İki pis arasında seçim...
07.05.2025 [10:02]
Ermənistan yol ayrıcında qalıb
İkinci Qrabağ müharibəsindəki ağır kapitulyasiyadan sonra Ermənistanda sonu görünməyən siyasi böhran yaşanır. Hakimiyyətin stabil siyasi kursu yoxdur. Ölkə daxilində müxtəlif xarici güc mərkəzlərinə bağlı olan qruplaşmalar meydana gəlib və onlar aldıqları sifarişlər əsasında Ermənistanı yeni avantüralara çəkmək istəyirlər. Belə görünür ki, bu ölkənin cəmiyyəti, iqtidarla müxalifəti ortaq məxrəcə gətirəcək lideri və ümummilli ideyası yoxdur. Bu günlərdə Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment məsələsi gündəmə gəlib. Ölkə yenidən yol ayrıcındadır...
“Biz yatmırıq”dan cəmiyyətə oyanış çağırışı
Nikol Paşinyanın istefasının tələb olunması və yaxud onunla bağlı parlamentdə impiçment prosesinə başlanılmasına çağırış edilməsi Ermənistan üçün yeni gündəm deyil. Belə çağırışlar həm müxalifət liderləri, həm də parlament fraksiyalarının təmsilçiləri tərəfindən dəfələrlə səsləndirilib. Bədnam “Keşiş inqilabı” yaddaşlarda N.Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını hədəfləyən ən kütləvi hərəkat kimi qalıb. İştirakçıların pulla cəlb edilməsinə rəğmən, bu hərəkat bütün ölkə üzrə genişlənmədi və tezliklə süquta uğradı.
Bu dəfə N.Paşinyanın impiçment məsələsi “Biz yatmırıq” vətəndaş hərəkatı tərəfindən gündəmə daşınıb. Bu, həmçinin “Biz yatmırıq”ın cəmiyyətə bir oyanış çağırışı kimi də dəyərləndirilir. Yerli KİV-in yaydıqları məlumatlara əsasən, “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib. “Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir”, - deyə Edqar Kazaryan sosial şəbəkədəki səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.
Öz növbəsində bəzi müxalifət partiyaları da “Biz yatmırıq”dan gələn impiçment çağırışına dəstək veriblər. Məsələn, “Şərəfim var” parlament fraksiyasının təmsilçiləri N.Paşinyanın impiçmenti prosesinə başlamağa hazır olduqlarını bildiriblər. Bu barədə fraksiyanın rəhbəri Ayk Mamidcanyan məlumat verib. O təsdiqləyib ki, hazırda ölkədə hakimiyyətin əvəzlənməsinin ən asan yolu parlamentdə Baş nazirə etimadsızlıq göstərilməsi olardı. A.Mamidcanyan “Şərəfim var” fraksiyanın Baş nazir postuna namizədinin olmadığını etiraf edib. O bildirib ki, fraksiyanın üzvləri heç bir ilkin şərt irəli sürmədən N.Paşinyanı əvəzləyəcək yeni namizədin müzakirələrinə başlamağa hazırdırlar. Parlamentari əlavə edib ki, digər müxalifət fraksiyası olan “Hayastan” bloku sabiq prezident R.Koçaryanın namizədliyini irəli sürəcəyi təqdirdə “Şərəfim var” buna da razılığını verəcək.
Cəmiyyət ümidsizdir, parlamentdə kvota olmayacaq
Bununla belə, Ermənistanın indiki reallıqları fonunda Baş nazirə etimadsızlıq göstərilməsi prosesinin baş tutacağına inam azdır. Bu, ilk növbədə Ermənistan cəmiyyətinə hakim kəsilən ümidsizliklə bağlıdır. İnsanlar indi yenidən meydanlara çıxan və özlərini az qala qəhrəman kimi təqdim edən köçəryanların əməllərini yaxşı xatırlayırlar. Ümumi qənaət belədir: R.Köçəryanın yenidən hakimiyyətə qayıtmasındansa, N.Paşinyanın vəzifədə qalması daha yaxşıdır. Doğrudur, hazırda baş nazirin reytinqi xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gəldiyi 2018-ci illə müqayisədə xeyli aşağıdır. Bununla belə, iki pisdən birini seçmək reallığı yaranacağı təqdirdə, cəmiyyətin N.Paşinyana üstünlük verəcəyi də heç kimdə şübhə doğurmur.
Cəmiyyətin əhval-ruhiyyəsi ilə yanaşı, parlamentin tərkibi də N.Paşinyanın lehinə işləyən amillər sırasındadır. Ermənistan qanunvericiliyinə görə, parlamentdə Baş nazirə etimadsızlıq prosesinə başlanılması üçün ilk növbədə onu əvəzləyəcək namizədlər müəyyənləşdirilməlidir. Bundan başqa, parlamentin 107 deputatından ən azı 54-ü impiçment prosesinə başlanılmasına “hə” deməlidir. Hazırda “Hayastan” və “Şərəfim var” fraksiyalarını parlamentdə cəmi 34 deputat təmsil edir. Hakim “Vətəndaş müqaviləsi” partiyası isə parlamentdə 69 mandata sahibdir. Daha dörd deputat müstəqil statusa malikdir. Bu statistika ondan xəbər verir ki, indiki məqamda N.Paşinyanın parlament etimadsızlığı yolu ilə hakimiyyətdən uzaqlaşdırılması real deyil.
Öz növbəsində hakim komandanın təmsilçiləri hakimiyyətlərini davam etdirəcəklərinə əmindirlər. “Ermənistanda parlament seçkiləri bu həftə keçirilərsə, hakim “Vətəndaş müqaviləsi” partiyası 50 faizdən çox səs toplayacaq”. Bu fikri ölkə parlamentinin sədri Alen Simonyan səsləndirib.“Sorğular da göstərir ki, hakim partiya birinci yerdədir və əhali tərəfindən daha çox dəstəklənir... Əminəm ki, əgər seçkilər bu cümə günü keçirilərsə, “Vətəndaş müqaviləsi” 50 faiz + səs toplayaraq qalib gələcək”, - deyə A.Simonyan vurğulayıb.
Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim partiyaya dəstək böyük ehtimalla daha çox olacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

