Həlledici həftə...
22.04.2025 [08:35]
Hədəf SƏRVƏT qazanmaqdır!
Bu həftə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində mühüm proseslərin baş verməsinin şahidi ola bilərik. Belə ki, ABŞ Prezidenti Donald Tramp öz “Truth” sosial şəbəkəsində bildirib ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşma bu həftə əldə olunacaq. “Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılıq əldə edəcəklər”, - deyə Amerika lideri qeyd edib. Trampın şərhində xüsusi bir məqam da diqqət çəkir - o, vurğulayıb ki, razılaşma əldə olunacağı təqdirdə hər iki tərəf ABŞ-la aktiv iş görməyə başlayacaq və bu da onlara “sərvət qazanmağa” imkan verəcək. Bu arada Prezident Volodimir Zelenski Pasxa bayramı günü elan olunan atəşkəs rejiminin 30 gün müddətinə uzadılmasını təklif edib - o, öz teleqram səhifəsində qeyd edib ki, bayram günü atəşkəs formatı əldə edilib və bu formatın uzadılması zəruridir. “Ukrayna ən azı 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura uzaqmənzilli pilotsuz təyyarələr və raketlərin hər hansı zərbələrindən çəkinməyi təklif edir”, - deyə Zelenski belə bir təklif irəli sürüb. Dövlət rəhbəri əlavə edib ki, əgər Rusiya belə bir addımla razılaşmasa, bu, onun yalnız insanların həyatını məhv edən və müharibəni davam etdirmək istədiyinin sübutu olacaq.
Trampın bəyanatı özünü doğruldacaq?
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Rusiya və Ukrayna atəşkəs məsələsində ortaq məxrəcə gəlməyə yaxındırlar. “Baxmayaraq ki, hər iki tərəf siyasi ritorikalarında cəbhədəki nailiyyətlərini göstərməyə çalışırlar, yaxın zamanda onlar arasında razılaşmanın əldə edilməsi mümkün görünür. Ən əsas məqam budur ki, ABŞ moderator rolunu oynamaqla yanaşı, həm Rusiyaya, həm də Ukraynaya təzyiqlər edir. Artıq təzyiqlər öz nəticəsini göstərməkdədir. Əgər Trampın özü belə bir fikir yürüdürsə, deməli, önümüzdəki günlərdə hər hansı önəmli prosesin baş verəcəyi ehtimal olunur. Bu yaxınlarda Parisdə baş tutan ABŞ-Aİ-Ukrayna görüşündə atəşkəslə bağlı ətraflı müzakirələr aparılıb. Böyük ehtimalla, London görüşündə də bu məsələ ətrafında müzakirələr aparılacaq. Hazırkı nöqtəyi-nəzərdən yanaşanda belə hesab etmək olar ki, münaqişə tərəfləri atəşkəs sazişi imzalaya bilərlər”.
Çabalar iqtisadi maraqlara söykənib....
Qeyd edək ki, aprelin 24-də Tramp administrasiyası ilə Zelenski hökuməti arasında Ukraynadakı mineral ehtiyatların istismarına dair sazişin imzalanması gözlənilir. Qərb KİV-lərinin məlumatına görə, bu sazişə əsasən, ABŞ Ukraynadakı mineral ehtiyatların 50 faizinə sahib ola bilər. Bundan başqa, ABŞ-ın nəzarəti altında olan xüsusi İnvestisiya Fondu yaradılacaq və ehtiyatların istismarından əldə olunacaq gəlirlər bu fonda yönləndiriləcək. Bu baxımdan bir çox ekspertlərin fikirlərinə görə, Trampın Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması üçün atdığı bütün addımlar və göstərdiyi çabalar iqtisadi maraqlara söykənib, yəni ABŞ rəhbərinin başlıca hədəfi Ukraynada, hətta Rusiyada müxtəlif təbii sərvətlərin istismarına sərmaya yatırmaqdır. Eyni zamanda, belə bir versiya da var ki, Trampın Ukraynanın mineral ehtiyatlarının istismarında Kreml ilə birgə əməkdaşlıq etməsi də mümkündür. Məsələ ilə bağlı politoloq Tural İsmayilov qəzetimizə şərhində bildirib ki, Trampın Ukrayna siyasətində iqtisadi maraqlar prioritet təşkil edir. “ABŞ ilə Ukrayna arasında imzalanması gözlənilən saziş məhz buna söykənib. Xüsusilə qeyd etmək lazımdır ki, Trampın son açıqlamasında əsas mesaj ABŞ-Rusiya razılaşmasına yönəlib, ABŞ-Ukrayna razılaşması o qədər də əhəmiyyət kəsb etmir. Son proseslər onu deməyə əsas verir ki, yaxın gələcəkdə ABŞ və Rusiya Ukraynanın təbii ehtiyatlarını birgə istismar edəcəklər. Proseslər elə buna doğru gedir. ABŞ Ukraynada geoiqtisadi mövqeyini möhkəmləndirəcək. ABŞ ilə Rusiya arasında pərdəarxası razılaşmaların olacağı istisna deyil”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

