Vaşinqtonun “sülh planı”...
25.02.2025 [09:50]
Tramp bu həftə müharibəni yekunlaşdıracaqmı?
Vaşinqtonun fond tələbi Kiyevin maraqları ilə uzlaşmır...
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı razılaşmanın tezliklə əldə olunacağına ümid edir, Ağ Evin mətbuat katibi Karoline Livitt şənbə günü açıqlamasında bildirib ki, Prezident və onun komandası münaqişəni sona çatdırmaq üçün müharibənin hər iki tərəfi ilə danışıqları davam etdirməyə diqqət yetirir. O qeyd edib ki, Tramp nizamlanmaya bu həftə nail olunacağına çox əmindir. Livitt Trampın bunu necə planlaşdırdığı barədə heç bir təfərrüat verməyib. “Tramp Rusiyanın razılaşmaya hazır olduğuna inanır və o, razılaşma əldə etmək üçün mübarizə aparır. Milli təhlükəsizlik üzrə müşavir Mayk Vals həftə sonu razılığa gəlmək və Ukraynadakı münaqişəyə son qoymaq üçün gecə-gündüz işləyəcək. Prezident deyib ki, o, döyüşlərin və günahsız insanların ölməsinin dayandırılmasını və sülh istəyir”, - deyə Ağ Evin sözçüsü əlavə edib.
ABŞ 500 milyard deyir - Ukrayna 100 milyarda razıdır...
Qeyd edək ki, ABŞ münaqişənin dayandırılmasında prinsipial mövqe nümayiş etdirir. “The New York Times” yazıb ki, fevralın 21-də ABŞ hökuməti Zelenskinin əvvəllər rədd etdiyi təbii sərvətlər müqaviləsinin daha sərt variantını Ukraynaya təhvil verib. Yeni variant ABŞ-a hətta mineral sərvətlərin hüquqlarını əldə etmək imkanını özündə ehtiva edir. Həmçinin KİV-in məlumatına görə, Amerika hakimiyyəti sazişin yeni versiyasında qaytarılması nəzərdə tutulan məbləğin 500 milyard dollar olacağı şərtləndirilib - bu, Amerikanın Ukraynaya hərbi və maliyyə yardımı ilə bağlı xərclərinə görə Trampın almaq istədiyi kompensasiyanın dəqiq məbləğidir.
“Bloomberg”ə adının açıqlanmasını istəməyən və danışıqlardan xəbəri olan ukraynalı rəsmi bildirib ki, Ukrayna hakimiyyəti ABŞ-ın 500 milyard dollarlıq birgə fond yaratmaq tələbinə qarşı çıxıb. Onun sözlərinə görə, sazişin yeni variantında ABŞ-ın gələcək hərbi və maliyyə yardımı ilə bağlı zəmanətlər barədə heç nə yoxdur. Mənbə qeyd edib ki, Ukrayna 5 dəfə az - təxminən 90 milyard dollar məbləğlə razılaşır. Ukrayna Radio NV-dən olan bir mənbə də analoji məbləğ barədə məlumat verib: “Biz ABŞ-ın təklifini 100 milyard dollara endirib onu Prezident Trampın xüsusi elçisi Keyt Kelloqa təhvil verdik”.
Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak isə deyib ki, mineral ehtiyatlar üzrə saziş yaxın vaxtlarda imzalanacaq. “Müqavilə müxtəlif səviyyələrdə kifayət qədər hərtərəfli müzakirə olunur, işçi qruplar yaradılıb. Onun nə vaxt imzalanacağı, əlbəttə ki, yaxın gələcəyin işidir”, - Podolyak bildirib.
Aİ yenə də “cığallıq” edir...
Sülh müqaviləsi ilə bağlı Aİ-nin mövqeyi isə fərqlidir. “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır ki, Avropa liderləri Moskva və Kiyevin atəşkəslə bağlı razılığa gələcəyi təqdirdə 30 min avropalı sülhməramlının Ukraynada yerləşdirilməsi planını müvafiq olaraq Trampa təqdim edəcək. Nəşrin yazdığına görə, Makron ABŞ-ı Ukraynadakı Avropa qoşunlarının Rusiya tərəfindən təhdid ediləcəyi təqdirdə “cavab zərbəsi” üçün bəzi Amerika qoşunlarını göndərməyə inandırmağa çalışacaq. Hazırlanmaqda olan Avropa planına əsasən ABŞ Ukraynaya öz qüvvələrini yerləşdirməyə də bilər - Tramp isə buna qarşı çıxır. Vurğulayaq ki, müharibənin min altmış altıncı günüdür və sülh ilə bağlı danışıqlar müxtəlif variantlar üzrə davam edir.
İstanbul razılaşması - plana davam...
Yeni mərhələdə Türkiyənin prosesdə iştirakı labüdləşir. Son zamanlar Ankaranın aktiv şəkildə prosesə qoşulması onu göstərir ki, Vaşinqton sülh planında məhz həm Ukrayna, həm də Rusiya tərəfindən qəbul edilən Ankaraya ehtiyac duyur. Türkiyəyə edilən səfərlər (Zelenski və Lavrov), Vaşinqtonun Türkiyə ilə bağlı bəyanatları bu faktı təsdiqləyir. Hətta sülhün 2022-ci ildə əldə edilmiş İstanbul razılaşmasının prinsipləri üzrə aparılması ehtimalı da güclüdür. Xatırladaq ki, 2022-ci ilin mart ayında İstanbulda keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndələri münaqişənin diplomatik həlli üçün ilkin razılaşma üzərində müzakirələr aparmışdılar. Görüş Türkiyənin vasitəçiliyi ilə təşkil olunmuşdu və əsas məqsəd döyüşləri dayandıracaq bir çərçivə yaratmaq idi. İstanbul Razılaşmasının Əsas Prinsipləri isə - Neytral və Bloksuz Ukrayna formalaşdırmıq - Ukrayna NATO-ya qoşulmamaq və neytral status saxlamaq öhdəliyini götürə bilərdi. Buna qarşılıq olaraq, təhlükəsizliyinə beynəlxalq zəmanətlər verilməli idi;
- Krım və Donbas məsələsinin həlli: Krımın statusu üzrə 15 illik danışıqlar aparılması təklif olunurdu. Donbas bölgəsinin gələcəyi isə diplomatik yolla həll edilməli idi;
- Rusiya qoşunlarının geri çəkilməsinin təmini: Rusiya Ukraynanın bəzi ərazilərindən çıxmalı idi;
- Ukraynanın silahsızlaşdırılması və təhlükəsizlik təminatının verilməsi: Ukraynanın ağır silah sistemlərindən məhrum edilməsi qarşılığında ABŞ, Böyük Britaniya və Türkiyə kimi ölkələr tərəfindən təhlükəsizliyinə zəmanət verilə bilərdi.
Razılaşma ilkin mərhələdə ümidverici görünürdü və hətta Rusiya tərəfi Kiyev ətrafındakı qoşunlarını qismən geri çəkməyə başladı. Lakin sonradan Qərb dövlətlərinin Ukraynanı döyüşləri davam etdirməyə təşviq etməsi və Rusiyaya etimadsızlıq bu planın reallaşmasına mane oldu. Nəticədə müharibə davam etdi və diplomatik həll şansı itdi. Yeni mərhələdə isə Tramp bu “planı” qaldığı nöqtədən inkişaf etdirə bilər...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

