Almaniyada 22 faizi Böyük Britaniyanı Aİ-nin tərkibində görməyə razıdır. Sorğu iştirakçılarının 58-62%-i hesab edir ki, London əvvəllər olduğu kimi öz imtiyazlarını və xüsusi statusunu itirməlidir. Qeyd edək ki, sorğu iştirakçılarının sayı və onun keçirilmə tarixləri göstərilmir.
Ayrılıqdan sonra ilk görüş...
Əslində, bu istiqamətdə real addımlar da atılıb. Məsələn, bu ilin mayında Böyük Britaniya və Avropa İttifaqı arasında Londonda “Brexit”dən sonra ilk rəsmi sammit çərçivəsində görüş keçirilib. Baş nazir Kir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin iştirak etdiyi görüş Aİ ilə Britaniya arasında əlaqələrin yenidən qurulması üçün əhəmiyyətli mərhələ hesab olunur. Sammitin məqsədi iki tərəf arasında münasibətləri dərinləşdirmək və yeni razılaşmalar imzalamaq idi. Danışıqlar nəticəsində əldə ediləcək mümkün razılaşmanın, “Brexit”dən sonra artan bürokratik çətinliklər və xərclər səbəbindən zəifləyən ticarət əlaqələrinin canlandırılmasına və Britaniya iqtisadiyyatının gücləndirilməsinə töhfə verəcəyi gözlənilirdi.
Danışıqların əsas mövzuları müdafiə, ticarət, balıqçılıq və Aİ ölkələrinin gəncləri üçün hərəkətliliyi asanlaşdıracaq mümkün proqramlar oldu. Dauninq-strit danışıqları Böyük Britaniya və Aİ vətəndaşları üçün faydalı imkan adlandırıb. Əsas əldə olunan nailiyyət isə strateji tərəfdaşlıqla bağlı idi - Aİ və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq mexanizmi yaradıldı. Bu zirvə, ümumilikdə, Brexit sonrası münasibətlərdə yenilənmiş bir fəslin açılmasına işarə oldu.
Qayıdış perspektivi -şərtlər dəyişməlidir...
Ortada olan fakt bundan ibarətdir ki, ötən dövrdə Böyük Britaniya immiqrasiyanı azalda bilməyib. Brexit-in iqtisadi faydaları ilə bağlı geniş şübhələr var. Bunu britaniyalı siyasi ekspertlər də təsdiqləyir. Bildirilir ki, Brexit-in Britaniya iqtisadiyyatına təsirinin qiymətləndirilməsini çətinləşdirir.
Bununla belə, onlar razılaşırlar ki, “ayrılmanın” nəticələri pessimistlərin qorxduğu qədər güclü olmasa da, mənfi nəticələnib. London maliyyə xidmətləri Avropanın mərkəzi omaqda davam edir. Eyni zamanda, Böyük Britaniya iqtisadiyyatı avrozona iqtisadiyyatından daha sürətlə inkişaf edir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2023-cü ildə qısamüddətli tənəzzül dövrünə baxmayaraq, Böyük Britaniya növbəti bir neçə ildə qitə qonşularını geridə qoymağa davam edəcək. Eyni zamanda, ölkənin ÜDM-i Aİ-dən kənarda gözlənildiyi kimi sürətlə artmır. Büdcə Məsuliyyəti üzrə Qeyri-hökumət Ofisi hesab edir ki, Brexitdən sonra 15 il ərzində məhsuldarlığın və digər Avropa ölkələri ilə ticarətin azalması Böyük Britaniyaya ÜDM artımının 4 faizinə başa gələcək. Bu itkilər həmin dövr ərzində Britaniyanın Aİ-nin ümumi büdcəsinə ödədiyi məbləğin “kompensasiyası” da sayıla bilməz - beləliklə, Londonun Brüsseldən kənarda olması üstünlüyünün iqtisadi artım faktoruna çevirə bilməsi şübhəlidir.
14 illik aradan sonra ötən ilin iyulunda hakimiyyətə gələn Leyboristlər hökuməti sözdə Aİ-yə qayıtmaq imkanını istisna edir. Reallıqda isə əsas hədəf kimi London və Brüssel arasında mümkün yaxınlaşdırma yaratmaqdır. Bu, Britaniya iqtisadiyyatına durğunluqdan xilas olmağa, hazırki komandaya isə növbəti seçkilərdə məğlubiyyətdən qaçmağa kömək edəcək. Starmerin komandası başa düşür ki, bu proses Brexit danışıqlarından daha sadə ola bilər.
Aydındır ki, hər iki tərəf yeni müdafiə paktının bağlanmasında maraqlıdır və 2026-cı ilin ortalarında başa çatacaq balıqçılıq və enerji əməkdaşlığı sazişlərinin şərtləri nəzərdən keçirilməlidir. Brüssel həmçinin gənc avropalıların Böyük Britaniyada oxumaq və işləmək hüquqlarını genişləndirmək üçün ciddi səy göstərir. Amma qeyd edildiyi kimi, immiqrasiya şərtləri fərqlidir - Britaniya 30 yaşdan aşağı Aİ “sakinlərinə” viza təqdim etmir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
