51-ci ştat qurmaq arzusu ilə...
08.05.2025 [08:56]
Tramp Kanadanı ABŞ-a birləşdirmək istəyir
Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada uzun illər ərzində bir-birinin etibarlı ticarət tərəfdaşı kimi tanınıb. İki ölkə arasında hərbi sahədə güclü əməkdaşlıq olub. Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra isə ikitərəfli münasibətlər gərginlik mərhələsinə daxil olub ki, bunun da əsas səbəbi Ağ Evin yeni sahibinin Kanadanı ABŞ-ın 51-ci ştatı kimi görmək istəyini publik şəkildə bildirməsidir. D.Trampın qələbəsindən dərhal sonra başlayan bu “dialoq” Kanada rəsmilərinin və cəmiyyətinin etirazları fonunda sonradan müəyyən qədər səngisə də, bu günlərdə yenidən aktivləşib. Belə ki, D.Tramp ABŞ və Kanada arasında sərhədi müəyyən edən müqaviləni etibarlı saymadığını bildirib və ona yenidən baxılmasını istəyib.
“The New York Times”in məlumatına görə, Kanadanın sabiq Baş naziri Castin Trüdo ilə söhbətlərinin birində Tramp razılaşmanı etibarlı hesab etmədiyini bildirib, lakin heç bir əlavə izahat verməyib.
Söhbət 1908-ci ildə bağlanan və ABŞ ilə o zaman hələ Britaniya dominionu olan Kanada arasında beynəlxalq sərhədi təyin edən müqavilədən gedir. Bundan əlavə, Tramp bir sıra beynəlxalq müqavilələrlə tənzimlənən göl və çaylardan birgə istifadəyə dair sazişlərə də yenidən baxmaq niyyətində olduğunu bildirib.
Kanada rəsmiləri Trampın ölkələri ilə bağlı əvvəlki fikirlərini nəzərə alaraq son açıqlamaları ciddi qəbul ediblər və buna səssiz qalmayıblar. Bu günlərdə D.Tramp və Kanadanın yeni Baş naziri Mark Karni arasında baş tutan görüşdə kritik anlar yaşanıb. Görüş əsnasında Ağ Ev rəhbəri Kanada ilə ABŞ-ın birləşməsi mövzusuna yenidən qayıdıb və bildirib ki, belə bir hadisə “möhtəşəm izdivac” olardı. Karni də cavabında ölkəsinin satılmadığını söyləyib: “Kanada satılmır və heç vaxt satılmayacaq”. Tramp da öz növbəsində Karniyə “Heç vaxt, heç vaxt demə!” deyə bildirib. Karni isə ardınca “Heç vaxt, heç vaxt, heç vaxt” kəlməsini 3 dəfə təkrarlayıb.
Göründüyü kimi, hər iki tərəf bəhs olunan mövzuda net mövqedə dayanır. Bundan əvvəl D.Tramp planını həyata keçirmək üçün Ottavaya iqtisadi təzyiq mexanizmini işə salmışdı. Ağ Evdən gələn miqrant xəbərdarlığı, idxal olunan Kanada məhsullarına yüksək rüsumların tətbiqi Ottavanı, necə deyərlər, diz çökdürmək ssenarisinin başlanğıcı idi. Kanada bu və digər təhdidlər qarşısında geri çəkilmədi, əksinə, ABŞ-ın rüsum siyasətinə oxşar sərt tədbirlərlə cavab verdi. D.Trampın özünün və onun komandasında yer alan məmurların Kanadanın Baş nazirini və digər yüksəksəviyyəli rəsmilərini “ABŞ-ın ən böyük ştatının qubernatorları” adlandırmaları isə Ottavanın daha kəskin reaksiyalarına səbəb oldu.
Məlum görüşdə müşahidə edilən ritorikadan o qənaət hasil olur ki, Ağ Evin Kanada ilə bağlı planlarında nəbz yoxlamaq mərhələsi artıq arxada qalıb. D.Tramp mövqeyində israrlıdır və kanadalılar üçün arzuolunmaz mövzunu hüquqi-siyasi müstəviyə keçirməyə çalışır.
Hələlik Trampın planının reallaşıb reallaşmayacağı barədə konkret fikir söyləmək çətindir. Ağ Evin yeni sahibinin Kanadanı ABŞ-ın 51-ci ştatı etmək planının motivləri isə müxtəlif amillərdən qaynaqlana bilər. Tramp bunu ölkəsinin hər il Kanada ilə ticarət dövriyyəsində 200 milyard dollar vəsait itirdiyi ilə əlaqələndirir. O, bunun davam etməsinə imkan verməyəcəyini vurğulayıb. Bundan əlavə, Kanadanın ABŞ-a qoşulması mövzusunu müzakirə edən Tramp vergi və müdafiə xərclərində əhəmiyyətli qənaətin kanadalılar üçün üstünlük ola biləcəyi fikrini də xüsusi olaraq diqqətə çatdırıb. Lakin bu kimi izahlar Kanadanın müstəqilliyini və suverenliyini itirməsi üçün əsas sayıla bilərmi? Analitiklər D.Trampın planının alt qatında daha ciddi maraqların olduğu qənaətindədirlər. İlk nöbvədə Kanadanın təbii sərvətlərlə - neftlə, qiymətli minerallarla zəngin olduğu önə çəkilir. Həmçinin böyük coğrafiya amilinə istinad olunur. Qeyd edək ki, ABŞ-ın sahəsi 9,83 milyon kvadratkilometrdir. Kanadanın ərazisi isə 9,98 milyon kvadratkilometr təşkil edir. Beləliklə, Tramın planı reallaşsa, Kanada ilə birlikdə ABŞ sahəsi 19,81 milyon kvadratkilometr ola bilər...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

