Fransa yeni problemlə üz-üzə
30.04.2025 [09:35]
Əmək bazarında ixtisarlar sosial partlayış yarada bilər
Emmanuel Makronun iki prezidentliyi dönəmində həyata keçirlən səriştəsiz və avantürist siyasət Fransanı tarixi ənənələrindən uzaqlaşdırmaqla sözün əsl mənasında uğursuzluq zolağına salıb, antidemokratik imic qazandırıb. Ötən il hazırkı iqtidar komandasını təmsil edən mərkəzçi adlandırılan blokun Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə acınacaqlı məğlubiyyətə uğraması ilə Yelisey Sarayı ciddi siyasi böhranla üz-üzə qalmışdı. Eyni zamanda, uzun müddət ərzində stabil hökumətin formalaşdırılması mümkün olmamışdı.
Hazırda ökədə böhran meyilləri davam edir. Bu gün Fransa əsarətdə saxladığı keçmiş müstəmləkə ölkələrindən biabırçı şəkildə qovulur. Avropa İttifaqı (Aİ) məkanında rəsmi Parisə inam hər ötən gün azalır. Makron ölkəsinin qlobal güc iddialarını ortaya qoymağa çalışsa da, buna nail ola bilmir. Son vaxtlarda rəsmi Parisin bir sıra regional və qlobal proseslərdən uzaqlaşdırlması ölkənin kədərli reallığı kimi qəbul olunur. Bütün bunlara istinad edən bir sıra siyasətçilər isə Makronu böyük güclərin “nökəri” kimi səciyyələndirməkdən çəkinmirlər və onun siyasətdən getməsinə çağırışlar edirlər. Makronun başının digər bir bəlası isə ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşması və dözülməz hala gəlməsidir.
Vəsaitlərə qənaət naminə iş yerlərinin kütləvi ixtisarı
İki-üç milyard avroya qənaət etmək üçün yüz minlərlə iş yeri ləğv olunmalıdır - Fransanın dövlət hesablama naziri Ameli dö Monşalən bu haqda açıqlama verib və ölkədəki dövlət sektorunda fəaliyyət göstərən qurumların üçdəbirinin birləşdiriləcəyini və ya ləğv ediləcəyini bildirib. Fransalı nazir dövlət sektorunda ixtisar olunacaq və ya ləğv ediləcək işlər, qurumlar haqqında mayın ortasında məlumat verəcək. Nazirin açıqlamasından sonra Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) dövlət qulluğu üzrə həmkarlar ittifaqı dövlət qulluğu sahəsində 180 min insanın gələcəyi üçün narahat olduğunu vurğulayıb. Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqının prezidenti də bu açıqlamadan sonra narahat olduğunu söyləyib və bu qərarın məsləhətləşmədən qəbul edilməsinə təəssüflənib.
Göründüyü kimi, Fransa yeni sosial partlayış ərəfəsindədir. Fransa İctimai Rəyi Araşdırma İnstitutunun keçirdiyi sorğuya əsasən, əhalinin dörddə biri gündəlik xərclərini qarşılamaqda davamlı çətinlik çəkir. Agentliyin yazdığına görə, insanlar tez-tez gigiyenik vasitələrlə qida məhsulları arasında seçim etməyə məcbur qalırlar. Qeyd olunur ki, vətəndaşların demək olar ki, yarısı (47 faiz) şəxsi gigiyena vasitələrinə qənaət edir. Onların 22 faizi isə tualet kağızından istifadəni azaldıb. Bundan əlavə, fransız qadınların 33 faizi kosmetikadan daha az istifadə etməyə başlayıb. Əlavə olaraq, uşaq bezləri kimi əsas ehtiyac mallarına qənaət edənlər əsasən azgəlirli gənc ailələrdir. Şübhəsiz ki, əmək bazarında gözlənilən kütləvi ixtisarlar ölkədə əhalinin sosial vəziyyətinin daha da ağırlaşması ilə sonuclanacaq.
Sosial modelin başı üstündən asılan “Damokl qılıncı”
Fransada sosial vəziyyətin ağırlaşması və iş yerlərinin kütləvi ixtisarlarının planlaşdırılması ilk növbədə getdikcə dərinləşən iqtisadi böhranla şərtlənir. Ölkənin dövlət borcunun davamlı olaraq artması əsas təhdidlərdən biridir. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, ölkənin xarici borcu 3,3 trilyon avronu keçərək ÜDM-in 113,7 faizinə çatıb. Ötən ilin ikinci yarısında Fransanın xarici borcu daha 72 milyard avro artıb. Proqnozlara görə, 2027-ci ilə qədər bu göstərici 3,6 trilyon avroya çata bilər.
Hesablama Palatasının rəsmisi isə qeyd edib ki, Fransa dövləti hər il 60 milyard avro borc ödəyir: “2027-ci ildə isə bu rəqəmin 80 milyard avroya qədər yüksəlməsi ehtimalı tam realdır. Bu, dövlətin təhsil, ədliyyə, təhlükəsizlik sahələrini, həmçinin “yaşıl iqtisadiyyat”a keçid kimi digər istiqamətləri maliyyələşdirmək imkanlarını azaldacaq. Əslində, yeni hökumətin əsas vəzifəsi dövlət borcunu azaltmaq olmalıdır. Bu, təkcə sağçıların, yaxud solçuların deyil, hər kəsin üzərinə düşən ümumi vəzifədir”, - deyə Hesablama Palatasından verilən məlumatda bildirilib.
Baş nazir Fransua Bayru da xarici borc öhdəliyinin artmasından narahatlığını ifadə edib. Onun sözlrinə görə, Fransanın bütün tarixi ərzində heç vaxt belə böyük xarici dövlət borcu olmayıb. Fikirlərinə davam edən Baş nazir vurğulayıb: “Ölkəmizin həddən artıq borcu var və bundan hər bir Fransa vətəndaşının xəbəri olmalıdır. İndi bizim vəzifəmiz bu borcu azaltmaqdır. Xarici borc E.Makronun dövründə daha 12 faiz artıb”. Baş nazir bunu parlamentin aşağı palatasında çıxışı zamanı bildirib. O, ölkənin xarici borcunu sosial modelin başı üstündən asılan “Damokl qılıncı” adlandırıb.
Kütləvi etirazlara çağırış
“ArcelorMittal” rəhbərliyi tərəfindən açıqlanan sosial plana cavab olaraq, Fransanın Ümumi Əmək Konfederasiyası Dünkerkdə genişmiqyaslı nümayiş keçirilməsi üçün çağırış edib. Məlumat üçün bildirək ki, “ArcelorMittal” polad istehsalçısının ixtisar planına görə Fransanın şimal və şərqində 600 iş yeri ləğv edilir.
CGT-nin baş katibi Kristel Venyi bildirib ki, “ArcelorMittal” Dünkerkin iqtisadi nəfəsidir. O, obyektlərin acınacaqlı vəziyyətdə olduğunu bildirərək, etirazçıları sahil qəsəbəsinə toplaşmağa çağırıb. CGT-nin nümayəndəsi qeyd edib ki, onlar zavodun yenidən dövlətin nəzarəti altına alınmasını və milliləşdirilməsini tələb edirlər. Həmkarlar İttifaqı işçiləri mayın 1-də ən yüksək səviyyəyə qədər təzyiq göstərmək üçün genişmiqyaslı etiraz nümayişinə çağırıb.
Həmçinin həmkarlar ittifaqlarının digər nümayəndələri zavodun acınacaqlı vəziyyətdə olduğunu, investisiya çatışmazlığı və illərlə texniki xidmət göstərilmədiyini vurğulayıblar. Onlar son bir ildə zavodun mindən çox işçisinin ixtisara düşdüyünü qeyd ediblər.
Həmkarlar İttifaqı zavodun bağlanmasının Fransanın şimalındakı bütün sənayeni çökdürəcəyini və fəlakətli sosial-iqtisadi və siyasi nəticələr yaradacağını vurğulayıb.
Xatırladaq ki, aprelin 23-də “ArcelorMittal” tərəfindən təqdim edilən plan bu zavodun Hindistana köçürülməsini, eləcə də istehsala təsir edən 600-ə yaxın iş yerinin ləğvini nəzərdə tutur.
“1 May tarixi gün olacaq”, - deyə “ArcelorMittal”ın həmkarlar ittifaqının baş katibi Qaetan Lekok bütün mütərəqqi qüvvələri hərəkata qoşulmağa çağırıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09

