“Terrorsuz Türkiyə” hədəfi...
13.05.2025 [09:24]
PKK-nın özünü buraxdığını elan etməsi bu hədəfin reallaşmasının göstəricisidir
PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb. Türkiyə mediasının yazdığına görə, Abdullah Öcalanın bu il fevralın 27-də etdiyi çağırışa cavab olaraq, PKK-nın “Konqres Şurası” mayın 5-7-də toplaşaraq PKK adlı “missiyaya” son qoymaq qərarına gəlib. Terror təşkilatının özünü buraxması barədə qərar isə mayın 12-də açıqlanıb.
Fevralda başlanan proses...
Xatırladaq ki, fevralın sonlarında Türkiyənin Ədliyyə Nazirliyi DEM Partiyasının deputatlarına PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşməsinə icazə vermişdi. Bu icazə əsasında DEM Partiyasının rəhbər şəxsləri və iki millət vəkili, həmçinin Mardin Böyükşəhər Bələdiyyə başçısı Əhməd Türkün də daxil olduğu heyət terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb. İmralıdan qayıtdıqdan sonra mətbuat konfransı keçirən heyət, Öcalanın yazılı mesajını açıqlayıb. Mətndə bildirilirdi ki, PKK artıq silahı yerə qoymalıdır. PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
Çağırışdan dərhal sonra YPG qruplaşması PKK lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymağa çağırmasını müsbət qarşılayıb. Təşkilatın nümayəndəsi Siyamend Eli bu çağırışın bölgədə sülhün bərqərar olmasına töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, Öcalanın mesajı münaqişənin dayandırılmasına yönəlib və bu, xüsusilə Türkiyə və region xalqları üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, PKK-nın Suriya qolu sayılan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Ferhat Abdi Şahin də prosesə konstruktiv yanaşdıqlarını vurğulayıb.
Türkiyə üçün yeni dövr başlayacaq
Əslində, PKK-nın ləğvinin aprelin sonunda reallaşacağı gözlənilsə də, bu qərar mayın 12-də açıqlanıb. Mayın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə demişdi ki, ölkəsi bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək. Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: “Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm”. Prezident Ərdoğan əsas hədəfin “Terrorsuz Türkiyə” olduğunu dəfələrlə bəyan edib. Artıq bu hədəfə də nail olundu.
PKK-nın terror aktları nəticəsində 40 min insan həyatını itirib
Xatırladaq ki, PKK Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılmışdı. Bu, Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə özünüidarə qurmaq və bu məqsədlə sözügedən torpaqlara sahib çıxmaq məqsədi ilə hərbi hədəflərə və mülki şəxslərə qarşı hücumlar təşkil edən qanunsuz separatçı silahlı təşkilat idi. Təşkilat ilk terror aktını 1984-cü ildə törətmişdi. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı olaraq qəbul edilmişdi. Təşkilatın terror aktlarının törədilməsi nəticəsində 40 min insan həyatını itirib.
Türkiyə ordusunun gücü öz sözünü dedi
Ərdoğan hakimiyyəti dövründə PKK ilə mübarizə gücləndirilib, xüsusilə son illər türk ordusu tərəfindən terrorçulara ciddi zərbələr vurulub. Şübhəsiz ki, PKK-nın özünü buraxmasında Türkiyə ordusunun gücü əsas rol oynayıb. Yeri gəlmişkən, təkcə ötən il PKK-ya qarşı mübarizə tədbirlərinə nəzər yetirmək kifayət edər. Belə ki, aprel ayında açıqlanan məlumata görə, əməliyyatların 54 min 612-də Pilotsuz Uçuş Aparatlarının (PUA) dəstəyindən istifadə olunub. Keçirilən 49 min 902 əməliyyatda 842 terrorçu ələ keçirilib ki, onların 35-i öldürülüb, 672 nəfər isə sağ ələ keçirilib. 135 terrorçu isə təslim olub. Terrorla mübarizə çərçivəsində 91-i PKK, 13-ü isə İŞİD olmaqla, ümumilikdə, 104 aksiyanın qarşısı alınıb. Qarşısı alınan terror aktlarından 79-u bombalı hücumlar olub. FETÖ-yə qarşı 5059, İŞİD-ə qarşı isə 1509 əməliyyat keçirilib - 1170 nəfər FETÖ, 816 nəfər isə İŞİD üzvü olan və ya bağlılığı olan şəxs həbs edilib. Əməliyyatlar zamanı 7-si qırmızı, 4-ü narıncı, 2-si sarı, 28-i isə boz siyahıda olan 41 yüksək səviyyəli terrorçu zərərsizləşdirilib. Məlumata əsasən, terrorun maliyyələşdirilməsi ilə bağlı 296 əməliyyat keçirilib. 1684 nəfər saxlanılıb, 254 nəfər həbs edilib. 4,4 milyonu PKK/KCK təşkilatına aid olmaqla 85 milyon 741 min TL ələ keçirilib.
Verilən qərar praktikada da həyata keçirilməlidir
Qeyd edək ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı buraxması qərarını şərh edib. O, bu hadisəni “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələ adlandırıb: “Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq”. Ö.Çelik əlavə edib ki, verilən qərar praktikada da həyata keçirilməlidir: “Bu proses dövlət qurumlarımız tərəfindən ciddi şəkildə izləniləcək, nəticələr Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq”.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da PKK terror qruplaşmasının özünü ləğv etməsi qərarı ilə bağlı özünün “X” hesabında paylaşım edib. F.Altun qeyd edib ki, separatçı terror təşkilatının silahı buraxmaq və özünü ləğv etmək qərarının açıqlanması Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə aparılan “terrorsuz Türkiyə” prosesinin mühüm bir mərhələni gücləndirərək qət etdiyinin aydın göstəricisi olub: “Türkiyə 40 ili aşan prosesin sonunda gəlinən bu mərhələyə qədər müxtəlif bədəllər ödəmiş, çətinliklər çəkmiş və ən əsası övladlarını vətən uğrunda şəhid vermişdir. Bu günə görə əməklərin müqayisə edilməyəcək dərəcədə ən böyüyünün sahibi olan əziz şəhidlərimizin hər birini rəhmət və minnətlə anırıq. Şübhəsiz, “terrorsuz Türkiyə” prosesi dünəndən bu günə inkişaf edən qısamüddətli və dayaz bir proses olmadığı kimi, bu gündən sabaha çox sürətli şəkildə sonlanacaq bir proses də deyildir. Türkiyənin və əziz millətimizin terrordan, zorakılıqdan, xaosdan uzaq olduğu - hüzurun, sülhün və sabitliyin hakim qılındığı bir mühitin təsisi üçün Türkiyə Cümhuriyyəti bütün biliyi, potensialı və təcrübəsi ilə çalışmağa davam edəcək”.
F.Altun deyib ki, prosesin sağlam və axıcı bir şəkildə irəliləməsi üçün lazımi tədbirlər alınacaq, bütün addımlar həssas və şəffaf bir şəkildə, qətiyyət və diqqətlə atılacaq.
Yeri gəlmişkən, ötən gün Türkiyə hökumətinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının gündəliyində duran əsas məsələlərdən biri də terror probleminin Türkiyənin gündəmindən çıxarılması olub. İclasda 1984-cü ildən bu yana qanlı əməlləri ilə on minlərlə Türkiyə vətəndaşının həyatına son qoyan PKK terror təşkilatının fəaliyyəti dayandırıldıqdan sonra atılacaq addımlar diqqət mərkəzində saxlanılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
