Xəyanətkar planların “tərkib hissələri”…
12.03.2024 [09:45]
Qərbin “mətbu missionerləri” və ya “Toplum TV” ətrafındakı şəbəkə
“İnformasiya əsri” adlandırılan XXI əsr bir sıra güclərin “yeni nəzarət sxemləri” formalaşdırması cəhdləri ilə müşaiyət olunur. Dünyanın dörd bir tərəfindən “xəbər verən” informasiya korporasiyaları, transmilli informator şirkətləri on illərdir ki, bir sıra dölətlərin nəinki daxili işlərinə “əl uzadır”, hətta cəmiyyətin idarəolunması, ictimai rəyin formalaşdırılması kimi məqamlarda da aktivlik göstərir. Daha çox pot-sovet məkanında özünü biruzə verən bu hallar isə müəyyən zaman kəsiyində siyasi kataklizmlərlə, hətta qarşıdurmalarla müşayiət olunur ki, adıçəkilən informasiya şəbəkələrinə rəhbərlik edən qüvvələrin də əsl məqsədləri bundan ibarətdir.
Yaxın coğrafiyamızda belə bu kimi halların və ya misalların şahidi olmuşuq. Bu xəyanətkar addımlarını “demokratiya”, “söz və ifadə azadlığı” kimi qulağa xoş gələn, bəşəri dəyər kimi sırınan nüanslarla pərdələməyə çalışan bu güclərin əsl məqsədi isə milli dövlətçilik strategiyasına təsir göstərmək, xalqa və dövlətə xidmət edən dövlət siyasətini təsirlərə məruz qoymaqdır.
Sirr deyil ki, bu kimi neqativ çalarlara müraciət cəhdləri ara-sıra Azərbaycanda da müşahidə edilir. Vaxtilə ələ alınmış satqın siyasi partiyalar, sonralar həmin siyasi partiyaların yedəyinə çevrilmiş QHT-lər, “hərəkat” və ya “feminist təşkilatlar”, nəhayət, “müstəqil media” adı altında fəaliyyət göstərən xəyanətkar şəbəkələr vasitəsilə edilən bu cəhdlərin hər biri fiasko ilə nəticələnmişdi. Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti bu kimi neqativ halların aradan qaldırılması üçün hər zaman səfərbər olmağı bacarır.
“Toplum TV” - Qərbin daha bir mətbu “aləti”
Bir neçə ay öncə “Abzas Media” üzərindən özünün çirkin niyyətlərinə çatmaq istəyən bəzi qüvvələr bunu bacarmadı - onların xain planları ifşa edildi. Xain planlar quran və bir mərkəzdən idarə olunan şəbəkənin mənfur addımları isə bitmək bilmir. Məsələn, “Toplum TV” adı altında fəaliyyət göstərən “media”nın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, bir sıra şəxslər saxlanılıb, hazırda iş üzrə istintaq tədbirləri aparılır. KİV-də yayılan məlumatlara görə, əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, “Toplum TV” üzərindən yarım milyon dollardan artıq vəsaitin Azərbaycana çatdırılması və müxtəlif layihələrin, tədbirlərin və fəaliyyətin qeyri-qanuni şəkildə maliyyələşdirilməsi həyata keçirilib.
Materialların öyrənilməsi zamanı müəyyən olunub ki, Qərbin ölkəmizdə reallaşdırdığı digər layihələrə nisbətən yeni layihə olan “Toplum TV” mərkəz olmaqla Azərbaycanda geniş şəbəkənin fəaliyyətinin təmin edilməsi, onların vasitəsilə sosial, ictimai, siyasi istiqamətlər üzrə cəmiyyətdə narazılığın artırılması, itaətsizlik mühitinin formalaşdırılması, gərginliyin yaradılması və inkişaf etdirilməsi strateji xətt kimi təyin olunub. Prosesə bilavasitə nəzarət ABŞ-ın müəyyən qurumları və ayrı-ayrı institutları tərəfindən həyata keçirilib.
Eyni hədəf, eyni koordinat...
Vurğulandığı kimi, bu fəaliyyət yeni deyil - vaxtilə ABŞ tərəfindən Azərbaycanda analoji fəaliyyətin təşkil edilməsi və idarə olunması, bu prosesin 1990-cı illərin sonlarından başlayaraq artan xətt üzrə inkişaf etdirilməsinə dair çoxsaylı faktlar var. Azərbaycanda ABŞ-nin Milli Demokratiya İnstitutunun (NED), USAİD-in və digər təşkilatların fəaliyyəti, NED-in Azərbaycan üzrə ofisinin rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə 2011-2012-ci illərdə bu məqsədlərə 2 milyon ABŞ dolları həcmində vəsait xərcləndiyi, həmin dövrdə gənclərin Bakıda Fəvvarələr meydanında itaətsizlik aksiyalarının keçirilməsi, hətta “molotov kokteylləri”ndən istifadə edilməsinin planlaşdırılması da müəyyən edilmiş faktlardır. Qərbin Azərbaycanda yaratdığı şəbəkəyə yerlərdə rəhbərlik edən şəxslərin bu prosesdə fəal iştirakı, onların məsələnin mahiyyəti barədə xəbəri olmayan gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb etmələri mahiyyət etibarilə öz təsdiqini tapır. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər sərbəst buraxılır. Ancaq onlar da cəlb olunduqları fəaliyyətin mahiyyətini dərk etməli və gələcəkdə bu tipli anti-milli fəaliyyətdən kənar durmalıdırlar. Hazırda həbsdə olan şəxslər də istintaq orqanları ilə əməkdaşlıq etməlidirlər. Şəbəkəyə yerlərdə rəhbərlik edən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “Toplum TV”nin rəhbəri Xədicə İsmayıl və digər şəxslər bu fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində vəsaitlər alıblar, məsələlərdən xəbərsiz olan gənclərə isə çox az məbləğdə vəsait verilib.
Ələsgər Məmmədli və “qrant şəbəkəsi”...
Yeri gəlmişkən, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilməlidir ki, hələ ötən ilin sonlarında “Abzas Media” ilə bağlı bir sıra araşdırmalarda “Toplum TV”-nin də adı Qərbin nəzarətində olan “mətbu orqanların” sırasında çəkilirdi. Adıçəkilən dairələr ölkələrdə daxili qarışduramlara rəvac vermək, “yerli cəmiyyətin etirazını” göstərmək üçün ölkə daxilində yaradılmış, qeyri-leqal yollarla maliyyələşdirilən, özünü “Azərbaycan mediası və Azərbaycan QHT”-ləri kimi təqdim edən resusrlardan istifadə edir. Bu sırada Toplum TV, Abzas Media, Fakt Yoxla kimi media layihələrini, yerli feminist və LGBT təşkilatlarını misal göstərilir.
Göründüyü kimi, Qərbin nəzarətində olan və “mətbu funksionallıq” daşımalı olan daha bir şəbəkə “Toplum TV” redaksiyasının ətrafında qurulub. Həmtəsisçi Ələsgər Məmmədli isə illərdir həm KİV, həm də QHT sektorunda qaranlıq qrantları ilə “məşhurdur”. Bu şəbəkələrin isə Ələsgər Məmmədli kimilərinə minlərlə qrantı hansı mqəasədlər üçün verdiyi hər kəs üçün bəllidir - eyni nöqtədən idarə olunan bu kimi şəbəkələr və onların nümayəndələri fərqli “missiyalar” qarşılığında bu qədər qranta sahib ola bilirlər....
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

