Kanada Avropanı niyə silahlandırır?
16.04.2025 [09:08]
Kanada Avropanın silahlanmasında iştirak etmək niyyətindədir. Qərb KİV-lərinin məlumatına görə, Kanadanın Baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Kanada Avropa İttifaqı və ittifaqın üzv ölkələri ilə hərbi-təhlükəsizlik sahəsində iki və çoxtərəfli əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır. M.Karni qeyd edib ki, Kanada qlobal tərəfdaşları ilə təhlükəsizliyi daha da gücləndirir, o cümlədən transatlantik məkanının sabitliyini və təhlükəsizliyini tam şəkildə təmin etmək üçün Avropanın silahlanması ilə bağlı planlar irəli sürüb. Hökumət başçısı əlavə edib ki, bu planın bir hissəsinə Ukraynaya hərbi yardımın davam etdirilməsi də daxildir. Baş nazir Kanadanın Rusiyanın küncə sıxışdırılması üçün səylərini sona qədər davam etdirəcəyini də jurnalistlərin diqqətinə çatdırıb.
Ottava nə etməyə çalışır?
Qeyd edək ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra transatlantik məkanda ciddi durğunluq yaşanır. Belə ki, Tramp administrasiyasının Avropanın təhlükəsizliyinə biganə münasibət sərgiləməsi, öz müttəfiqlərinin məhsullarına yüksək faizli gömrük rüsumları tətbiq etməsi, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışması və Qrenlandiyanı ABŞ-a ilhaq etməyi planlaşdırması Kanada, Avropa İttifaqı və Avropanın aparıcı ölkələri tərəfindən nəinki birmənalı qarşılanmır, hətta onları qəzəbləndirib. Tramp öz çıxışlarında dəfələrlə bəyan edib ki, onun hakimiyyəti dövründə ABŞ Avropanın müdafiəsinə və hərbi-təhlükəsizliyinin təminatına əvvəlki münasibəti sərgiləməyəcək - o, bu səbəbdən Avropa ölkələrini təhlükəsizliyini təmin etmək üçün müdafiə xərclərini artırmağa çağırıb. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də Münhen Təhlükəsizlik konfransındakı çıxışında ABŞ-ın yeni xarici siyasət strategiyasını bir daha Avropa ölkələrinin liderlərinin nəzərinə çatdırmışdı.
Sözsüz ki, Trampın mövqeyi Avropanı təşvişə salıb. Və bu, Kanadaya müəyyən mənada stimul verə bilər. Bəzi ekspertlər Kanadanın Avropa ölkələrini silahlandırmaq siyasətinin müəyyən məqsədlərə söykəndiyini hesab edirlər. Ekspertlər belə qənaətə gəliblər ki, Kanada Avropanın hərbi-müdafiə və hərbi-təhlükəsizliyinin təminatında ABŞ-ı əvəzləmək niyyətindədir. Onların iddialarına görə, Kanada Avropada öz hərbi mövqeyini möhkəmləndirmək üçün münasib imkanlar axtarır, yəni ABŞ-a alternativ olmaq istəyir. Xatırladaq ki, Mark Karni ölkənin baş naziri seçildikdən sonra çıxışlarının birində qeyd edib ki, əgər ABŞ Şimali Atlantika məkanında lider olmaq istəmirsə, Kanada bu rolu öz üzərinə götürməyə hazırdır. Eyni zamanda, iddia olunur ki, Avropa ölkələri özlərini gələcək təhlükələrdən qorumaq üçün Kanadaya üz tuta bilərlər. O ki qaldı ABŞ-ın Kanadanın bu hədəfinə nail olmasına imkan verib-verməyəcəyinə, ekspertlər bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Bəzi ekspertlər ABŞ-ın buna imkan verəcəyini, bəziləri isə qeyri-mümkün olduğunu qeyd edirlər.
Trampın siyasəti Kanada və Aİ-ni bir-birinə yaxınlaşdırır
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Kanadanı Avropanı silahlandırmağa təşviq edən əsas Avropa ölkəsi məhz Fransadır: “Trampın Kanada ilə bağlı söylədiyi fikirlər ABŞ-Kanada münasibətlərində böyük ziddiyyətlərə yol açıb. Bu, Kanada daxilində ciddi siyasi böhrana səbəb olub. Tramp Avropalı müttəfiqlərinə də xoş münasibət sərgiləmir. O, Avropa ölkələrinin liderlərini açıq şəkildə tənqid edir. Bildiyimiz kimi, istər Soyuq müharibə dövründə, istərsə də son otuz ildə ABŞ, Kanada və Qərbi Avropa ölkələri bir blokun üzvləri olaraq eyni mövqedən çıxış ediblər. Lakin Tramp hakimiyyətə gələndən sonra bu blok daxilində fikir ayrılıqları müşahidə olunur. Trampın gömrük siyasəti vahid blokda ciddi problemlərin yaranmasına yol açıb. Bu xüsusda, Avropa ölkələri öz təhlükəsizliyini təmin etmək haqqında düşünməyə başlayıblar. Kanada da Avropaya bu işdə yardımçı olmaq istəyir. Xüsusilə, bu məsələdə Fransanın Kanadaya təsir imkanları kifayət qədərdir. Kanadanın Avropanın silahlanma prosesinə cəlb olunmasının arxasında Yelisey sarayı dayana bilər”.
İ.Hüseynov Kanadanın transatlantik məkanda ABŞ-a alternativ olması ilə bağlı səsləndirilən fikirlərlə razı olmayıb. Onun sözlərinə görə, Kanadanın Avropanı qorumaq üçün resursları yetərsizdir: “ABŞ Kanadaya Avropada alternativ güc mərkəzinə çevrilməsinə heç bir zaman imkan verməz. ABŞ öz hərbi-müdafiə, hərbi-təhlükəsizlik, iqtisadi-siyasi və texnoloji imkanları cəhətdən fövqəl bir dövlətdir. Vaşinqton öz qlobal liderliyini heç bir dövlətlə bölüşməz”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50

