Ankaradan Parisə tövsiyə...
10.07.2025 [09:17]
Fransa Xarici İşlər Nazirliyinin Türkiyədə müxalifətə qarşı davam edən məhkəmə proseslərinə dair tənqidi bəyanatı Ankara tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatı “ölkənin daxili işlərinə qəbuledilməz müdaxilə” adlandırıb. “Fransa Xarici İşlər Nazirliyinin ölkəmizdə aparılan məhkəmə proseslərinə müdaxilə olan bəyanatını qətiyyətlə rədd edirik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında vurğulanır.
Fransa ikili standartların girovluğunda
Həqiqətən də, öz daxilində bir sıra şübhəli siyasi proseslər izlənilən, ötən il həm Avropa Parlamentinə, həm də Milli Assambleyaya seçkilərdə ciddi saxtakarlıqlar və manipulyasiyalar qeydə alınan, yeni hökumətin formalaşdırlması zamanı konstitusiyanın tələbləri kobud şəkildə pozulan bir ölkənin hakim komandası hansı mənəvi haqla və hüquqi əsasla digər bir suveren dövlətdə aparılan məhkəmə prosesini şübhə altına alır? İndiki mərhələdə Fransada baş verənlər Yelisey Sarayının demokratiyadan üz çevirdiyini əyani şəkildə təsdiqləyir. Fransanın Xarici İşlər Nazirliyi Türkiyəni müxalifət liderlərinə münasibətdə qınamağa özündə cəsarət tapıb. Bəs Parisdə bu yaxınlarda aparıcı müxalifət liderlərindən birinə siyasi sifariş əsasında qurulan saxta məhkəmə nə üçün unudulur? Cari ilin əvvəlində qurulan bu məhkəmə siyasi rəqiblərini məhkəmə qərarları ilə neytrallaşdırmaq texnologiyasının məhz Yelisey Sarayına məxsus olduğunu əyani şəkildə təsdiqləyir. Paris məhkəməsinin Fransada siyasi olimpə doğru inamlı addımlar atan və növbəti prezident seçkilərində hazırkı hakim komandaya potensial rəqib kimi dəyərləndirilən sağçı “Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı çıxardığı antidemokratik qərar başqa izaha seçim qoymur. Əslində, geniş şərhə ehtiyac yoxdur. Aydın şəkildə görünür ki, hökm siyasətçinin 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.
Fransanın bu utancverici reallığı dünyanın bir sıra ölkələri, o cümlədən də ABŞ-ın yeni administrasiyası tərəfindən ciddi şəkildə qınanılıb və “demokratiyadan geri dönüş” kimi dəyərləndirilib. Fransanın hakim komandası Türkiyədə qurulan məhkəmədən narahatlığını bildirməkdənsə, özünün dünyada korlanmış imicini bərpa etmək üçün addımlar atmalıdır. Türkiyə XİN Fransanı ikili standartlarda ittiham edib. Nazirlik məhkəmədən sonra seçkilərdə iştirakdan kənarlaşdırılan Fransanın əsas müxalifət partiyasının liderinin son hökmünü, həmçinin bəzi Fransa merlərinə qarşı davam edən məhkəmə işlərini xatırladıb. “Nəzərə alsaq ki, Fransanın əsas müxalifət partiyasının lideri məhkəmə qərarı ilə həbs cəzasına məhkum edilib, bu bəyanat ikili standartları açıq şəkildə nümayiş etdirir”, - deyə nazirlik qeyd edib.
Məhkəmə suverenliyinə hörmətlə yanaşılmalıdır
Hər bir ölkənin idarəçiliyi milli qanunvericilik əsasında tənzimlənir. Türkiyədə son iyirimi ildə inklüzivliyi təmin etmək məqsədilə bir sıra institusional islahatlar həyata keçirilib, o cümlədən daha geniş demokratiyanı, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən bu islahatlar məhkəmə sistemini də əhatə edib. Türkiyə son prezident seçkiləri ilə dünyaya bir demokratiya dərsi keçdi. Lakin demokratiyanın anarxiya anlamında qəbul edilməsi heç bir vəchlə mümkün deyil. Kiminsə müxalifətdə olması onu qanunları pozmasının məsuliyyətindən azad etmir. Türkiyə “ədalətli və qərəzsiz” məhkəmə icraatına zəmanət verdiyini vurğulayıb və bütün işlərə müstəqil məhkəmələr tərəfindən ölkənin Konstitusiyasına və milli qanunvericiliyinə ciddi şəkildə və uyğun olaraq baxıldığını xatırladıb.
Ankara Parisi Türkiyənin məhkəmə suverenliyinə hörmət etməyə və digər ölkələrin işlərinə siyasi motivli şərhlərdən çəkinməyə çağırıb. “Fransaya Türkiyənin daxili hüquq sisteminə və məhkəmə sisteminin müstəqilliyinə hörmətlə yanaşmağı, başqa dövlətlərə qarşı siyasi motivli bəyanatlardan çəkinməyi və öz daxili problemlərinin həllinə diqqət yetirməyi tövsiyə edirik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

