Bayden administrasiyasına qarşı ittiham...
29.01.2025 [09:16]
Ordunun maliyyələşməsində israfçılığa yol verilib?
ABŞ özünün hərbi gücünü təkmilləşdirmək yolunda yeni addımlar atmağa hazırlaşır. Belə ki, ölkənin yeni vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin son 40 ildə iştirak etdiyi hərbi münaqişələrdə qalib gələ bilmədiyini bəyan edib. Vens Pentaqonu sərt şəkildə tənqid edib və yeni müdafiə naziri Pit Hegseti diqqəti əsas problemlərin həllinə yönəltməyə çağırıb. ABŞ ordusunun ciddi çağırışlarla üzləşdiyini bildirən Vens bildirib ki, bu günə qədər bir sıra regionlarda aparılan müharibələr ABŞ-a heç bir divident qazandırmayıb. “Biz son 40 ildə çoxlu müharibələr apardıq, amma bu dövr ərzində heç bir müharibədə qalib gəlmədik. İki partiyalı geniş səsvermələrin nəticələrinə nəzər salanda özümüzdən soruşmalıyıq: bu müharibələr bizə nə verdi? Onlar bizə çağırış problemi yaşayan bir ordu, qeyri-effektiv silah təchizat sistemi və astronomik xərclər verdi. Milyardlarla dollar xərcləyərək təyyarələr alırıq, amma bu təchizatlar həmişə gecikir və ciddi israfçılıq yaranır”.
Maraqlıdır, son 40 ildə ABŞ hansı müharibələrdən qalib çıxmayıb? Görəsən, ABŞ-ın vitse-prezidenti hansı səbəbdən irəli gələrək, bu cür bəyanat səsləndirib? Paralel olaraq bu ittihamlar həm də ordu daxilində korrupsiya faktlarına işarə deyilmi - xatırlasaq, Donald Tramp andiçmə mərasimində bəyan etmişdi ki, onun administrasiyası korrupsiya quruluşuna qarşı mübarizə aparacaq. Ordu ilə bağlı ortaya çıxan məsələləri də bu iddianın üzərinə gəlsək, faktlar Bayden komandası üzərində məsuliyyət yaratmırmı?
Köhnə komanda istintaqa cəlb oluna bilər
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Azərbaycan” qəzetinə şərhində bildirib ki, Donald Tramp ABŞ-ın dövlət sistemində ciddi kadr dəyişikliyi etmək niyyətindədir. Artıq prezident Tramp seçki qabağı vədlərinin icrasına başlayıb: “Bu vədlərdən biri ilk növbədə dövlət idarəçiliyi sistemində ciddi kadr dəyişikliyi və korrupsiyaya qarşı mübarizəni özündə ehtiva edir. Nəzərə almaq lazımdır ki, Donald Tramp özünü ABŞ-ın yeddinci prezidenti Endryu Ceksona bənzətməyə çalışır. Tramp Ağ Evdə öz iş otağında E.Ceksonun portretini asıb. Amerika tarixində E.Ceksonun prezidentliyi dövründə yaddaqalan hadisələrdən biri budur ki, o, hakimiyyətə gəldikdən sonra Ağ Evdə və dövlət qurumlarında köhnə administrasiyanın bütün kardlarını öz postlarından kənarlaşdırmışdı. Tramp da eyni addımları atmaq niyyətindədir. Artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb. Trampın dövlət qurumlarından yüksək rütbəli şəxsləri vəzifələrindən kənarlaşdıracaq. Xüsusilə, müdafiə departamentində ciddi kadr dəyişikliklərinin olacağı gözlənilir”.
“Təsadüfü deyil ki, Tramp 90 gün müddətində İsrail istisna olmaqla, xarici ölkələrə yardımları dayandırıb. Trampın bu addımı hərbi-müdafiə sahəsində korrupsiya hallarının geniş yayılmasına qarşı mübarizə aparmaq anlamına gələ bilər. Həmçinin Bayden administrasiyası dövründə müxtəlif ölkələrə verilən maliyyə yardımları ilə bağlı ciddi araşdırmaların aparılması da mümkündü?,” - E.Nəsirov əlavə edib.
ABŞ mütləq qələbə qazanmayıb
Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, Tramp administrasiyası beynəlxalq siyasətə daha çox ABŞ-ın maraqları baxımından baxmağa üstünlük verəcək. “Səsləndirilən son bəyanatlar onu deməyə əsas verir ki, ABŞ-ın daxilində respublikaçılar və demokratlar arasında ciddi fikir ayrılıqları mövcuddur. Qeyd edim ki, demokratlar müttəfiqlərinin müdafiəsinə daha çox xərclərin çəkilməsinin tərəfdarıdırlar, amma respublikaçılar bu məsələdə fərqli mövqe nümayiş etdirirlər”, - deyən R.Məmmədli hesab edir ki, Vensin bəyanatında bəzi məqamlar maraq kəsb edir: “Donald Tramp və onun komandası Amerika ərazilərinin böyüməsində, ABŞ-ın Amerika və Avropa qitəsində daha da böyük güc olmasında maraqlıdır. Vens vurğulayıb ki, son 40 ildə ABŞ bir sıra regionlarda hərbi əməliyyatlar aparmasına baxmayaraq, onun təsir dairəsi o qədər genişlənməyib. Vens müəyyən mənada haqlı da ola bilər. Çünki istər “Soyuq müharibə” dövründə, istərsə də SSRİ-nin çöküşündən sonrakı müddətdə ABŞ müxtəlif ölkələrə hərbi müdaxilə etməsinə baxmayaraq, mütləq qələbə qazanmayıb. Bura Koreya, Vyetnam, Yuqoslaviya, Əfqanıstan, İraq və digər ölkələri daxil edə bilərik”.
NATO arxa plana keçir
“70-ci illərin sonu və 80-ci illərin əvvələrində Amerikanın dövlət sistemində belə fikir dolaşırdı ki, ABŞ mütləq imperiyaya çevrilməlidir. ABŞ-ın dövlət sistemində bu ideyanı dəstəkləyən şəxslər hesab edirdilər ki, dünyanın yarısı Amerikanın təsir dairəsində olmalıdır.” - deyə R.Məmmədli əlavə edib.
R.Məmmədli bildirib ki, Trampın siyasəti Avropa tərəfindən birmənalı qarşılanmayacaq: “NATO-ya üzv olan ölkələr ayrılıqda güc deyillər. Onlar ABŞ ilə birlikdə güc mərkəzidir. Ancaq ABŞ bu günə qədər böyük xərclər hesabına saxladığı NATO-ya qısa müddət ərzində fərqli yanaşma sərgiləyəcək. Çünki Tramp administrasiyası NATO-ya daha çox xərc çəkməkdə maraqlı deyil. Bir sözlə, Tramp bu məsələyə sırf biznes-maliyyə, rentabillik və klassik Amerika nöqteyi-nəzərindən baxmağa üstünlük verir. Bu baxımdan, ABŞ ilə Avropa ölkələri arasında fikir ayrılıqları yaranacaq”.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35

