Operativ, dəqiq və birbaşa yayım...
15.03.2024 [10:17]
“Real” TV-nin 6 yaşı olur!
Aktual müsahibələri, operativ xəbərləri, birbaşa yayımları ilə Azərbaycan teleməkanına yenilik gətirən “Real” TV-nin 6 yaşı tamam olur. Mir Şahin Ağayevin rəhbərlik etdiyi peşəkar kollektiv hadisə yerindən, mətbuat konfranslarından, ölkə əhəmiyyətli tədbirlərdən verdikləri canlı yayımlarla tamaşaçı kütləsini hadisələrin iştirakçısına çevirməyi bacarır. “Real” TV əvvəlcə 28 fevral 2018-ci ildən etibarən internet televiziyası ilə fəaliyyətə başlayıb.
Həmin ilin martın 5-də isə Milli Televiziya və Radio Şurasının (indiki Audivizual Şura) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. Şuranın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Televiziya martın 5-də test yayımına başlayıb. Martın 15-də, saat 08:00-da isə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb.
Bu gün “Real” TV geniş tamaşaçı auditoriyasına malikdir. 2018-ci il martın 15-dən sentyabrın 16-dək “Real” TV 19 saat ərzində (saat 08:00-dən 02:00-dək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edirdi. Telekanal artıq həmin ilin sentyabrın 17-dən 24 saatlıq yayıma keçib. 23 aprel 2019-ci ildə “Real” TV Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib. Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-in ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.
Hazırda “Real” TV-ni yalnız Azərbaycanın bütün peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür. Televiziya 28 yanvar 2022-ci ildə “Azerspace-1” peykində HD yayım formatına keçib.
“Real” TV-də çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

