Yelisey Sarayı yeni siyasi böhranla üz-üzə
08.04.2025 [08:57]
Makronun həyata keçirdiyi səriştəsiz siyasət Fransanı siyasi böhran burulğanına salıb və Yelisey Sarayı çoxsaylı cəhdlər göstərməklə yaranmış vəziyyətdən üstün durumda çıxmağa çalışsa da, buna müyəssər ola bilmir. Ötən ilin yayından başlayaraq Makronun mərkəzçi kimi təqdim olunan bloku Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə fiasko ilə üzləşdi. Bundan sonra hakim komanda uzun müddət hökumət böhranı bataqlığında ilişib qaldı. Hazırda isə ölkə yeni siyasi böhran və hətta vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir.
Yeni siyasi böhrana rəvac verən sifarişli məhkəmə qərarı
Bu günlərdə Paris məhkəməsinin sağçı “Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə və partiyanın daha səkkiz təmsilçisinə qarşı sifarişli qərar çıxartmasından sonra başlayan proseslər ölkədə yeni siyasi böhranın qaçılmaz olacağından xəbər verir. Məhkəmə Marin Le Pen və “Milli Birlik” Partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib. Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. O, həmçinin 100 min avro məbləğində cərimələnib. Bundan başqa, məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir. Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.
Analitiklər Paris məhkəməsinin “Milli Birlik” Partiyasının təmsilçiləri ilə bağlı məlum qərarı çıxarmasını Makronun növbəti prezident seçkilərinə hazırlıq planının tərkib hissəsi kimi dəyərləndirirlər və burada həqiqət payı böyükdür. Qanunvericiliyə görə, 2027-ci ildə keçiriləcək seçkilərə hələ iki il vaxt qalsa da, belə görünür ki, Makron indidən hakimiyyətinin ömrünü uzatmaq qayğısına qalmağa qərar verib. Buna səbəb kimi isə son vaxtlarda ölkənin siyasi səhnəsində dəyişən mənzərə göstərilir. Xüsusilə də ötən il keçirilən iki seçki Makron üçün əsl dərs oldu. Belə ki, onun rəhbərlik etdiyi mərkəzçi blok həm Avropa Parlamentinə (AP), həm də Milli Assambleyaya iki turda baş tutan seçkilərdə acınacaqlı məğlubiyyətə uğradı. Bu, onu deməyə əsas verir ki, 2027-ci il seçkilərində Makronun üçüncü dəfə dövlət başçısı seçilmək şansı sıfıra bərabərdir. Hətta onun postunu daha tez tərk edəcəyi də ehtimal olunur. Bu kimi reallıqlar fonunda Makron güclü, daha populyar rəqiblərini sıradan çıxarmaq və seçkilərə daha zəif namizədlərlə bir arada qatılmaq istəyir. Bu halda təbii ki, onun növbəti dəfə prezident seçilmək şansı daha çox olacaq.
Lakin Yelisey Sarayının hazırkı sahibinin rəqiblərinə məhkəmə qərarları ilə təzyiq göstərmək planı həm də onun özünə qarşı çevrilib. Cəmiyyət “Milli Birlik” Partiyasının təmsilçiləri ilə bağlı verilən absurd məhkəmə qərarını qəbul etmir və bunu “Fransa demokratiyasının edamı” kimi dəyərləndirir. Rəsmi Parisə, həmçinin beynəlxalq birlik tərəfindən də ciddi təzyiqlər göstərilir və prezidentliyə ən real namizədlərdən biri sayılan Marin Le Penə qaşı absurd məhkəmə qərarına yenidən baxılması istənilir. Belə çıxır ki, Makron öz-özünü çıxılmaz labirintə salıb.
Üç siyasi partiyanın bir-birinə etirazı
Bəhs olunan məhkəmə qərarı fonunda bu günlərdə inqilablar şəhəri kimi tanınan Parisdə bir neçə siyasi partiya fərqli məkanlarda nümayişlər keçirib. Belə ki, ölkədəki siyasi partiyalar, xüsusilə də ifrat sağçı “Milli Birlik”, solçular, eləcə də makronçular - Qabriel Attalın rəhbərliyi ilə “Renaissance” partiyası eyni vaxtda nümayişə toplaşıb.
Təbii ki, fərqli olan yalnız məkanlar deyil. Nümayişlərdə səsləndirilən şüarlar da bir-biri ilə kəskin ziddiyyət təşkil edib. “Fransa demokratiyası məhv edilir. Edam edilən Fransa demokratiyasıdır. Artıq hakimlərin idarəçiliyi deyil, bu, hakimlərin diktaturasıdır, onlar Fransa xalqının özünü ifadə etməsinə mane olmaq istəyirlər”, - deyə Marin Le Pen tərəfdarları birinci instansiya məhkəməsinin qərarına etirazlarını bildiriblər. Lepençilər iddia edirlər ki, prokurora bu əmr siyasi sifariş əsasında ədliyyə naziri tərəfindən verilib.
Mitinq iştirakçıları arasında hər yaşda olan insanlar, istər gənclər, istərsə də yaşlı fransızlar olub. Marin Le Penin özü də mitinqə gəlib. O, çıxışında məhkəmənin qərarının vətəni, xalqı, şərəfi tapdaladığını bildirib. “Hamının bilməsini istəyirəm: təslim olmayacağam. Bizə qarşı keçirilən məhkəmə prosesinin siyasi fonunu vurğulamaqdan çəkinmirəm. Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır, siyasətçilər üçün ovdur”, - deyə siyasətçi vurğulayıb.
Solçular isə keçirdikləri nümayişdə məhkəmə qərarına dəstəklərini ifadə ediblər. “Qanunun aliliyinə görə narahat olmayın”, “İfrat sağçılara öz qanunlarını yaratmağa imkan verməyək”, - deyə Parisdə Respublika meydanında toplaşmış solçular bildiriblər. Nümayiş çərçivəsində solçular mayın 1-ə ümumi nümayişə çağırış ediblər.
Makronçular isə Sen Denidə toplaşıblar. Bu, keçmiş baş nazir Qabriel Attalın partiyanın rəhbəri seşildikdən sonra keçirilən ilk nümayişdir. Keçmiş baş nazir Eduard Filip, indiki Baş nazir Fransua Bayru və ədliyyə naziri Jerald Darmaninin müşayiəti ilə Qabriel Attal bəyan edib: “Biz heç vaxt məhkəmə qərarını ləğv etməyəcəyik, heç vaxt “qırmızı” hakimlərin olduğunu söyləməyəcəyik”.
Göründüyü kimi, fərqli nümayişlərdə solçularla mərkəzçilərin səsləndirdikləri şüarlar məzmunca oxşardır. Bu da o qənətə gəlməyə əsas verir ki, Makronun komandası “Milli birlik” Partiyasına qarşı revanşı yenə də solçularla birlikdə edir. Xatırladaq ki, hakim komanda ötən il parlament seçkilərində də eyni texnologiyadan yararlanmışdı.
Növbəti prezident seçkilərində ifrat sağçıların şansı daha çoxdur
“Elabe” sosial sorğu institutu “BFM TV” və “La Tribune Dimanche”ın sifarişi ilə 2027-ci il prezident seçkilərinə iki il qalmış fransızların səsvermə niyyətləri ilə bağlı sorğunun nəticələrini təqdim edib.
Sorğunun nəticələrinə görə, ifrat sağçı “Milli Birlik” Partiyası onu kimin təmsil etməsindən asılı olmayaraq, böyük fərqlə birinci turun zirvəsinə yüksəlmək üçün kifayət qədər şansa malikdir.
Marin Le Pen və Jordan Bardella “Milli Birlik” Partiyasına seçicilərin 30 faizdən çoxunun səsini qazanmağa imkan yaradırlar. “Elabe”ın keçirdiyi rəy sorğusuna görə, prezident seçkilərinin ilk turu bu bazar günü keçirilsəydi, partiyanın bu iki fiquru çox yaxın səsvermə balı - Le Pen 32-36 faiz və Bardella üçün 31-35,5 faiz əldə edə bilərdilər. Hər iki halda, RN nəzərdə tutulan bütün altı ssenaridə sol və sağçı rəqiblərini beş xaldan çox qabaqlayaraq lider olacaqdı.
“Elabe” hesab edir ki, makronçular partiyası iki hipotetik namizədlə (Eduard Filip, Qabriel Attal) səs toplama niyyətində ikinci yerdədir. Keçmiş baş nazir Qabriel Attal səsvermə niyyətinin 18 faizini, Eduard Filip isə 24 faizini əldə edib. Onların tipik seçiciləri- rəhbər işçilər, təqaüdçülər, İl de Frans kommunasının sakinləri və yaxşı maliyyə vəziyyəti olanlardır.
İndiki daxili işlər naziri Brüno Rötayonun səs toplama ehtimalı 8-10 faizdir. Loran Vokye isə 4,5 faizlə kifayətlənməli olub.
Sorğuya görə solçulardan Rafael Qluksman Jan-Luk Melanşonu qabaqlayaraq 10 faiz səs qazanacağına ümid edə bilər. İctimai rəyə görə solçu seçicilərin səsi çox dağınıqdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

