ABŞ-dan xəbərdarlıq...
13.06.2025 [08:46]
Vaşinqton həyəcan təbili çalır
ABŞ İranla gərginlik fonunda Yaxın Şərqdə həyəcan təbili çalır. CNN-nin məlumatına görə, ABŞ Dövlət və Müdafiə Departamentləri rəsmi Vaşinqtonun Yaxın Şərq ölkələri - İraq, Bəhreyn və Küveytdəki səfirliklərində çalışan qeyri-vacib işçilərin, o cümlədən hərbçi ailələrin bölgədə artan təhlükəsizlik riskləri səbəbindən təxliyə olunmasına göstəriş verib. Eyni zamanda, Pentaqonun rəhbəri Pit Heqset hərbi qulluqçuların bölgədəki bazaları könüllü şəkildə tərk etməsinə icazə verib. ABŞ-ın Yaxın Şərqdəki öz vətəndaşlarını tez bir zamanda bölgədən təxliyə etməsinin arxasında bir sıra səbəblər dayanır. Belə ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb. Amerikanın CBS telekanalı məlumat verib ki, Vaşinqton İranın İsrailin hücumlarına cavab olaraq İraq və Körfəz ölkələrindəki ABŞ-ın mülki və hərbi obyektlərinə raket zərbələri endirəcəyindən narahatdır. Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarının İraqı tərk etməsini əmr etməsinin səbəblərindən biri də budur. Artıq ABŞ Yaxın Şərqdə qırıcı və yanacaq dolduran təyyarələrini də hazırlıq vəziyyətinə gətirib. İran tərəfi də ciddi hazırlıqlara başlayıb. İran KİV-ləri qeyd edirlər ki, ölkənin Buşeyr, Natanz və Yəzddə yerləşən nüvə obyektlərin ətrafına əlavə qüvvələr cəlb edilib.
Hücum, yoxsa sanksiya?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, İsrail ilə İran arasında növbəti hərbi qarşıdurma ABŞ-ın Yaxın Şərq ölkələrindəki səfirliklərini və hərbi bazalarını təhlükə altına qoya bilər. “Məlum olduğu kimi, ABŞ ilə İran arasında nüvə proqramı ətrafında danışıqlar dalana dirənib. Son iki ayda Omanın vasitəçiliyi ilə danışıqların beş raundu baş tutub. Son görüşdə altıncı raundun keçirilməsi də razılaşdırılmışdı. Amma bir neçə gün bundan öncə ABŞ rəsmiləri növbəti görüşün təxirə salındığını bəyan etdilər. Bu görüşün baş tutmamasının səbəbinə gəlincə, qeyd edim ki, bu günə qədər keçirilən danışıqlarda ciddi bir nəticə əldə olunmayıb. Bu prosesin sonu da İrana qarşı hücum əməliyyatlarının həyata keçirilməsi ilə nəticələnə bilər. Düzdür, Ağ Ev İrana qarşı hücumların əleyhinədir, ancaq danışıqlarda müsbət bir nəticə əldə olunmadıqda, böyük ehtimalla, proses buna doğru gedəcək”, -deyə Ə.İbrahimov vurğulayıb. O qeyd edib ki, İsrail İranın nüvə obyektlərinə hücum əməliyyatlarının təşkil olunmasında israrlıdır. Onun sözlərinə görə, İsrail ABŞ-ı buna təhrik edir: “Vaşinqton İranla olan problemlərin diplomatik yolla həll olunmasında maraqlıdır, amma bununla paralel Tehrana qarşı təzyiq rıçaqlarından da istifadə edir. Tramp son çıxışlarında bəyan etmişdi ki, İran ya öz nüvə proqramından imtina etməlidir, ya da yeni ağır sanksiyalarla üzləşməlidir”.
ABŞ nədən narahatdır
“ABŞ-ı ən çox narahat edən məsələ budur ki, İsrail Vaşinqtonun icazəsi olmadan İrana qarşı hücum əməliyyatı keçirə bilər. Bildirim ki, İsrail bir neçə dəfə Vaşinqtonu məlumatlandırmadan İranın ərazisində dron hücumları təşkil etmişdi. İran da öz növbəsində buna qarşılıqlı cavab verdi. Əgər İsrail növbəti dəfə İranın ərazisinə hücumlar təşkil edərsə, Tehran yenə də İsrailə raket zərbələri endirəcək. Belə bir vəziyyətdə ABŞ-ın regiondakı strateji obyektləri də təhlükə altında olacaq. İraq, Küveyt və Bəhreyndəki ABŞ səfirliklərində və hərbi bazalarında təhlükəsizlik tədbirləri məhz bundan qaynaqlanır”, -deyə Ə.İbrahimov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16

