Rusiya-Ukrayna cəbhəsində növbəti gərginlik
27.05.2025 [10:15]
Aİ təzyiqləri artıracaqmı?
Rusiya ilə Ukrayna arasında hərbi hücumların yenidən aktiv fazaya keçməsi növbəti dəfə cəbhədə gərginliyi artırıb. Müharibə meydanı ilə yanaşı, diplomatik müstəvidə də vəziyyət ürəkaçan sayılmır - hətta bəzi siyasətçilər İstanbul görüşləri ilə bağlı ümidlərin yerlə-yeksan olması fikrindədirdər. Dünənə qədər qalıcı sülhdən, atəşkəsdən danışan tərəflər yenidən silahlara əl atır, insanlar ölür.
Qeyd edək ki, mayın 25-nə keçən gecə Rusiya pilotsuz təyyarələr və qanadlı raketlərdən istifadə etməklə Ukrayna ərazisinə hücum edib. Xarici KİV-lərin məlumatına görə, 13 bölgəyə edilən həmlələr nəticəsində 12 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu hücum müharibə başlayandan bəri ən böyükmiqyaslı hücum kimi yadda qalıb.
Kallas təzyiqi artırmağa çağırış etdi...
Bu isə nəticə etibarilə “köhnə rəqiblər” üçün yeni diplomatik müharibə deməkdir. Xüsusilə, Avropa ABŞ-ın sülh təşəbbüsslərinin puça çıxdığını deməkdən “yorulmur”. Onların qənaətinə görə, Avropanın sülh masasında təmsil olunmaması hazırkı nəticələrə yol açıb. Avropa kontingenti vəziyyətin daha da mürəkkəbləşəcəyini düşünür - hətta, bütün Qərbi Rusiyaya qarşı açıq mübarizəyə səsləyir. Belə ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qərb ölkələrini Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya maksimum beynəlxalq təzyiq göstərməyə çağırıb. Bu barədə siyasətçi Rusiya ordusunun Ukraynaya kütləvi zərbələrindən sonra sosial şəbəkədə yazıb. “Biz bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiqi göstərməliyik”, - o qeyd edib.
Onun fikrincə, Rusiya Ukraynanı məhv etməyə çalışır və genişmiqyaslı hücumlar da bunu təsdiqləyir. Avropanın baş diplomatı bundan əvvəl ABŞ-ın münaqişənin həlli ilə bağlı danışıqlar zamanı Moskvaya hələ də yetərincə təzyiq göstərməməsindən narazılığını bildirmişdi.
Almaniyadan qəti tələb: Dərhal dayandırın...
Aİ-nin aparıcı dövlətləri də məsələyə kəskin reaksiya göstəriblər. Məsələn, Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Rusiya sülhdə maraqlı deyil və müharibəni davam etdirmək istəyir. Qeyd edək ki, Vadeful Kiyevin müttəfiqlərini Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutmasına cavab olaraq Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. “Putin sülhdə maraqlı deyil, o, bu müharibəni davam etdirmək istəyir və biz buna imkan verməməliyik, ona görə də Avropa İttifaqı əlavə sanksiyalar tətbiq etməlidir”, - Vadephul ARD televiziyasında deyib. Almaniyanın XİN rəhbəri Qərb ölkələrini müharibə başlayandan bəri Rusiya tərəfindən Ukraynanı ən böyük atəşə tutmasına “qətiyyətli reaksiya” verməyə çağırıb. “Biz bunu qəbul edə bilmərik” deyən Vadeful əlavə edib ki, bu siyasət Rusiyanı danışıqlar masasına oturtmaq üçün çox cəhd edən ABŞ prezidenti Donald Trampa da təhqirdir.
Məsələyə ABŞ-ın da münasibəti kəskindir. ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, Moskva açıq-aşkar Cenevrə konvensiyalarını pozur. O bildirib ki, bu hücumlar biabırçılıqdır: “Qətlləri dayandırın. Atəşi dayandırın - dərhal”.
Rusiya hədəflərini sayır, Ukrayna isə dəstəyin artırılmasını tələb edir
Rusiya isə Ukrayna ərazisinə zərbələr endirərkən yalnız hərbi obyektlərə hücum edildiyini bildirib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı danışıb. O qeyd edib ki, bu, Ukraynanın etdiyi hücumlara cavabdır: “Biz ukraynalıların hədəflərimizi necə vurduğunu görürük. Bu, cavab zərbəsidir və məhz hərbi hədəflərə yönəlib”.
Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ, Aİ və digər müttəfiqlərini Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Zelenski “Telegram”da yazıb: “Rusiyanın hər bir belə terrorçu zərbəsi Rusiyaya qarşı yeni sanksiyalar üçün kifayət qədər səbəbdir. Rusiya bu müharibəni uzadır və hər gün öldürməyə davam edir. Bütün dünyada həftəsonu, isti?ahət vaxtıdır. Amma müharibə ara günlərində olduğu kimi, həftə sonlarında da davam edir. Buna göz yummaq olmaz. Amerikanın susması, dünyada başqalarının susması yalnız Putini ruhlandırır. Rusiya rəhbərliyinə həqiqətən güclü təzyiqlər olmasa, bu qəddarlığın qarşısı alınmayacaq. Sanksiyalar mütləq kömək edəcək”.
17 sanksiya paketi...
Qeyd edək ki, mayin 20-də Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Buraya “kölgə donanması”ndan olan 189 gəmi daxil edilib. Kallasın sözlərinə görə, paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. O, həmçinin Avropa İttifaqının Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərlə bağlı gördüyü işlər barədə məlumat verib. Aİ-nin sanksiyalar paketinin məzmununu əhatə edən press-relizində bildirilir ki, yeni sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini artırır, onun onsuz da gərgin və kövrək iqtisadiyyatına təzyiq xarakteri daşıyır. Bu, Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunur. Bu paket həm də fiziki və hüquqi şəxslərin sanksiya siyahısını genişləndirir. Bundan əlavə, Yaponiyanın enerji təhlükəsizliyini təmin etmək üçün Saxalin-2 layihəsi üçün neftin qiymətinin yuxarı həddi ilə bağlı mövcud azadlığı genişləndirir. Aİ sanksiya siyahısına kölgə neft tankerləri donanmasının bir hissəsi olan və ya Rusiyanın enerji gəlirlərinə töhfə verən daha 189 gəmi əlavə edib və onların siyahıdakı ümumi sayı 342-yə çatıb. Paketə həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən, o cümlədən sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil olunub. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə olunub. Sanksiya siyahısına Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da daxildir. Aİ qarşıdakı dövrdə yeni sanksiyalar paketinin hazırlandığını da anons edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

