London Aİ yolunda?
22.06.2025 [08:54]
Sorğular “Brexit”in uğursuz olduğunu göstərir
“Köhnə qitə”nin iqtisadi-siyasi birliyi kimi xarakterizə olunan Avropa İttifaqı yarandığı 35 ilə yaxın dövr ərzində mühüm dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərin ən yadda qalanlarından biri Böyük Britaniyanın Aİ-dən çıxmasıdır. Bir neçə il öncə rəsmi London Böyük Britaniyada keçirilmiş referendumun nəticələrini əsas gətirərək Aİ-ni tərk etdi. Həmin zaman Britaniya ictimaiyyətində “Brexit”ə münasibət müsbət idisə, hazırkproseslər fonunda bu münasibətin dəyişdiyini müşahidə etmək olar. Belə ki, “YouGov” şirkətinin bu yaxınlarda keçirdiyi sorğuya görə, britaniyalıların əksəriyyəti bu qərardan peşmanlıq keçirir və ölkənin yenidən Aİ-yə qoşulmasını istəyir. “Independent”in məsələ ilə bağlı məlumatında qeyd olunur ki, sorğu iştirakçılarının 56 faizi Böyük Britaniyanın Aİ-yə qayıtmasının tərəfdarıdır. Respondentlərin 61 faizi isə “Brexit”in uğursuzluq olduğunu düşünür. Onların böyük əksəriyyəti bu uğursuzluğa görə keçmiş baş nazir Boris Consonu və Mühafizəkarlar Partiyasını ittiham edir.
Ötən ay isə Böyük Britaniya və Avropa İttifaqı Londonda “Brexit”dən sonrakı ilk rəsmi sammit çərçivəsində bir araya gəlmişdilər. Baş nazir Kir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirak etdiyi görüş Aİ ilə Britaniya arasında əlaqələrin yenidən qurulması üçün əhəmiyyətli mərhələ hesab olunurdu. Sammitin məqsədi iki tərəf arasında münasibətləri dərinləşdirmək və yeni razılaşmalar imzalamaq idi. Razılaşmaların “Brexit”dən sonra artan bürokratik çətinliklər və xərclər səbəbindən zəifləyən ticarət əlaqələrinin canlandırılmasına və Britaniya iqtisadiyyatının gücləndirilməsinə töhfə verəcəyi düşünülür.
Qeyd edək ki, son vaxtlarda tərəflər arasında danışıqların əsas məzmunu müdafiə, ticarət, balıqçılıq və Aİ ölkələrinin gəncləri üçün hərəkətliliyi asanlaşdıracaq mümkün proqramlardır.
Britaniyalılar təəssüflənir...
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, “Brexit” Böyük Britaniyanın iqtisadiyyatına kifayət qədər ziyan vurub. “Avropa İttifaqı Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşı idi. “Brexit”dən sonra Londonun Aİ və ittifaqın üzv ölkələri ilə ticarət dövriyyəsi mənfiyə doğru getməyə başladı. Demək olar ki, Böyük Britaniya Avropa İttifaqını tərk etməklə Aİ-nin vahid bazarından və vahid gömrük sistemindən ayrılmış oldu. Nəticə etibarAİ ilə Böyük Britaniya arasında gömrük nəzarət mexanizmləri tətbiq olunmağa başlandı. Belə bir halda Aİ-dən Britaniyaya, eləcə də Britaniyadan Avropaya ixracın miqdarı azaldı. Qeyd edim ki, ötən il Böyük Britaniyanın Aİ-yə kənd təsərrüfatı məhsullarının ixracatında 21 faiz azalma baş verdi. Bu, çox mənfi göstəricidir. Eyni zamanda Avropadan gətirilən məhsullara yüksək gömrük rüsumunun tətbiq olunması ölkədə inflyasiyanın səviyyəsinin kəskin şəkildə artmasına yol açdı. Bundan başqa ölkəyə əvvəki kimi investisiyalar yatırılmır,” - deyə S.Zahidov bildirib. Qeyd edib ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsinin səbəblərindən biri Brüsselin miqrasiya siyasətinə kəskin münasibəti idi: “Böyük Britaniya Aİ-nin miqrasiya siyasətinə qarşı idi. Bununla heç cür razılaşmaq istəmirdi. “Brexit” Britaniyada işçi məsələləsində də öz mənfi təsirlərini göstərib. Sahibkarlar bundan əziyyət çəkirlər”. Ekspert vurğulayıb ki, bütün bunlar Britaniya ictimaiyyətində “Brexit”ə münasibəti dəyişdi: “Sadaladığım bu amillər britaniyaların “Brexit”ə skeptik yanaşmasına gətirib çıxardı. Bu gün Böyük Britaniyada əhalinin beşdən üçü “Brexit”in səhv qərar olduğunu hesab edir”.
Qayıdış mümkündürmü?
“Hazırda Böyük Britaniyanın rəhbərliyində olanlar - Leyboristlər və aş nazir Keir Starmer ölkəni Aİ-yə qaytarmaqda maraqlı deyil. Hesab edirəm ki, onlar bunu heç vaxt gündəmə gətirməyəcəklər. Amma Starmer və onun komandası Avropa İttifaqı ilə Böyük Britaniya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır. Artıq Leyboristlər bu istiqamətdə ciddi addımlar atıblar. Qeyd edim ki, mayın 19-da Londonda baş tutan Böyük Britaniya-Aİ sammitində hər iki tərəf arasında diplomatik-siyasi, iqtisadi-ticari, müdafiə-təhlükəsizlik, miqrasiya və enerji sahələrində əməkdaşlığa dair razılaşmalar imzalandı. Böyük Britaniyanın hazırk rəhbərliyi Aİ ilə əməkdaşlığın genişləndirilməsi xəttini tutub,” - deyə S.Zahidov vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53

