Ermənistan öz “ipini” çəkir...
14.01.2025 [08:55]
Aİİ-dən çıxmamış Aİ üzvlüyü haqda düşünən İrəvan dilemma qarşısında
Xəbər verildiyi kimi, Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləyib. Bununla bağlı xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında məlumat verib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Avropa Parlamentində bəyan edib ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır. “Biz bunun mümkün olduğuna dair əlamətləri də gördük. Mən vizanın liberallaşdırılması prosesinin və Avropa İttifaqı ilə istifadə olunan və ya müzakirə olunan bir sıra digər alətlərin başlanğıcını nəzərdə tuturam”, - deyə Mirzoyan bildirib.
Öz növbəsində baş nazir Nikol Paşinyan da bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir. Qeyd edək ki, sözügedən qanun layihəsi bir qrup qərbyönümlü qüvvələr tərəfindən başladılıb və bunun üçün 50 min imza toplanıb.
Perspektivsiz yol...
Amma bu məsələ heç də iddia edildiyi kimi bəsit deyil - Ermənistanın Aİ üzvlüyünə proses başlatmaq istəyi onun üçün həm böyük çətinliklər, həm də iqtisadi gərginlik vəd edir. Bir sıra siyasi analitiklər Paşinyanın bu addımını siyasi reytinq qazanmaq uğrunda savaş üçün mübarizə rıçaqı adlandırırlar. Çünki mütəxəssislər belə bir qərarın verilməsində heç bir iqtisadi əsas tapa bilmirlər. Aİ-yə üzvlük prosesinin illərlə, bəlkə də on illərlə uzanması perspektivi mövcuddur ki, bu dövrdə İrəvanın digər tərəflə - Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərinin üstündən xətt çəkir. Belə bir addım isə Ermənistan üçün “özünün ayağının altından kətili vurmaq” kimi izah edilir. İndiki halda, Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün etdiyi cəhdlər həqiqətən də “xəyaldır” - Aİ Avropanın mərkəzində yerləşən ölkələri üzv qəbul etmədən necə olur ki, quru sərhədi olmadığı Ermənistanı “qəbul edir”? Tutaq ki, referendum keçirildi və seçicilər avropa yoluna “dəstək oldular”. Axı, proses bununla yekunlaşmır. Aİ Ermənistanı öz sıralarında görmək istəyirmi - əsas sual budur. Çünki zəif iqtisadiyyata, dişsiz xarici siyasətə malik, regiona təsir imkanlarının olmadığı Ermənistan Qərb üçün hər hansı bir xüsusi maraq kəsb etmir. Ermənistan Avropaya yalnız bölgəyə müdaxilə imkanları üçün gərəkir ki, bundan sonrakı mərhələdə bunun lazım olub-olmayacağı da müzakirə predmetidir - yeni siyasi nizamda nələrin baş verəcəyini proqnozlaşdırmaq ən azından mümkündür.
Kreml xəbərdarlıq edir...
Digər bir əsas məsələ, hazırda Ermənistanın başqa bir iqtisadi qütbdəki təmsilçiliyidir. Bəlli olduğu kimi, Ermənistan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildən qoşulub. 2013-cü ildə Ermənistan Şərq Tərəfdaşlığı çərçivəsində Aİ ilə Assosiasiya Sazişi imzalamaqdan imtina etmişdi - çünki rəsmi İrəvan Aİ ilə fərqli qütbləri təmsil edən Avrasiya İqtisadi İttifaqının üzvlüyünü seçmişdi. Bu gün Ermənistanın Aİİ ilə bağlanmış müvafiq müqavilələri və qurum qarşısında öhdəlikləri mövcuddur. Aİ-yə üzvlük prosesi Ermənistan üçün Aİİ-dən çıxmaq deməkdir. Ermənistanla Avrasiya İqtisadi İttifaqı arasında münasibətlərin pozulması bu ölkə üçün açıq iqtisadi düşüş yaradacaq. Müvafiq rəqəmlər göstərir ki, Ermənistanın illik ticari dövriyyəsində Aİİ-nin payı daha çoxdur. Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS dövlət xəbər agentliyinə açıqlamasında məsələ haqda danışıb. Bildirib ki, Ermənistan son illər Qərblə əlaqələri dərinləşdirib və Moskvadan uzaqlaşıb. O deyib ki, “bu (Aİ-yə daxil olmaq niyyəti) şübhəsiz ki, ölkənin suveren hüququdur”. Bununla belə, Peskovun fikrincə, Ermənistan çətin ki, həm Avropa İttifaqında (Aİ), həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) eyni vaxtda ola bilsin. “İki müxtəlif təşkilatın üzvü olmaq, sadəcə mümkün deyil. Burada bir gömrük sahəsi var, burada mal və xidmətlərin, insanların və kapitalın sərbəst hərəkəti zonası var, müxtəlif normalar var”, - deyə Kreml nümayəndəsi bildirib. nümayəndəsi. O əlavə edib ki, Ermənistanın Aİ-yə mümkün üzvlüyünün əhəmiyyətini qiymətləndirmək hələ də çətindir. “Biz əminik ki, Ermənistanın Aİİ-yə üzv olması ona çoxlu faydalar gətirir”, - Peskov vurğulayıb.
İqtisadi təhdid - ərzaq təhlükəsizliyi təhlükədə...
Vurğulandığı kimi, Ermənistanın Aİ üçün hər hansı bir xüsusi cəlbediciliyi yoxdur. Dənizə çıxışı olmayan ölkə Aİ ilə həmsərhəd deyil və iqtisadi cəhətdən hələ də Moskvadan asılı olaraq qalır. Ermənistanda Rusiyanın hərbi bazası var. Üstəlik, Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsi ildən-ilə artır. Bu halda, Ermənistan Aİ üzvü olmaq üçün hansı prosedura müraciət etmək istəyir?
Rusiya baş nazirinin müavini Aleksey Overçuk da mövzuya toxunaraq bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına daxil olmasının müzakirəsini Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi qiymətləndirir. Onun sözlərinə görə, Kreml iqtisadi siyasətini Ermənistanla bu şəraiti nəzərə alaraq quracaq.
Beləliklə, Ermənistan iqtisadiyyatının əsas təməlini təşkil edən Rusiya amili önündə İrəvanın bu fikrinin hər hansı bir ciddiyyət daşıya bilməyəcəyi indidən aydındır. Bəzi siyasi şərhçilər Overçukun açıqlamasını açıq-aşkar təhdid kimi də qiymətləndirir - Ermənistan üçün qısa zamanda mümkün olmayacaq Aİİ-dən çıxış və Aİ ilə daha yaxın münasibətlər qurma perspektivi ölkə daxilində iqtisadi-sosial kataklizmlərə yol açacaq. Xüsusən, özünün ərzaq təhlükəsiziyini təmin etmək iqtidarında olmayan Ermənistan üçün bu, sonun başlanğıcıdır. Paşinyan nəzərə almalıdır ki, ən zəruri ərzaq məhsulu olan buğda məhz Aİİ ölkələrindən idxal edilir. Ermənistanın ixrac coğrafiyası da Aİİ ilə “sərhədlənir”...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

