Fransa Ermənistanı silahlandırmaqla...
22.01.2025 [09:36]
İrəvan Parisin regional planlarının alətinə çevrilir
Dünyada yeni siyasi-iqtisadi nizamın formalaşdığı dövrdə Fransa özünün Cənubi Qafqaza yönəlik destruktiv siyasətindən əl çəkmək istəmir. Regionda sülhlə bağlı impulsların gücləndiyi bir zamanda, əbədi sabitliyi təmin edəcək sənədin son ştrixlərinin razılaşdırıldığı bir dövrdə Paris özünün imperialist ənənəsinə sadiq qalaraq regionla bağlı məkrli planlarını davam etdirir. Başqa sözlə, Fransa son iki ildə Ermənistanın müxtəlif yollarla silahlandırılmasını təmin edən təhlükəli siyasətinə son vermir - bu ölkənin Ermənistanın hərbi-müdafiə və təhlükəsizliyində “rolunu” artırması da bunu deməyə əsas verir.
Dünyada işləri “düz getməyən”, onilliklər boyu mümstəmləkəçilik siyasəti yürütdüyü Qərbi - Mərkəzi Afrikadan sıxışdırılıb çıxarılan Fransa özünün yeni siyasi oyunlarını Ermənistan üzərindən qurmağa çalışır - Ermənistanı öz geosiyasi poliqonuna çevirmək istəyir. Rəsmi Paris bu ölkədə təsir imkanlarını artırmağın yolunu ilkin olaraq İrəvanı silahlandırmaqda görür. Bununla bağlı real addımlar isə bütün faktlarla ortadadır - Fransa Ermənistanı həm öz şirkətlərinin, həm də Hindistanla birgə istehsal etdiyi silah-sursatla təmin edir.
Yeri gəlmişkən, yayılan son məlumatlara görə, İrəvan Hindistan və Fransanın birgə istehsal etdiyi müdafiə sistemi “Trajan” haubitsalarını almağa hazırlaşır. Çatdırılmanın yaxın aylarda həyata keçiriləcəyi iddia olunur. Xatırladaq ki, bundan əvvəl, Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi, “Akaş” hava hücumundan müdafiə sistemləri, 155 mm-lik “MArG” və ATAGS daşınan haubitsaları və digər müxtəlif silah növləri alıb. Bu istiqamətdə atılan addımlarda isə vurğulandığı kimi, Hindistan və Fransa xüsusi aktivlik göstərir - son dövrlərdə Yunanıstanın da prosesə cəlb edildiyi müşahidə olunur.
Bu ilk hal deyil...
Vurğulandığı kimi, Fransanın Cənubi Qafqazda yaranacaq sabitliyə qarşı təhdidi ilk hal deyil. 2024-ci ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanmışdı. Bundan başqa, Fransadan Ermənistana 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı razılıq əldə olunmuşdu. İmzalanma mərasimindən sonra S.Papikyanla birgə mətbuat konfransı keçirən Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirmişdi ki, Fransa lazım gələrsə, Ermənistanı yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək. Güman ki, növbəti aylarda da Fransanın həm özü, həm də Hindistan vasitəsilə Ermənistanı daha yeni silahlarla silahlandırmasına şahidi olacağıq.
Sülh Fransanın qorxulu yuxusuna çevrilib
Şübhə oluna bilməz ki, Fransanın Ermənistanı silahdırmaqda başlıca məqsədi Cənubi Qafqazda əbədi və dayanıqlı sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasına əngəl olmaq, Ermənistanı Azərbaycanla növbəti qarşıdurmaya hazırlmaq və regionu münaqişə içərisində saxlamaqdır. Tarixən işğalçılıq və müstəmləkəçilik siyasətinə əsaslanan Fransa üçün bu adi bir hala çevrilib. Qeyd edildiyi kimi, Fransa bu taktikanı Afrika və Okeaniya regionunda da yüzilliklər boyu tətbiq edib. Fransa bu iki regionda öz geosiyasi mövqeyini qorumaq və sömürgə siyasətini davam etdirmək üçün xalqlararası münaqişələrdən məharətlə istifadə edib. Bu gün isə eyni taktika Cənubi Qafqaza qarşı tətbiq edilir. Paris hesab edir ki, bölgədə münaqihşənin davam etməsi Fransanın regiona müdaxiləsinə yol aça bilər.
Makronun Ermənistan “arzuları”...
Makron hakimiyyətinin Ermənistana münasibətdə siyasi xətti müəyyən geosiyasi hədəflərə istiqamətlənib. Makronun hədəfləri Fransanın Ermənistanda hərbi-siyasi təsir imkanlarını artırmaq, Ermənistanın silah arsenalında Fransa istehsalı silahların sayını çoxaltmaq, beləliklə, İrəvanı təhlükəsizlik predmeti üzrə tam şəkildə özündən asılı vəziyyətə salmaqdır. Belə demək mümkünsə, Fransa Ermənistan növbəti koloniyasına çevirməyə hazırlaşır.
Makron, həmçinin ABŞ ilə bağlanan strateji tərəfdaşlıq sazişindən narahatdır. ABŞ-ın Ermənistanla əlaqələrinin artması Fransanın prosesdən kənarlaşması demək olacaq və bu da Parisin bölgədəyi ümidlərinin üzərindən xətt çəkir. Halbuki Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası məhz Fransanın regionda geosiyasi maraqlarına xidmət edirdi. İndiki dövrdə ABŞ-ın önə çıxması Fransanı yenə də ikinci plana keçirir, bəlkə də tam şəkildə izolyasiya edir.
Ermənistan təhdid yaratmağa davam edərsə...
Amma Parisin Ermənistanı silahlandırmaqla qurduğu xəyallar iflasa məhkumdur - Ermənistan hakimiyyəti və ölkə daxilindəki revanşist dairələr Fransanın təlimatına əsasən bölgədə hər hansı təxribata davamlı şəkildə əl atacağı təqdirdə Azərbaycan bunu sadəcə müşahidə etməyəcək - adevkat tədbirlər görüləcək. Prezident İlham Əliyev öz müsahibələrində və çıxışlarında bu barədə Ermənistana və onun havadarlarına dəfələrlə xəbərdarlıq edib. Prezident qəti şəkildə bəyan edib ki, Ermənistanın məqsədyönlü şəkildə sürətlə silahlanması və təxribatlara baş vurması Azərbaycanın zəruri adevkat tədbirlər görməsinə gətirib çıxara bilər.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

