50 gün möhlət...
16.07.2025 [09:27]
ABŞ Prezidentinin şərtləri yerinə yetirilməsə, Rusiyanı ciddi problemlər gözləyir
ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlik təşəbbüslərinin heç bir nəticəsi yoxdur. Halbuki Donald Tramp hələ seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə müharibəni “24 saat ərzində dayandıracağını” vəd etmişdi. Dövlət başçısı seçildikdən sonra, münaqişənin nizamlanması üçün Vaşinqton tərəfindən bir sıra görüş və tədbirlər təşkil edilsə də, prosesdə nəticə yoxdur. Bu səbəbdən də, Tramp bir neçə gün öncə “Ukrayna münaqişəsinin nizamlanması gözlədiyimdən daha çətindir” deyə bəyan edib.
Tramp: Çox sərt tariflər tətbiq edəcəyik
Əslində, son vaxtlar Tramp münaqişə ilə əlaqədar Rusiyadan narazılığını ifadə edir. Bu isə o deməkdir ki, ABŞ Prezidentinin sülh təşəbbüslərinin reallaşmasına başlıca maneə Moskvanın mövqeyidir. Bütün bunların fonunda Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyini demişdi. Və o, iyulun 14-də NATO-nun Baş katibi Mark Rutte ilə Oval kabinetdə keçirilən görüşdə Ukrayna ilə müharibənin 50 gün ərzində dayandırılmasına dair razılıq əldə olunmasa, Rusiyanı tariflərlə cəzalandıracağını deyib. “50 gün ərzində razılaşmamız olmasa, çox sərt tariflər tətbiq edəcəyik”, - deyən ABŞ Prezidenti bunların ikinci dərəcəli tariflər olacağını, yəni Moskvanı qlobal iqtisadiyyatda təcrid etmək üçün Rusiyanın ticarət tərəfdaşlarını hədəf alacağını söyləyib.
NATO və Aİ Trampın bəyanatını alqışlayıb
Trampın bu bəyanatı isə NATO və Avropa rəsmiləri tərəfindən məmnunluqla qarşılanıb. NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Trampın Ukraynadakı vəziyyətlə bağlı Rusiya əleyhinə yeni tədbirlər barədə bəyanatını mühüm addım kimi qiymətləndirib. Mark Rutte bunu “Fox News” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Trampın bəyan etdiyi sanksiya tədbirləri, xüsusilə də Rusiyadan enerji resursları alan ölkələrə qarşı tətbiq ediləcək rüsumlar beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıqdır.
O, Trampın Ukraynaya silah satışına dair qərarını da alqışlayıb. O qeyd edib ki, bu addım Birləşmiş Ştatlarla Avropa arasında həmrəyliyin göstəricisi olmaqla, tərəflərin “Ukrayna üçün əllərindən gələni etməyə hazır olduqlarını” nümayiş etdirir: “Bu, Prezident Donald Trampın məsələyə ciddi yanaşdığını göstərən aydın bir siqnaldır. O, sülh istəyir və Ukraynada insanların həyatını itirməsindən narahatdır”.
Trampın bəyanatı ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas isə bu sözləri deyib: “Trampın Rusiyaya qarşı sərt mövqe tutması müsbət haldır. Digər tərəfdən, 50 gün çox uzun vaxtdır”.
Almaniya Kansleri Fridrix Merts də “X” platformasında etdiyi paylaşımda ABŞ Prezidentinə bu təşəbbüsə görə təşəkkürünü bildirib: “Prezident Tramp bu gün mühüm təşəbbüs irəli sürüb. Əgər Avropa tərəfdaşları maliyyələşdirsə, ABŞ Ukraynaya geniş miqyasda silahlar verəcək”. Almaniyanın vitse-kansleri Lars Klinqbayl isə “ABŞ administrasiyasının Rusiyaya təzyiqi artırması və eyni zamanda, Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləməsini yaxşı hal olduğunu qeyd edib. O, real danışıqlar və sülh üçün Moskvaya təzyiqin artırılmasının vacibliyini vurğulayıb.
Rusiya danışıqların üçüncü raundunu keçirməyə hazırdır?
Bütün bunların fonunda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqların üçüncü raundunu keçirməyə hazır olduğunu bildirir və tarixlərin təyin olunmasını gözləyir. O qeyd edib: “Biz hələ də tarixlərlə bağlı təklifləri gözləyirik. Rusiya tərəfi danışıqlara davam etməyə və üçüncü raund keçirməyə hazırdır. Vəziyyətin necə inkişaf etdiyi barədə bunu demək olar”.
Birləşmiş Ştatlar emissarının Kiyevə səfərini şərh edən D.Peskov vurğulayıb ki, Kit Kelloqun ABŞ Prezidenti Donald Trampın komandasının nümayəndəsi kimi Ukrayna nizamlanması üçün vasitəçilik səylərini davam etdirməsi Moskva üçün mühümdür.
Qeyd edək ki, Trampın bu bəyanatı ABŞ cəmiyyətində heç də birmənalı qarşılanmır. Məsələn, “Washington Post” yazır ki, Trampın Rusiya-Ukrayna münaqişəsinin həll edilməsi üçün Putinə verdiyi 50 gün möhlət Rusiya prezidentinə strateji üstünlük verir: mövqelərini möhkəmləndirmək, Avropaya təzyiq göstərmək, Çin və Şimali Koreya ilə hərbi yaxınlaşma üçün. Nəşr qeyd edir ki, ABŞ Prezidenti “Ukrayna ilə bağlı siyasətinin yeni parametrlərini təqdim edib”, lakin müşahidəçilər vurğulayır ki, strategiyanın əsasında ənənəvi yubatma taktikası qalır: “Səs-küylü bəyanatlar, onların ardınca isə adətən qətiyyətli addımlar atılmır. Bu taktika Putinə strateji üstünlük verir. Bu, dönüş nöqtəsidir, yoxsa növbəti yubatma, hələ də sual altında qalır”.
Göründüyü kimi, Trampın 50 günlük möhlətinin Rusiyaya necə təsir edib-etməyəcəyi ilə bağlı yanaşmalar fərqlidir. Hər halda, ciddi sanksiyalara məruz qalan Rusiyanın növbəti iqtisadi təzyiqlərə reaksiyasını zaman göstərəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

