15 dəqiqəlik görüş...
29.04.2025 [10:25]
Tramp - Zelenski nələri müzakirə ediblər?
Tramp-Zelenski görüşü bu dəfə məhsuldar keçib. Belə ki, aprelin 26-da Vatikanda Papa Fransiskinin dəfn mərasimindən sonra Tramp və Zelenski arasında 15 dəqiqəlik görüş baş tutub. “RBC-Ukrayna” agentliyinin məlumatına görə, Tramp və Zelenski Müqəddəs Pyotr kilsəsində qısa görüş zamanı əsas məqamları müzakirə ediblər. Agentlik, həmçinin bildirib ki, hər iki ölkənin prezidenti danışıqları davam etdirməyə razılaşıblar. Görüş barədə jurnalistlərə məlumat verən Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov da bunu təsdiqləyib; “Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkib. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər”, - deyə S.Nikiforov vurğulayıb. Zelenskinin özü də Trampla görüşünün müsbət keçdiyini bildirib: “Yaxşı görüş baş tutdu. Biz təkbətək çoxlu müzakirələr apara bildik. Qaldırılan bütün məsələlər üzrə nəticələrə ümid edirik. Xalqımızın həyatını qorumaq əsas məqsəddir. Tam və qeyd-şərtsiz atəşkəsi təklif etdik”. Eyni zamanda Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun da görüşün çox məhsuldar keçdiyini təsdiqləyib.
Tramp Zelenskidən nə tələb edib?
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp ilə Zelenski arasında 15 dəqiqəlik görüş münaqişənin nizamlanmasına birbaşa təsir etmək üçün çox az zamandır. Amma....”Belə bir görüşlərin müsbət amillərindən biri budur ki, bu, danışıqlar masasına oturan tərəflərin bir-birinə öz mövqeyini çatdırmaq üçün şərait yaradır. Növbəti Tramp-Zelenski görüşü də bu kontekstdə idi. Qısa bir görüşdə Tramp və Zelenski bir-birinə öz mövqelərini çatdırıblar. Yekun olaraq, hər iki dövlət rəhbəri danışıqların davam etdirilməsinə razılaşıblar. Sözsüz ki, bu görüşdə Tramp Zelenskini Rusiya ilə danışıqlara getməyə və Vaşinqtonun şərtlərinə razı salmağa çalışıb. Bildiyimiz kimi, Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasında qısa bir zamanda müharibənin dayanması və atəşkəsin elan olunması üçün konkret həll planı var. Bu plana görə, rəsmi Kiyev öz ərazisinin bir hissəsini Rusiyaya güzəştə getməlidir. Təbii ki, bu, de-jure deyil, de-fakto səviyyəsində tələb olunur. Tramp Zelenskiyə Ukraynanın düşdüyü mövcud vəziyyəti başa salıb - o, Zelenskiyə izah edib ki, müharibənin uzunması Ukraynanın imkanlarını tükəndirəcək”.
Zelenski Trampdan nə istəyib?
Politoloq vurğulayıb ki, Ukrayna müharibənin dayanması müqabilində ABŞ-dan təhlükəsizlik zəmanətləri istəyir. “Zelenski də öz növbəsində Trampa öz mövqeyini çatdırıb. Ukrayna hakimiyyəti çox yaxşı anlayır ki, ABŞ-ın dəstəyi olmadan Rusiya ilə müharibəni davam etdirmək çətin olacaq. Ukrayna az ziyanla bu ağır prosesdən qurtulmaq istəyir. Düzdür, ərazilərinin Rusiyaya güzəştə gedilməsi Kiyev üçün qırmızı xətdir. Lakin vəziyyət Ukraynanın lehinə deyil. Zelenskinin Trampdan istəyi bu ola bilər ki, ilk növbədə münaqişə tərəfləri arasında atəşkəs elan olunsun və münaqişə dondurulsun, ondan sonra isə uzunmüddətli danışıqlar prosesi başlasın. Bir də Ukraynaya təhlükəsizlik zəmanətləri verilsin”.
Tramp Makronu Zelenski ilə görüşdən niyə kənarlaşdırdı?
“Hesab edirəm ki, bu, iki səbəbdən irəli gəlir. Birincisi, Tramp Makrona bununla demək istəyib ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesində əsas vasitəçilik missiyası yalnız ABŞ-a məxsusdur və bu prosesdə digər oyunçuların iştirak etməsini istəmir, ikincisi isə Makron, eləcə də digər Avropa liderləri Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsində maraqlıdır. Çünki onlar Avropa İttifaqının da danışıqlar prosesinə cəlb olunmasını istəyirlər. Bu isə ABŞ prezidentinin maraqlarına sərf etmir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07

