Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Körfəzə səfər...

Körfəzə səfər...

14.05.2025 [09:28]

Trampın planları və hədəfləri...

Prezidentliyinin ilk rəsmi səfərini Yaxın Şərqə edən Donald Trampın 4 günlük turu Səudiyyə Ərəbistanından başlayıb. Xatırladaq ki, səfər planına Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxildir. “ABC News” xəbər verir ki, səfər ABŞ və Körfəz ölkələri arasında dərinləşən iqtisadi əlaqələrin inkişafına hədəflənib.

İlkin razılaşma - 1,4 milyard dollar...

Bu arada, AFP agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti BƏƏ-yə silah satışı ilə bağlı iki müqaviləni təsdiqləyib. Hərbi təyyarələrin və texnikanın satışını əhatə edən sövdələşmələrin ümumi dəyəri təxminən 1,4 milyard dollardır (1,3 milyard avro). Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər Bürosu mayın 12-də bildirib ki, müqavilədə əsasən altı “CH-47F Chinook” helikopterinin və digər avadanlıqların Əbu-Dabiyə təhvil verilməsi nəzərdə tutulur.

ABŞ Dövlət Departamenti, həmçinin F-16 qırıcıları üçün 130 milyon dollar (117 milyon avro) dəyərində komponentlərin satışını da təsdiqləyib.

Səfərdən öncə diqqət çəkən məqamlardan biri Qətər kral ailəsindən verilən hədiyyə olub - belə ki, ABŞ dövlət başçısına lüks “Boeing 747-8” təyyarəsi hədiyyə olunub. Hədiyyənin Amerika lideri tərəfindən prezident təyyarəsi “Air Force One” kimi istifadə ediləcəyi gözlənilir və onun səlahiyyət müddətinin sonuna qədər təyyarənin mülkiyyət hüququ Trampın Prezident Kitabxanası Fonduna veriləcək. Hədiyyənin rəsmi olaraq Trampın Qətərə gələndə elan ediləcəyi gözlənilir. “ABC News” xəbər verir ki, Ağ Ev rəhbəri tez-tez “uçan saray” adlandırılan təyyarəni fevral ayında Floridadakı West Palm Beach Beynəlxalq Hava Limanında qısa müddətə qalarkən görüb.

1 trilyona doğru...

Vurğulandığı kimi, Trampın körfəz turu Səudiyyə Ərəbistanından başlayıb. Tramp Ər-Riyada gələrkən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən qarşılanıb. Səfər Səudiyyə və Amerika rəsmiləri arasında tam bir günlük danışıqları əhatə edir. Çərşənbə günü ABŞ prezidenti Körfəz Əməkdaşlıq Şurası (KƏŞ)-ABŞ sammitində iştirak edəcək.

Qeyd edək ki, mart ayında Tramp “Əgər Səudiyyə Ərəbistanı ABŞ-a 1 trilyon dollar sərmayə qoysa, mən ora gedəcəm” demişdi. Səfər öncəsi isə açıqlamasında “Onlar buna razılıq verdilər, mən də gedirəm” deyə ifadə edib. Türkiyə mətbuatının yazdığına görə, Ər-Riyad yanvar ayında səslənən rəqəmi təsdiqləməsə də, dörd il ərzində ABŞ ilə ticarət və investisiyaları 600 milyard dollar artırmağı planlaşdırdığını açıqlamışdı. Bu rəqəmin daha da arta biləcəyi bildirilir.

BƏƏ strateji tərəfdaşlıq axtarışında...

“CNN İnternational”a görə, digər Körfəz dövlətlərindən daha çox BƏƏ investisiyalar vasitəsilə ABŞ-la əlaqələri dərinləşdirməyi, hətta strateji səviyyəyə qaldırmağı planlaşdırır. Yayılan məlumatda bildirilir ki, dünyanın ən zəngin ölkələrindən biri olan BƏƏ ABŞ-a trilyonlarla dollar sərmayə vəd edib. Əbu-Dabi özünü “paytaxtın paytaxtı” kimi tanıtmaq niyyətindədir. “Milliyyət” yazır ki, ticarət və investisiyanın genişləndirilməsi strateji tərəfdaşlığı gücləndirməyin yollarından biridir. ABŞ Körfəz regionunun təhlükəsizliyini təmin edən kritik güc olaraq qalır, eyni zamanda, Körfəzin uzunmüddətli inkişaf planlarına uyğun gələn imkan və imkanlarla dolu dinamik iqtisadiyyat təklif edir.

Eyni zamanda, mart ayında BƏƏ 10 il ərzində süni intellekt, yarımkeçiricilər, istehsalat və energetika sahələrinə 1,4 trilyon dollarlıq investisiya planı açıqlayıb. BƏƏ-nin Vaşinqtondakı səfirliyinin məlumatına görə, ölkənin hazırkı ABŞ investisiyaları 1 trilyon dollara çatıb.

Qətər Suriya üçün çalışır...

Verilən məlumatlara görə, Trampın Qətər səfərində əsas müzakirə predmetlərindən biri Suriya olacaq. “CNN İnternational” xəbər verir ki, Qətər rəhbərliyinin Suriyanın yeni prezidenti Əhməd Şaraa ilə münasibətləri mövcuddur və Şaraa ölkəsini Qərbin illərlə tətbiq etdiyi sanksiyalardan azad etməyə çalışır.

CNN bildirir ki, Qətər Tramp administrasiyasından Sezar Aktı çərçivəsində ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaları ləğv etməyi xahiş edəcək. Qətər Vaşinqtonun icazəsi olmadan Suriyaya hər hansı maliyyə dəstəyi verməkdən ehtiyatlanır. Ekspertlər səfərlərin qarşılıqlı fayda verəcək yeni sazişlərlə müşayiət olunacağını düşünürlər.

Tramp İstanbul yolunda...

Trampın səfər çərçivəsində Türkiyəyə də gedə biləcəyi istisna edilmir. Belə ki, ABŞ Prezidenti mayın 15-nə nəzərdə tutulan İstanbul görüşünün yaxşı nəticələr verəcəyini gözlədiyini və bu görüşün potensialının olduğunu deyib. Hətta Ağ Evin sahibi görüşün keçiriləcəyi gün İstanbula gələ bilmə ehtimalını da gündəmə gətirib. “Reuters” yazır ki, o jurnalistlərə “mən İstanbula uçmaq haqqında düşünürdüm” deyib: “Cümə axşamı harada olacağımı bilmirəm. Çoxlu görüşlərim var, amma əslində, uçmağı düşünürdüm. Düşünürəm ki, nəyinsə baş verə biləcəyini anlasam, getmə ehtimalı da olacaq”.

Bu arada Ukrayna prezidenti də Trampın Türkiyədəki görüşdə iştirakını dəstəkləyib. Zelenski amerikalı həmkarını mayın 15-də İstanbulda Rusiya nümayəndələri ilə danışıqlarda görmək istədiyini bildirib və ümid edib ki, Rusiya lideri bu görüşdən yayınmayacaq. “ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya nümayəndə heyətləri arasında mayın 15-də İstanbulda mümkün birbaşa danışıqlarda iştirak etmək fikri düzgündür. Əlbəttə, biz Ukraynada hamımız istərdik ki, prezident Tramp orada bizimlə - Türkiyədəki bu görüşdə olsun. Biz çox şeyi dəyişə bilərik”, - deyə Zelenski “Telegram”da yazıb.

Rusiya prezidentinin İstanbula getməsi ilə bağlı isə hələ də tam qərar verilməyib. Belə ki, bir sıra nəşrlər İstanbula uçuşa Lavrov və Uşakov üçün təyyarə hazırlandığını yazıb. Bununla yanaşı, Putinin də gedişi istisna edilmir - Rusiya liderinin Türkiyə səfərinə hazırlıqla bağlı istənilən vaxt qərar verilə biləcəyi yazılır.

SADİQ

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30