Rusiyadan Fransaya növbəti xəbərdarlıq
23.05.2024 [10:49]
Fransanın Ukraynaya qoşun göndərməsinə cavab təkcə siyasi xarakterli olmayacaq
İki ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi region ölkələri üçün də ağır nəticələr verməkdədir. Son zamanlar isə döyüşlərdə Rusiya ordusunun üstünlüyünün artması ABŞ və Avropa İttifaqı, eləcə də NATO-nun Ukraynaya hərbi yardımlarının da çoxalması ilə bağlı yeni təşəbbüsləri meydana çıxarmaqdadır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, ötən ilin sonlarından hərbi yardımın azalması Ukrayna ordusunun cəbhədə uğursuzluğuna səbəb olub.
Ona görə də mövcud şəraitdə NATO əlavə yardımlar etmək istəyir, bu ilin fevral ayında Fransa prezidenti Emmanuel Makron NATO-ya üzv olan ölkələrin rəsmilərinin Parisdə son toplantısında alyans ölkələrini Ukraynaya qoşun göndərməyə çağırmışdı. Makron demişdi ki, Rusiya ordusunun Ukrayna cəbhəsində uğur əldə etməsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir, buna görə də Rusiyanın Ukraynada qələbə qazanmasına imkan vermək olmaz. Fransanın XİN rəhbəri Stefan Sejourne də NATO-nun Ukraynaya hərbi kontigentin göndərməsini zəruri hesab edib.
Hətta Emmanuel Makron bu yaxınlarda Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyini deyib. İddiaya görə, fransız hərbçilər 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb. İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbas cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanmışdı. Alyansın bəzi üzvləri, xüsusilə Macarıstan, Almaniya, Çexiya, Böyük Britaniya, İtaliya və Yunanıstan Makronun təklifinə birmənalı mövqe sərgiləməyib. Onlar bu təklifə etiraz edib. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirmişdi ki, Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq: “İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar”.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron da Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər. Belə bir şəraitdə bir neçə gün öncə Fransadan növbəti ziddiyyətli bəyanat səsləndirilib. Fransa parlamentinin Xarici əlaqələr komitəsinin sədri Jan Lui Burlanj deyib ki, Fransa Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün fransız silahlarından istifadəsinə qoyulan qadağanı ləğv etməlidir. Fransız deputat Paris hökumətini gözləmə vəziyyətindən çıxmağa və ingilis, eləcə də amerikalıların qərarı ilə müqayisə oluna bilən qərar qəbul etməyə çağırıb.
Mayın 21-də rəsmi Moskva Fransaya növbəti dəfə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Fransanın Ukraynaya qoşun göndərməsinə cavabımız təkcə siyasi xarakterli olmayacaq. Qeyd olunub ki, rəsmi Moskva tərəfindən bununla bağlı Fransa hakimiyyətinə bir neçə dəfə xəbərdarlıq göndərilib: “Fransa Prezidenti Emmanuel Makronun rəhbər tutduğu kəskin ritorikanı bu ölkənin NATO-dakı tərəfdaşları da dəstəkləyir. Nəzərə alınmalıdır ki, NATO əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatları Fransa xalqının böyük əksəriyyətində ikrah hissi doğurur”.
Əslində, Avropa ölkələrinin Makronun qeyri-ciddi davranışlarına qarşı çıxması tamamilə məntiqiqlidir. Çünki həmin ölkələr çox yaxşı anlayırlar ki, NATO-nun Ukraynaya qoşun göndərməsi və cəbhədə rus ordusu ilə qarşı-qarşıya durması münaqişənin həllinə yox, əksinə münaqişənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarıb geniş regiona yayılmasına gətirib çıxaracaq. Fransa dövlət başçısının Ukrayna ilə bağlı təşəbbüsü Rusiya və NATO arasında yaşanan eskalasiyanın kulminasiya nöqtəsinə çatmasına xidmət edir. Makronun Moskvaya qarşı açıq-aşkar meydan oxuması görüntüsü isə heç bir məsələni həll etməyəcək. Siyasi imicə sahib olmayan Emmanuel Makronun məntiqsiz siyasəti ucbatından hərbi toqquşmalar baş verərsə, bu, Şərqi Avropada, o cümlədən Baltik və Qara dənizdə ciddi təlatümlərə yol açacaq.
Yeri gəlmişkən, ötən ay alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq də bildirmişdi ki, NATO Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində deyil. Hətta Qərb dairələrində Ukraynanın güzəştə getməsi, münaqişənin dondurulması ilə bağlı fikir və təkliflərin sayı artmaqdadır. Kiyev isə bu variantı qətiyyən qəbul etmək istəmir. Rusiyanın Fransaya növbəti xəbərdarlığı isə ciddi mesaj kimi qəbul olunmalıdır. Çünki Moskva NATO qoşunlarının Ukraynaya göndərilməsinə səssiz qalmayacaq.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

