Ermənistan KTMT-ni Fransaya dəyişir...
03.04.2025 [10:01]
Ermənistan KTMT-ni tərk etmək niyyətindədir - qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2024-cü il büdcəsini imzalamamaq qərarına gəlib. Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, İrəvan KTMT -nin maliyyələşdirilməsində iştirak etməyəcəyinə dair rəsmi şəkildə bəyanat verib: “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamayacağı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, - deyə Ermənistan XİN-in bəyanatında qeyd olunur.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər üzvlük haqqını ödəməyəcəyi təqdirdə KTMT-yə üzv dövlətlərin vəziyyətin inkişafı üzrə müxtəlif ssenariləri nəzərdən keçirəcəyini bəyan edib. Xatırladaq ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. İrəvanın 2024-cü il üçün KTMT-yə üzvlük haqqı 53,22 milyon rubl təşkil edib. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, 2023-cü ilin aprel və may aylarında Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan sonra İrəvan KTMT-yə tam fərqli münasibət sərgiləyir.
Paşinyan nə etməyə çalışır?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ermənistan hakimiyyəti Qərbdəki havadarlarının tapşırığı əsasında KTMT ilə körpüləri yandırmaq siyasətini həyata keçirir.
“Bu gün Ermənistanda hakimiyyətdə olanlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk etməsində maraqlıdırlar və bunu xarici siyasi xətt kimi müəyyənləşdiriblər. Bunun səbəbi budur ki, sorosçu Paşinyan hakimiyyətini himayə edən Qərbdəki dairələr Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi təşkilatda fəaliyyətini davam etdirməsini istəmirlər. Paşinyanın atdığı addımlar məhz bu siyasətə söykənir. Yəni həm hazırki hakimiyyət, həm də Qərbdəki dairələr bütün vasitələrdən istifadə edərək hər vəchlə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışırlar”.
KTMT-ni tərk etmək o qədər asan olmayacaq
“Nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil qərarlar qəbul etmək iqtidarında deyil və azad siyasi idarəetmə meyarlarından çox uzaqdır. Bunun faktiki göstəricisidir ki, Ermənistan istədiyi addımları ata bilmir və əlləri zəifləmiş formada regional siyasət yürüdür. Bir tərəfdən Fransadan daha çox ağır hücum xarakterli silah-sursat və hərbi ləvazimatlar almaq üçün KTMT-nin büdcəsinə maliyyə ayırmaqdan imtina edir, yəni özünü Qərbdəki havadarlarına qərbpərəst siyasətçi kimi təqdim edir, digər yandan isə Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazanın mövcudluğunu və İrəvanın Rusiyadan iqtisadi və enerji asılılığını görən Paşinyan KTMT-ni tərk etməkdən qorxur,” -deyə T.İsmayılov bildirib.
Politoloq vurğulayıb ki, Paşinyan hakimiyyətinin xarici siyasət kursu Ermənistanı uçuruma apara bilər: “Ermənistan inqilabi addımlar ataraq rəsmi mövqeyini ortaya qoymalı və KTMT ilə münasibətlərə aydınlıq gətirməlidir. Ya KTMT-də fəaliyyətini tamamilə dondurmalıdır, ya da təşkilatı birdəfəlik tərk etməlidir. Paşinyan hakimiyyətinin Rusiya ilə Qərb qüvvələri arasında var-gəl etməsi Ermənistanı çox təhlükəli vəziyyətə düçar edəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32

