“Düşünсə dəhlizi”
07.04.2025 [15:39]
“Uzun mətnləri heç kəs oxumur”, “qısa statuslar sosial şəbəkə istifadəçiləri üçün daha cəlbedicidir”, “akademik yanaşma cəmiyyət tərəfindən “həzm” olunmur”, “bu gün baş verən hadisələr sabah artıq mətbuat və cəmiyyət üçün öz aktuallığını itirmiş olur”, “qalmaqallı başlıqla yazılmayan mətnlər diqqətdən kənarda qalır” və digər bu kimi fikirlər artıq cəmiyyətin ictimai təfəkküründə təkzibolunmaz aksiom kimi həkk olunub. Media kapitanları da əksər hallarda bu cür fikirləri öz fəaliyyətlərində rəhbər tuturlar. Bu günlərdə sosial şəbəkələr sayəsində daha betər tendensiya müşahidə olunmaqdadır. Belə ki, hətta qısa şərhlər belə müxtəlif smayliklərlə əvəz olunur. Müşahidə etdiyimiz bu “inkişaf” isə cəmiyyəti sürətlə elə bir “yerə” doğru sürükləyir ki, insanların “düşüncə dəhlizi” getdikcə daralır, onların təbii yaradıcılıq bacarıqları isə hazır şablonlarla əvəz olunur. Biz isə sanki heç də bütün bunlar baş verməmiş kimi eyni münasibət göstərməyə davam edirik.
Bu fikirlər politoloq Asif Adilin “Düşünсə dəhlizi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Qeyd olunan obyektiv amillər qloballaşan və virtuallaşan müasir dünyamızın əsas xüsusiyyətlərindəndir. Xoşumuza gəlsə də, gəlməsə də bu reallıq mövcuddur və görünən odur ki, bu cür tendensiyalar artıq geridönməz səviyyəyə gəlib çıxıb. Prinsipial olaraq onu da vurğulayaq ki, oxşar tendensiyalar istisnasız olaraq bütün ölkələrdə mövcuddur. Yeganə fərq onların cərəyan etmə zamanındadır. Odur ki, qaçılmaz hesab olunan bu cür tendensiyaların neqativ təsirlərinin qarşısının alınması prosesində fəal iştirak hər bir məsuliyyətli vətəndaşın vəzifəsi olmalıdır.
Dünya ölkələrinin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, radikal təfəkkür sahibi olan siyasətçilər mövcud tendensiyalardan öz məkrli maraqları naminə qərəzli istifadə edirlər. Bunun da əsas səbəbi odur ki, qeyd etdiyimiz tendensiyalar sayəsində informasiya məkanında emosional məlumatlar getdikcə analitika və peşəkar yazıları əvəzləyir. Heç də təsadüfi deyil ki, siyasi bloqerlərin fəaliyyəti sayəsində “peşəkarlıq” və “peşə etikası” kimi amillər nəinki öz aktuallığını itirib, bu məfhumlar artıq arxaizmə çevrilməkdədir. Ona görə də siyasi şüurun deqradasiyası və yanlış sosial stereotiplərin formalaşdırılması kimi proseslər də müasir dövrün ən yayılmış sosial-siyasi təzahürlərindəndir.
İnformasiya texnologiyaları vasitəsilə yayılan emosional məlumat və stereotiplər sayəsində müasir cəmiyyət yeridilən sosial-mədəni stresslər səbəbindən “yorulur” və tədricən tənbəlləşərək düşünməyi yadırğayır. Yaşanan emosiyalar sanki düşünməyi qadağan edir, bəzi proseslər isə inersiya ilə inkişaf etməyə başlayır. Bunun nəticəsində də cəmiyyət tədricən tendensiyalara təslim olur. Ən azından ona görə ki, emosiya adekvatlığı yoxa çıxarır.
Təsadüfi deyil ki, siyasətdə qalmaqala hədəflənmiş fəaliyyət məhz populist və radikal siyasətçilərə məxsusdur. Onların fəaliyyəti sosial şəbəkələrin fəaliyyətinin alqoritmi ilə eynilik təşkil edir. Sosial şəbəkələrin iş alqoritmi isə elə təşkil olunub ki, insanların təfəkkürü zombiləşir və hazır stereotiplərlə doldurulur. Dolayısilə sosial şəbəkələr öz aqressiv mahiyyəti ilə tədricən insanları azad və sərbəst düşünmə qabiliyyətindən məhrum edir.
Bu mənada son dövrlərdə müxtəlif yutub kanallarının xüsusilə fəallaşması heç də təsadüfi sayıla bilməz. Sözügedən tendensiya o qədər qabarıq şəkildə müşahidə olunur ki, bunu gizlətmək belə mümkünsüzdür. Müxtəlif internet resursları sadəcə informasiyanı yaymır, onlar artıq siyasi yanaşma və baxışları yayırlar. Sıravi internet istifadəçisi isə çaşqınlıq içərisində qalır, çünki müxtəlif informasiya kanalları vasitəsilə radikal təfəkkür yanlış sosial oriyentirləri yaradır və saxta qəhrəmanlar formalaşdırır. Bunun nəticəsində isə ictimai təfəkkür eroziyaya uğrayır, fərd aqressivləşir və dünyaya “düşmən” gözü ilə baxır. Bütün bunlar ictimai-siyasi münasibətlərdə gərginliyin yaradılmasına yönəlib.
Sosial şəbəkələrin manipulyasiya alətlərindən biri cəmiyyətdə qeybətə olan meyilliliyin artırılmasıdır. Radikal təfəkkür sahibləri sosial şəbəkələrin məhz sözügedən “imkanlarına” daha çox müraciət edirlər. “Qeybət” bilavasitə emosional manipulyasiyaların təzahürü və hətta alətidir. Öz təsdiqini tapmayan, yoxlanılmamış və ya uydurulmuş bir fakt siyasi dövriyyəyə buraxılır, daha sonra həmin fakt ətrafında ölkənin informasiya məkanında qərəz dolu subyektiv mülahizələr tirajlanır. Beləliklə, hazırlıqsız orta-statistik vətəndaşın konkret məsələlərlə bağlı təsəvvürləri məhz tirajlanan “qeybət” əsasında formalaşdırılır. Bununla da adi məişət təzahürü hesab olunan “qeybət” siyasi hadisələrin gedişatına təsir etmək üçün gücə çevrilir. Sosial şəbəkələrin təsiretmə alqoritmi də məhz həmin “qeybət” prinsipinə söykənir.
Xatırladaq ki, radikal düşüncə alqoritminin əsas kateqoriyaları “qərəz” və “inkardır”. Bu mənada “qeybət” mühiti qərəz və inkarın inkişafı üçün ideal şərait yarada bilir. Qeyd olunan “parazit” amillər üstünlük təşkil edən yerdə əlbəttə ki, analitika boğular və onun üçün ümumiyyətlə yer tapılmaz. Rasionallığı tələb edən analitika olmayan yerdə adekvatlığın itirilməsi isə sadəcə, zaman məsələsidir.
Təsadüfi deyil ki, radikal təfəkkürün ritorikasında məhz “boykot”, “aclıq”, “hər şey çox pis”, “dözülməz”, “qəzəb”, “üsyan” və s. bu kimi ifrat mahiyyətli sözlər ən sevimli ifadələrdir. Bu cür ritorika vətəndaşın ictimai təfəkküründə emosional gərginliyi artırır və diqqəti yalnız konkret epizodların üzərinə yönəldir. Qeyd olunanlar isə bilavasitə qərəzli manipulyasiyaların təzahürdür. Təsəvvür edin ki, dərsə hazır olmayan şagird müəllimə: “Mənə iki qiymət yazsanız, özümü pəncərədən atacam” - deyərək şantaj edir, çalışır ki, onun dərsə hazır olmaması məsələsi artıq ikinci dərəcəli hadisə olsun. Razılaşın ki, bu absurd mənzərədir. Radikalların da zamanla təkrarlanan bəzi emosional manipulyasiyaları da eyni absurddur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

