ABŞ əsgərlərini geri çəkəcəkmi?
04.06.2025 [09:29]
Şimal Alyansının şərq cinahı narahatdır
Ukrayna cəbhəsində yeni situasiyanın formalaşması NATO-nun şərq cinahını narahat etməkdədir. Belə ki, UKraynanın iyunun 1-də həyata keçirdiyi dron hücumları müharibəni yeni fazaya keçirə bilər. Bu isə, Rusiya ilə yaxın ərazilərdə yerləşən NATO-nun şərq qolu ölkələri üçün siqnala çevrilir. Təsadüfi deyil ki, “Buxarest doqquzluğu” ölkələrinin (Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya) və NATO-nun şimal ölkələrinin (Danimarka, İsveç, Norveç, Finlandiya və İslandiya) təhlükəsizlik məsələləri üzrə geniştərkibli sammitinin keçirildiyi Vilnüsdə yekun mətbuat konfransında çıxış edən NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ Şimali Atlantika Alyansının şərq cinahında Amerika hərbi mövcudluğunu azaltmaq niyyətində deyil. O qeyd edib ki, daim iki sualla - “ABŞ alyansın üzvü kimi hələ də kollektiv təhlükəsizliklə bağlı öhdəliklərinə sadiq qalırmı?” və “ABŞ qəfildən qoşunlarını çıxarmayacaq ki?” sualları ilə qarşılaşır. “ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsi (kollektiv müdafiə haqqında - red.) üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edir. Qoşunların çıxarılmasına gəlincə, buna dəlalət edən heç bir əlamət yoxdur”, - Rutte cavabında söyləyib.
Polşa Prezidenti Anjey Duda qeyd edib ki, son aylarda onun ABŞ Prezidenti Donald Tramp və komandası ilə bir neçə dəfə danışmaq imkanı olub. “ABŞ-ın NATO-nun şərq cinahından qoşunları çıxarmaq niyyəti barədə heç bir məlumat yoxdur”, - Duda vurğulayıb.
Litva Prezidenti Gitanas Nauseda isə vurğulayıb ki, ABŞ hərbçilərinin regionda olması kollektiv təhlükəsizliyin mühüm amilidir. “Ümid edirik ki, NATO-nun Haaqa sammiti bizə müsbət xəbərlər gətirəcək”, - Nauseda ABŞ qoşunlarının mümkün ixtisarı ilə bağlı şayiələri şərh edib.
Şərq cinahı...
Vurğulanmalıdır ki, NATO-nun şərq cinahı (Eastern Flank) - Alyansın Rusiya ilə sərhəddə və ya onun yaxınlığında yerləşən üzv ölkələrini əhatə edir. Bu bölgə NATO-nun təhlükəsizlik baxımından xüsusi diqqət yetirdiyi sahələrdəndir. NATO-nun şərq cinahına daxil olan ölkələr əsasən Şərqi və Mərkəzi Avropada yerləşir. Bu ölkələrin siyahısına Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan daxildir. Çexiya və Sloveniya da bəzən bu qrupa aid edilir - region ölkəsi olan Xorvatiya isə ənənəvi olaraq cənub-şərq cinahında yer alır. Əlavə olaraq, Türkiyə də NATO-nun cənub-şərq cinahında yer alsa da, coğrafi və strateji baxımdan tez-tez şərq cinahı ilə əlaqələndirilir. Bu ölkələrin əksəriyyəti 2014-cü ildə Krımın ilhaqından sonra NATO-nun “çevik müdafiə” strategiyasının əsas hissəsi olublar. Alyans bu bölgələrdə əlaqələndirilmiş qüvvələr (enhanced Forward Presence - eFP) yerləşdirib, Polşa və Baltik ölkələrində isə daimi rotasiya ilə hərbi kontingent saxlanılır.
Regiondakı NATO qüvvələri...
Bölgədəki Alyansa tabe şəxsi heyətə gəlinc, ABŞ-ın NATO-nun şərq cinahındakı hərbi iştirakı son illərdə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin əvvəlinə olan məlumata görə, ABŞ-ın Avropada ümumilikdə təxminən 100 min hərbi qulluqçusu yerləşdirilib. Bunlardan təxminən 20 mini Rusiya ilə sərhəddə yerləşən NATO ölkələrində - xüsusilə Polşa, Rumıniya və Baltikyanı dövlətlərdə yerləşdirilib. Əsas yerləşmələr kimi Polşanı göstərmək olar - ABŞ-ın NATO-nun şərq cinahında ən böyük hərbi iştirakı məhz buradadır. Polşada təxminən 10 min ABŞ əsgəri yerləşir. Rumıniyada isə bu say 4 min civarındadır. Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) isə rotasiya əsasında hərbi qüvvələr yerləşdirir və NATO-nun çoxmillətli batalyon qruplarına aid olunur. Slovakiya, Macarıstan və Bolqarıstanda da ABŞ hərbi qüvvələri rotasiya əsasında yerləşdirilir. Bir müddət öncə yayılan məlumatlarda bildirilirdi ki, ABŞ NATO-nun şərq cinahında hərbi mövcudluğunu artırmaq üçün infrastruktur və logistika imkanlarını genişləndirmək niyyətindədir.
Hansı dövlət nə qədər ayırır...
Artıq uzun müddətdir ki, ABŞ-ın NATO-ya münasibətdə yeni xətt yürütməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Burada əsas diqqətçəkən məqam Vaşinqtonun Avropa kontingentinin NATO-nun maliyyələşməsindəki iştirakından narazı olmasıdır. Belə ki, Prezident Tramp Şimal Alyansının maliyyələşməsinin ən mühüm yükünün məhz ABŞ-ın üzərinə düşməsini ədalətli hesab etmir - bununla bağlı yekdil fikir isə maliyyələşmənin ölkələrin ÜDM-nin 5 faizi nisbətində olmasıdır.
Qeyd edək ki, NATO-nun şərq cinahında yerləşən üzv ölkələr son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Bu artım, Rusiya ilə sərhəddə yerləşmələri və regional təhlükəsizlik risklərinin artması ilə də əlaqələndirilir. Bəlli olduğu kimi, NATO-nun ümumi büdcəsi əsasən iki hissədən ibarətdir:
-Birgə NATO büdcəsi: Bu, Alyansın ümumi fəaliyyətlərini (məsələn, qərargahların saxlanması, təlimlər və texniki infrastruktur) maliyyələşdirir. Üzv ölkələr bu büdcəyə əvvəlcədən müəyyən edilmiş kvotalar əsasında töhfə verirlər.
-Milli müdafiə xərcləri: Hər bir üzv ölkə öz milli müdafiə büdcəsini müəyyən edir və NATO-nun tövsiyəsinə əsasən, bu xərclərin ÜDM-in ən azı 2 faizini təşkil etməsi məqsədəuyğundur.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) məlumatına görə, şərq cinahı ölkələrinin 2024-cü ildə müvafiq maliyələşmələrdə iştirakına baxsaq:
- Polşa müdafiə xərclərində 4, 12, NATO büdcəsinə töhfədə isə 2,99 faiz;
- Rumıniya 2,25; 1,23;
- Macarıstan 2,11; 0.76;
- Slovakiya 2; 0,52,
- Bolqarıstan 2,04; 0,37;
- Çexiya 2,1; 1,06;
- Estoniya 3,43; 0.12;
- Latviya 3,15; 0,16;
- Litva 2,85; 0,26 faiz təşkil edir.
Göründüyü kimi, 2024-cü ildə yalnız Polşa ÜDM-in 4,1 faizini müdafiəyə ayıraraq NATO-da bu göstərici üzrə lider olub. Estoniya, Latviya və Litva kimi Baltikyanı ölkələr də müdafiə xərclərini əvvəlki dövrlərə nisbətdə əhəmiyyətli dərəcədə artırıblar. Bolqarıstan isə ilk dəfə olaraq NATO-nun 2 faiz hədəfini keçərək 2,04 faiz səviyyəsinə çatıb. Bu artımlar, NATO-nun şərq cinahında yerləşən ölkələrin regional təhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı olma səylərinin bir hissəsi kimi xarakterizə olunur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

